Cümə günü, 02 oktyabr 2026
     

Erməni cəmiyyəti Azərbaycan və Türkiyə amilinə görə Paşinyana etimad göstərdi

Image


“Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra yeni rəhbərlik əvvəlki səhvlərindən nəticə çıxararaq bölgədəki sülh və sabitliyə yeganə yolunun qonşularla yaxşı münasibətdən, qonşuların torpaqlarına göz dikməkdənsə, onlarla yaxşı təmas qurmaqdan keçdiyini anlayacaq. Çünki Azərbaycan işğal altındakı torpaqlarını azad etdikdən sonra həm Türkiyə, həm də Azərbaycan bölgədə sülhə və sabitliyə nail olmaq üçün iradə nümayiş etdirir. Həm Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan prezidenti İlham Əliyev açıqlamalarında bu barədə bildirib”. Belə bir açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

Regiondakı yeni münasibətlərin daha çox Ermənistan üçün faydalı olduğunu diqqətə çatdıran M.Çavuşoğlu bildirib ki, bu ölkə yanlış siyasət nəticəsində bölgədəki beynəlxalq layihələrdə iştirakdan məhrum olub: “Ermənistan sülh və sabitliyin yaranması istiqamətində səy göstərsə, onunla münasibətlərin qurulması üçün addımlar atıla bilər”. Şuşa Bəyannaməsindən danışan nazir diqqətə çatdırıb ki, bu sənəd iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. “Sənədin Şuşada imzalanması xüsusi məna daşıyır. Türkiyənin Şuşada Baş konsulluğunun açılması ilə Azərbaycan və Türkiyə bayraqları bu qədim şəhərdə yanaşı dalğalanacaq”. Bu açıqlamadan bir daha görünür ki, Türkiyə Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıdır. Eləcə də eyni mövqeyi Azərbaycan ifadə edib. İndi hesab edilir ki, Ermənistanda parlament seçkilərindən sonra yenidən hakimiyyətdə qalmağı bacaran Nikol Paşinyan bu istiqamətdə müvafiq addımlar ata bilər. Çünki bu, artıq erməni cəmiyyətinin istəyidir. Nəticələrdən bəlli oldu ki, erməni əhalisi də regionda sülh istəyir. Zəngəzurun ermənilər yaşayan hissəsində səsvermənin nəticələri bu baxımdan mühüm göstəricidir. Zəngəzur əhalisi Paşinyana səs verməklə Robert Köçəryan və Serj Sarkisyan kimi revanşistləri rədd etdiyini göstərdi. Ermənilər sərhəd məsələlərində Azərbaycanla yeni problemin yaranmasında maraqlı deyil və seçkilərin nəticələri də bunu sübut etdi. Məsələnin bu tərəfinə nəzər salan siyasi şərhçi Qulu Məhərrəmli bildirir: “Parlament seçkisində güclü əzm və iradə göstərən N.Paşinyanın qalib gəlməsi və R.Köçəryan kimi bir caninin hakimiyyətə yolunun bağlanması müsbət hadisədir. Xalqın əksəriyyəti Rusiyanın qəzəbindın qorxmadı, Putin mifini yerə vurdu, müharibəyə və dolayısı ilə Qarabağ avantürasına “yox” dedi. Regionda yeni müharibə ehtimalı sıfıra düşdü, revanşizm aktuallığını itirdi. “Qarabağ klanı” biabırcasına məğlub oldu. Məlum oldu ki, Paşinyan düşünüldüyü qədər də sadə fiqur deyil. O, Rusiyadan qaynaqlanan müharibənin acı nəticələrini, ölkəyə və xalqa hansı zərbələr vurulduğunu görüb-yaşadığından, Qərbyönümlü siyasətini davam etdirəcək, bu kontekstdə Türkiyə və Azərbaycanla münasibətlər yaxşılaşacaq. Bakı ilə sərhəd məsələləri və Zəngəzur dəhlizi problemi tezliklə həll olunacaq, nəqliyyat xətləri işləyəcək. Bunlarla yanaşı, İrəvan-Moskva münasibətlərində gərginlik artacaq, Rusiya Qarabağ kartını fəallaşdıracaq. Qərbin iştirakilə birbaşa Azərbaycan-Ermənistan dialoqu başlasa, hər iki ölkə Rusiya təhlükəsini minimuma endirə biləcək”.

İndi Ermənistanda da belə bir fikir hakimdir ki, Paşinyan Azərbaycan və Türkiyə ilə daha rahat şəkildə işbirliyi quracaq. Erməni politoloq Aşot Safaryan bu xüsusda bildirir: “Əsrlərdir rus dili hökm sürürdü, indi türk dili olacaq. Sup və borş yeməyə öyrəşmişdiniz, indi isə simit və balıq-əkmək yeyəcəksiniz. Bilirsiz, mənim indi nədənsə əsrlər boyu müdrik və qanlı təcrübəyə malik olan xalqıma yazığım gəlmir. Qoy belə kor və dəli qeyrəti ilə barışsın və nəhayət öz əkdiyini biçməyə hazırlaşsın”. Rusiyalı tarixçi, politoloq Oleq Kuznetsov da qeyd edir ki, Ermənistan Kremlin hegemoniyasından daha bir addım uzaqlaşdı və bu ona özünəməxsus inkişaf perspektivi vəd edir. O bildirib ki, bu inkişaf perspektivi yalnız Azərbaycanın Qarabağ və sərhədlə bağlı qanuni tələblərinə qarşılıq verəndən sonra mümkündür: “Rus təbliğatı isə növbəti dəfə öz vecsizliyini, mənasızlığını və satqınlığını bir daha göstərdi”. Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov isə qeyd edir ki, Ermənistanda sağlam düşüncə qalib gəldi: “Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni xalqı öz ölkəsini bu keçid dövründə sülh və sabitliyə aparmaq istəyir”. Onun sözlərinə görə, erməni xalqı başa düşür ki, onların ölkəsi “revanşizm” ideyasını və millətçilik cəhdlərini unutmalıdır: "Paşinyana etimad krediti verildi. İndi o, dinc və firavan ölkə yaratmalıdır. Demək ki, erməni milləti Azərbaycan və Türkiyə ilə sülh şəraitində olacaq bir ölkədə yaşamaq istəyir. Bütün sərhədlərin açılmasına nail olacaq bir ölkədə. Bütün dünyada normal hesab ediləcək bir ölkədə. Dünən (iyunun 20-də- red.) Ermənistanda keçirilən seçki bütün regiona və Ermənistanın özünə sabahkı gün üçün şans verdi. Bu seçkilərin nəticələri Ermənistanı dövlət kimi qoruyub saxlaya bilər. Bundan başqa, bu, Ermənistanı iqtisadi cəhətdən inkişaf etdirməyə imkan verəcək".

Samirə SƏFƏROVA

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ