Rusiyada fəaliyyət göstərən “Life” telekanalı yayımını dayandırdığını elan edib.
Baki-xeber.com-un RİA”Novosti”-yə istinadən xəbərinə görə, telekanal efirində yayımını dayandırması ilə bağlı elan yerləşdirib. Elanda, həmçinin, “layf”sevərlərin bundan sonra yayımı internet üzərindən – saytdan izləyə biləcəkləri bildirilir.
Qeyd edək ki, daha öncə “Life” telekanalının da daxil olduğu “News Media” Holdinqin Baş direktor müavini Anatoli Süleymanov agentliyə açıqlamasında telekanalın “strateji inkişaf çərçivəsində” efir yayımlarını azaldacağını, bunun isə işçilər arasında ixtisarlara səbəb olacağını bildirmişdi.
Xatırladaq ki, “LifeNews” Holdinqə portal, radio və sutka boyu fəaliyyət göstərən telekanal daxil idi. Holdinqin sahibi və Baş direktoru isə Aram Qabrielyanovdur. Eyni zamanda benefisiarlarının Aram Qabrielyanov və “surquteks” neft treyderi olduğu “Media kontent”OOO da “Life”ın yayımı üzrə lisenziya sahibidir.
Telekanal 2013-cü ilin avqustunda efirlərə test yayımı ilə çıxıb. Sentyabın 2-dən isə kabel şəbəkəsində rəsmi yayıma başlayıb. Əsas maliyyəsini reklamdan götürən telekanala qoyulan investisiya 20-30 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.