Bakı dünya üçün vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib. Trend-in məlumatına görə, bunu Bakıda Qlobal Gənc Liderlər Forumunda iştirak edən Bolqarıstanın keçmiş Prezidenti Petar Stoyanov deyib.
O bildirib ki, forum gənclərin müxtəlif ölkələrin mədəniyyətlərini daşıyan təcrübəli insanlarla görüşdüyü bir platformadır.
P.Stoyanovun fikrincə, dünya gəncləri arasında münasibətlərin inkişafı dünyanın gələcəyi üçün mühüm amildir: “Bu baxımdan Bakı bunun üçün ən gözəl məkanlardan biridir. Bu tədbir gənclərin də iştirakını özündə birləşdirən yeni ideyadır".