İkinci Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Olimpiya Komitələri prezidentinin səlahiyyətlərini icra edən Yanez Koçiyançiçin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirilib.
“Biz super dövlət deyilik, lakin idmana böyük önəm veririk”, - deyə Lukaşenko bildirib.
Aleksandr Lukaşenko isə ölkəsinin 2019-ci ildə lI Avropa Oyunlarını keçirməyə hazır olduğunu deyib (Trend). O deyib ki, Avropa Olimpiya Komitəsi həmişə Belarusa güvənə bilər.
Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır. Bunu isə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.
A.Lukaşenko qeyd edib: "Sizin təcrübəniz bizim üçün çox vacibdir".
Prezident əlavə edib ki, bu məsələdə Azərbaycanı ötüb keçmək mümkün deyil: "Azərbaycan Prezidenti İlham Əliyev belə planka müəyyən edib".
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmişdi.