şənbə günü, 09 may 2026
     

Yeni əsrin ən böyük neft kontraktı Azərbaycan üçün misilsiz şərtlərlə Bakıda imzalandı

Image


Sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Dövlət başçısı mərasimdə söylədiyi nitqində deyib:

- Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir.

Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.

Eyni zamanda onu qeyd etməliyəm ki, 23 il ərzində kontraktın icrası da çox uğurlu idi. Bu illər ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilmişdir. Yaxşı xatırlayıram ki, 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Ancaq bugünkü məlumat, - əminəm ki, bu, son məlumat deyil, ehtiyatlar daha da artacaq, - onu göstərir ki, hələ də “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yenə də qeyd etmək istəyirəm ki, bu, ilkin hesablamalardır. Əminəm ki, kontraktın icrası müddətində bu rəqəm daha da artacaq.

İyirmi üç il bundan əvvəl ölkəmizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Bakının Gülüstan sarayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə “Əsrin kontraktı”nın imzalanması mərasimi keçirilmişdir və bununla da ölkəmizin uğurlu inkişafına təkan verildi. O günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyə qovuşanda çox ağır problemlərlə üzləşmişdi. Xüsusilə 1992-ci ildə dövlət çevrilişindən sonra hakimiyyəti qanunsuz zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində ölkəmiz uçurum kənarına qoyulmuşdu. İqtisadi tənəzzül, sənaye potensialının azalması, inflyasiya min faizlərlə ölçülürdü, ölkəmizdə iqtisadi perspektivlər demək olar ki, yox idi, siyasi, hərbi, iqtisadi böhran, anarxiya, xaos yaşanırdı. Laxlayan hakimiyyəti saxlamaq üçün o vaxtkı hakimiyyəti qanunsuz zəbt etmiş hakimiyyət silaha əl atdı, Azərbaycanda vətəndaş müharibəsinə start verdi, qardaş qanı axıdıldı. Ölkəmizin ikinci böyük şəhəri – Gəncə AXC-Müsavat hakimiyyəti tərəfindən bombalandı. Azərbaycan böyük faciə ilə üz-üzə idi.

Bununla paralel olaraq, Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasəti aparırdı və bu siyasət nəticəsində torpaqlarımızın böyük hissəsi işğal altına düşmüşdü, bir milyondan çox qaçqın-köçkünümüz var idi. Bax, belə bir ağır vəziyyətdə xalq yeganə düzgün seçim etdi, Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi və onun 1993-cü ildə prezident vəzifəsinə seçilməsindən sonra vəziyyət yavaş-yavaş düzəlməyə başladı. İqtisadi, siyasi islahatlar aparılmağa başlanılmışdır, bütün qanunsuz silahlı birləşmələr tərksilah edilmişdir, ölkəmiz demokratiya yoluna qədəm qoymuşdur, Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir.

Əlbəttə ki, ölkəmizin inkişafı üçün xarici sərmayə lazım idi. Çünki o vaxt xəzinə boş idi, inkişaf üçün də heç bir imkan yox idi. Belə bir vəziyyətdə xarici böyük neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək, əlbəttə ki, böyük müdriklik, bacarıq, səriştə və siyasi təcrübə tələb edirdi. Heydər Əliyev bu tarixi missiyanı uğurla icra etdi. Azərbaycan o vaxt çox risqli bir yer sayılırdı və belə bir vəziyyətdə 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanması, ölkəmizə böyük sərmayə qoyuluşunun cəlb edilməsi doğrudan da tarixi nailiyyətdir.

O gündən 23 il keçir. Bu illər ərzində Azərbaycan sürətlə inkişaf etmişdir. Bu gün ölkəmiz dünyada ayaqda möhkəm dayanan ölkə kimi tanınır. Bu gün bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycan beynəlxalq aləmdə çox yüksək və müsbət reputasiyaya layiq olan ölkədir. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçmişdir və bu da beynəlxalq aləmin bizə olan rəğbətinin, hörmətinin, dəstəyinin əlaməti idi.

Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.

O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

1994-cü ildə “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmışdır. 1996-cı ildə dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” yatağı üzrə kontrakt imzalanmışdır. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Bu da dünyanın neft tarixində nadir hadisələrdəndir. 1994-cü ildə kontrakt imzalanır, üç ildən sonra artıq ilk neft çıxarılır. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlamışdır. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verilmişdir və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlanmışdır. 2002-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilmişdir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir və “Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlamışdır.

2012-ci ildə İstanbulda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə imza atıldı və bu gün bu layihə uğurla icra edilir. Bunun tamamlanmasına az bir vaxt qalıb. 2013-cü ildə TAP layihəsi qaz kəməri kimi seçilmişdir və o istiqamətdə də işlər gedir. Yəni əsas xronoloji mənzərə bundan ibarətdir.

Bunlardan əlavə, dünyanın ən böyük Səngəçal neft-qaz terminalı tikilmişdir. Gəmiqayırma zavodu tikilmişdir, hansı ki, indi Azərbaycanda istənilən növ gəminin istehsalı mümkündür. Dünyanın ən böyük qazma qurğularından biri - Heydər Əliyevin adını daşıyan qazma qurğusu istifadəyə verilmişdir. Azərbaycanda platformalar tikilir. Azərbaycan mütəxəssisləri xarici neft-qaz layihələrinin icrasında əksəriyyət təşkil edirlər. Yəni, budur “Əsrin kontraktı”nın Azərbaycana verdiyi faydalar.

Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə də öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub Qaz Dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək.

Mən bu gün bu mərasimdə Azərbaycan neftçilərinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir.

Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni, bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm. Bugünkü mərasimdə xüsusilə nəzərə alsaq ki, neftçilərin peşə bayramı yaxınlaşır, Azərbaycan neftçilərinə öz səmimi təbriklərimi, minnətdarlığımı bildirirəm.

Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bizimlə BP arasında əməkdaşlığın da 23 illik tarixi var. Yəni BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm “Azəri-Çıraq-Günəşli”də, Bakı–Tbilisi-Ceyhan layihəsində, “Şahdəniz” layihəsində, “Cənub Qaz Dəhlizi” layihəsində. Yəni, bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda – SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad, o cümlədən bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, - mən də bunu qeyd etdim, - “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır.

“Əsrin kontraktı”nın ömrü artıq sona çatır. Əlbəttə ki, kontraktın müddəti bitəndən sonra Azərbaycan istənilən başqa tərəfdaşla yeni kontrakt imzalaya bilərdi və bu imkanlar bizdə var idi. Ancaq BP ilə SOCAR arasında yaranmış qarşılıqlı etimad, işgüzar münasibətlər əlbəttə ki, bugünkü seçimi şərtləndirdi. Mən buna çox şadam. Əminəm ki, bundan sonra da BP ilə SOCAR uzun illər ərzində Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinin uğurunu təmin edəcəklər.

Eyni zamanda, mən “Azəri-Çıraq-Günəşli”nin bütün tərəfdaşlarını da xüsusi qeyd etmək istərdim. Onlara da öz minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycana böyük sərmayə qoyublar. Bugünkü qərarın qəbul edilməsində hər bir tərəfdaş şirkətin öz payı var. Onların qərarı olmasaydı, bugünkü mərasim də olmayacaqdı.

Bir sözlə, Azərbaycan aparıcı xarici neft, enerji şirkətləri ilə çox uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihənin icrası nəticəsində böyük mənfəət əldə ediblər. Bu, o hadisələrdəndir ki, burada hər iki tərəf qalib gəlir.

“Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Hesab edirəm ki, bu sahədə də bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi. Çünki neft həm xeyir, həm də başağrısı, problem gətirə bilər. Biz bilirik ki, dünyada neft üstündə əvvəlki dövrlərdə də, hazırda da mübarizələr, münaqişələr gedir, qan axıdılır. Neft hasilatı hələ o demək deyil ki, ölkələr çiçəklənəcək, orada inkişaf olacaq. Neftlə zəngin olan bir çox ölkələrdə bu gün müşahidə edilən mənzərə bunun əksini deyir. Ona görə, bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün.

Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.

Biz bu illərdə Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük vəsait ayırdıq və 250 min köçkünü 100-ə yaxın yeni salınan qəsəbədə gözəl evlərlə, mənzillərlə təmin etdik. Bu proses davam edir. Eyni zamanda, biz neftdən əldə edilən gəlirləri Dövlət Neft Fondunda çox şəffaf şəkildə qoruyuruq. Dövlət Neft Fondunun fəaliyyəti çox şəffafdır. Onun fəaliyyəti, gəlirləri, xərcləri haqqında məlumat müntəzəm olaraq ictimaiyyətə çatdırılır. Dövlət Neft Fondunun xərcləri ancaq parlamentin təsdiqi ilə mümkündür. Büdcəmiz təsdiq ediləndə o vaxt hökumətin təklifi ilə Milli Məclis transfertin həcmini müəyyən edir. Yəni maksimum şəffaflıq bizə imkan verdi ki, bu imkanlardan səmərəli istifadə edək. Bu gün Azərbaycan o ölkələrdəndir ki, şəffaflığa görə çox yüksək beynəlxalq qiymətə layiqdir.

Mən çıxışımın əvvəlində qeyd etdim ki, “Əsrin kontraktı” ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq. Sağ olun.

Ərdoğanın məktubunu Berat Albayrak oxudu…

Sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.

“TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq” - məktubda deyilir.

Məktubda qeyd olunur ki, bu saziş beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi hesab olunur:

“Mən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, gələn il TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq".

R.T.Ərdoğan bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə, bu gün olduğu kimi, gələcəkdə də bütün sahələrdə, xüsusilə energetika sahəsində bir-birini dəstəkləməyə davam edəcək.

Azərbaycanın Xəzər sektorunda "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş XXI əsrin kontraktı olacaq. Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.

Türkiyəli nazir deyib: "Azərbaycan Türkiyə, eləcə də bütün dünya üçün ən etibarlı təbii qaz mənbəyidir". Onun sözlərinə görə, Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilən TANAP layihəsi həm Türkiyə, həm də bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığı bütün dünya üçün gözəl örnəkdir.

Tereza Mey: “Azəri-Çıraq-Günəşli” üzrə sazişin uzadılması strateji əməkdaşlığımızı möhkəmləndirməyə imkan verəcək”

Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin təbrik məktubunu isə Birləşmiş Krallığın dövlət naziri Alan Dunkan oxuyub. Baş nazirin məktubunda bildirilir ki, “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə müqavilənin 2050-ci ilədək uzadılması Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində strateji əməkdaşlığı möhkəmləndirməyə imkan verəcək.

T.Mey bu hadisə ilə əlaqədar hamını təbrik edib və Böyük Britaniyanın, xüsusilə də BP-nin Azərbaycan iqtisadiyyatına töhfəsini qeyd edib.

Gürcüstanın Baş naziri: “Azəri-Çıraq-Günəşli” üzrə sazişin uzadılması tarixi hadisədir”

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması tarixi hadisədir. Bu barədə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin ölkənin energetika naziri İlya Eloşvili tərəfindən oxunan məktubunda bildirilib.

Baş nazir bu sazişin əhəmiyyətini qeyd edib və əlavə edib ki, bu cür enerji layihələri yoxsulluğu azaltmaq və vətəndaşların rifah səviyyəsini artırmağa imkan verir.

O bildirib ki, yeni saziş Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafına xidmət edəcək.

Sonra Yaponiyanın xarici işlər nazirinin müavini Manabu Hori və BP şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış edib.

Çıxışlardan sonra BP şirkətinin sifarişi ilə hazırlanmış və Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsini əks etdirən film nümayiş olunub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və nümayəndə heyətləri başçılarının iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb.

33 milyard dollar qoyub 125 milyard dollar götürmüşük…

Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan hökuməti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə birlikdə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıb.

Saziş Azərbaycanın Milli Məclisi tərəfindən ratifikasiya olunmalıdır.

Saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin nümayəndələri tərəfindən imzalanıb.

Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişə əsasən BP layihənin operatoru olaraq qalacaq. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; AzACG (SOCAR)- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

Bu sazişin ardınca SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bu gün Azərbaycan üçün əlamətdar bir gündür. Bu gün bizə “Əsrin Müqaviləsi”nin imzalandığı vaxtı xatırladır. O dövrün çətin siyasi və iqtisadi şəraitinə baxmayaraq, ulu öndərimiz Heydər Əliyevin gərgin səyləri nəticəsində AÇG üzrə ilk müqavilənin imzalanması ilə Azərbaycanın sonrakı iqtisadi inkişafının təməli qoyulub. 1994-cü ildə ilk müqavilə imzalanandan bəri AÇG-yə $33 miyard sərmayə qoyulub və 440 milyon ton neft hasil edilməklə ölkəmiz $125 milyarddan çox birbaşa mənfəət əldə edib. Bu gün SOCAR ilə tərəfdaş şirkətlər arasında aparılan danışıqlara yekun vuraraq, razılaşdırılmış şərtlər əsasında AÇQ layihəsi üzrə 2049-cu ilin sonunadək davam edəcək yeni müqaviləni imzaladıq. Yeni müqavilənin şərtləri Azərbaycanın Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra qüvvəyə minir ki, bununla da növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracağıq. Yeni müqavilənin şərtləri ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir və artıq reallıq olan tərəfdaşlığımızı yeni müstəviyə qaldırır.”

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli deyib: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar”.

Qeyd edək ki, AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanmışdı. O vaxtdan bəri yatağın işlənməsinə təqribən $33 milyard sərmayə qoyulub. İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək AÇG-dən təqribən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft hasil edilmiş və bu neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. AÇG-dən həmçinin ümumilikdə 30 milyard kubmetrdən artıq səmt qazı Azərbaycan hökumətinə təhvil verilib. 2017-ci ilin birinci yarısında AÇG-dən gündəlik orta hesabla 585 000 barel hasilat əldə edilib. Hazırda AÇG-də 8 platforma – 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan neft və qaz dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

Avropa Azərbaycanda "Yelo Bank"a sanksiyanı niyə tətbiq edib? - Mərkəzi Bank da bilmir niyə?..

SON XƏBƏRLƏR

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

08.05.2026 / 09:15
“Dərnəgül” dəmiryol dayanacağı istifadəyə verildi

08.05.2026 / 08:58
İrana gecə hücumu - ABŞ Bəndər Abbası və Qeşm adasını vurdu...

08.05.2026 / 08:30
Ağdam və Xocavəndə növbəti köç karvanları yola salındı

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ