Cümə axşamı günü, 20 avqust 2026
     

Pre­zi­dent Əli­yev NA­TO və Av­ro­it­ti­fa­qın önəm­li öl­kə­si ilə stra­te­ji tə­rəf­daş­lı­ğın hü­qu­qi bü­növ­rə­si­ni ya­rat­dı

Image


İyu­lun 17-də Lat­vi­ya Pre­zi­den­ti­nin iqa­mət­ga­hın­da - "Ri­qa" qəs­rin­də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin rəs­mi qar­şı­lan­ma mə­ra­si­mi olub. Qar­şı­lan­ma mə­ra­si­min­dən son­ra Pre­zi­dent İl­ham Əli­ye­vin və Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­ni­sin tək­bə­tək gö­rü­şü olub.

Gö­rüş­də iki­tə­rəf­li mü­na­si­bət­lə­rin si­ya­si, iq­ti­sa­di və di­gər sa­hə­lər­də uğur­la in­ki­şaf et­di­yi bil­di­ri­lə­rək, Azər­bay­can Pre­zi­den­ti­nin Lat­vi­ya­ya rəs­mi sə­fə­ri­nin əla­qə­lə­ri­mi­zin ge­niş­lən­di­ril­mə­si ba­xı­mın­dan əhə­miy­yə­ti vur­ğu­la­nıb. Öl­kə­lə­ri­miz ara­sın­da iki­tə­rəf­li əla­qə­lə­rin ha­zır­kı və­ziy­yə­ti, in­ki­şaf pers­pek­tiv­lə­ri haq­qın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb, bu əla­qə­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­si im­kan­la­rı mü­za­ki­rə edi­lib.

Gö­rüş­də, həm­çi­nin, qar­şı­lıq­lı ma­raq do­ğu­ran di­gər mə­sə­lə­lər ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb.

İyu­lun 17-də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin və Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­ni­sin nü­ma­yən­də he­yət­lə­ri­nin iş­ti­ra­kı ilə ge­niş tər­kib­də gö­rü­şü olub. Gö­rüş­də öl­kə­lə­ri­miz ara­sın­da müx­tə­lif sa­hə­lər­də əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si üçün bö­yük im­kan­la­rın ol­du­ğu bil­di­ri­lə­rək, Azər­bay­ca­nın bey­nəl­xalq nəq­liy­yat dəh­liz­lə­rin­də, o cüm­lə­dən Şərq-Qərb, Şi­mal-Cə­nub dəh­liz­lə­rin­də, Asi­ya ilə Av­ro­pa ara­sın­da yük­da­şı­ma­lar­da önəm­li ro­lu qeyd edi­lib. Döv­lət baş­çı­sı Azər­bay­ca­nın bey­nəl­xalq nəq­liy­yat əmək­daş­lı­ğı sa­hə­sin­də gör­dü­yü iş­lər­dən da­nı­şıb.

Gö­rüş­də Azər­bay­can Pre­zi­den­ti­nin Lat­vi­ya­ya rəs­mi sə­fə­ri çər­çi­və­sin­də im­za­la­na­caq sə­nəd­lə­rin əhə­miy­yə­ti qeyd olu­nub, bu sə­nəd­lə­rin əla­qə­lə­rin da­ha da ge­niş­lən­mə­si­nə töh­fə ve­rə­cə­yi­nə əmin­lik ifa­də edi­lib. Həm­çi­nin təh­sil sa­hə­sin­də əmək­daş­lıq mü­za­ki­rə edi­lib və bu sa­hə­də əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si üçün yax­şı im­kan­la­rın ol­du­ğu bil­di­ri­lib.

Söh­bət za­ma­nı Azər­bay­can-Lat­vi­ya mü­na­si­bət­lə­ri­nin Azər­bay­can-Av­ro­pa İt­ti­fa­qı mü­na­si­bət­lə­ri çər­çi­və­sin­də önə­mi qeyd edi­lib. Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­nın fəa­liy­yə­ti mü­za­ki­rə olun­du, ti­ca­rət döv­riy­yə­si­nin ar­tı­rıl­ma­sı üçün im­kan­la­rın araş­dı­rıl­ma­sı, ix­rac-id­xal po­ten­sia­lı­nın mü­əy­yən­ləş­di­ril­mə­si, kənd tə­sər­rü­fa­tı, tu­rizm, in­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­sin­də əmək­daş­lıq mə­sə­lə­lə­rin­dən da­nı­şı­lıb.

Pre­zi­dent Ray­monds Ve­yo­nis vur­ğu­la­yıb ki, Lat­vi­ya Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü da­im dəs­tək­lə­yib və bun­dan son­ra da dəs­tək­lə­yə­cək. Lat­vi­ya döv­lə­ti­nin baş­çı­sı öl­kə­si­nin gə­lə­cək­də də Azər­bay­can-Av­ro­pa İt­ti­fa­qı əmək­daş­lı­ğı­nın möh­kəm­lən­di­ril­mə­si işi­nə töh­fə ve­rə­cə­yi­ni vur­ğu­la­yıb.

Ge­niş tər­kib­də gö­rüş ba­şa çat­dıq­dan son­ra Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin və Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­ni­sin iş­ti­ra­kı ilə sə­nəd­lə­rin im­za­lan­ma­sı mə­ra­si­mi olub. Pre­zi­dent İl­ham Əli­yev və Pre­zi­dent Ray­monds Ve­yo­nis "Azər­bay­can Res­pub­li­ka­sı ilə Lat­vi­ya Res­pub­li­ka­sı ara­sın­da stra­te­ji tə­rəf­daş­lı­ğın ya­ra­dıl­ma­sı haq­qın­da Bir­gə Bə­yan­na­mə"ni im­za­la­yıb­lar.

"Azər­bay­can Res­pub­li­ka­sı­nın Nəq­liy­yat, Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar Na­zir­li­yi ilə Lat­vi­ya Res­pub­li­ka­sı­nın Nəq­liy­yat Na­zir­li­yi ara­sın­da bey­nəl­xalq kom­bi­nə edil­miş yük­da­şı­ma­la­rı haq­qın­da An­laş­ma Me­mo­ran­du­mu"nu Azər­bay­can tə­rəf­dən İq­ti­sa­di, El­mi-Tex­ni­ki və Mə­də­ni Əmək­daş­lıq üz­rə Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­nın həm­səd­ri, eko­lo­gi­ya və tə­bii sər­vət­lər na­zi­ri Hü­seyn­qu­lu Ba­ğı­rov və Lat­vi­ya­nın nəq­liy­yat na­zi­ri Ul­dis Au­qu­lis im­za­la­yıb.

"Azər­bay­can Res­pub­li­ka­sı­nın Föv­qə­la­də Hal­lar Na­zir­li­yi ilə Lat­vi­ya Res­pub­li­ka­sı­nın İq­ti­sa­diy­yat Na­zir­li­yi ara­sın­da ti­kin­ti­də təh­lü­kə­siz­li­yə döv­lət nə­za­rə­ti sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da Sa­ziş"i Azər­bay­can tə­rəf­dən İq­ti­sa­di, El­mi-Tex­ni­ki və Mə­də­ni əmək­daş­lıq üz­rə Hö­ku­mət­lə­ra­ra­sı Ko­mis­si­ya­nın həm­səd­ri, eko­lo­gi­ya və tə­bii sər­vət­lər na­zi­ri Hü­seyn­qu­lu Ba­ğı­rov və Lat­vi­ya­nın təh­sil və elm na­zi­ri Kar­lis Şa­durs­kis im­za­la­yıb.

"Azər­bay­can Res­pub­li­ka­sı Hö­ku­mə­ti ilə Lat­vi­ya Res­pub­li­ka­sı Hö­ku­mə­ti ara­sın­da təh­sil sa­hə­sin­də əmək­daş­lıq haq­qın­da Sa­ziş"i Azər­bay­ca­nın təh­sil na­zi­ri Mi­ka­yıl Cab­ba­rov və Lat­vi­ya­nın təh­sil və elm na­zi­ri Kar­lis Şa­durs­kis im­za­la­yıb.

Sə­nəd­lə­rin im­za­lan­ma­sı mə­ra­si­mi ba­şa çat­dıq­dan son­ra Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­nis və Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev mət­bua­ta bə­ya­nat­lar­la çı­xış edib­lər.

Pre­zi­dent Ray­monds Ve­yo­nis bil­di­rib:

"Mən şə­rəf his­si ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vi bu gün bu­ra­da, Ri­qa­da rəs­mi sə­fə­ri çər­çi­və­sin­də qə­bul edi­rəm. Azər­bay­can Lat­vi­ya­nın mü­hüm tə­rəf­da­şı­dır və bi­zim iki­tə­rəf­li mü­na­si­bət­lə­ri­miz çox sıx dost­luq əla­qə­lə­ri­nə əsas­la­nır.

Biz bu gün Bir­gə Bə­yan­na­mə im­za­la­dıq. Bu, Azər­bay­can Res­pub­li­ka­sı ilə Lat­vi­ya Res­pub­li­ka­sı ara­sın­da stra­te­ji tə­rəf­daş­lı­ğın ya­ra­dıl­ma­sı haq­qın­da bə­yan­na­mə­dir və bu sə­nə­din bi­zim iki­tə­rəf­li mü­na­si­bət­lə­ri­mi­zin ge­niş­lən­di­ril­mə­si­nə müs­bət tə­si­ri ola­caq. Əmi­nəm ki, bu gün im­za­la­nan di­gər sə­nəd­lər - təh­sil, ti­kin­ti­yə nə­za­rət və di­gər sa­hə­lər­də olan ra­zı­laş­ma­lar bi­zim iki­tə­rəf­li əla­qə­lə­ri­mi­zi da­ha da güc­lən­di­rə­cək.

Qeyd et­mək is­tə­yi­rəm ki, iki­tə­rəf­li mü­na­si­bət­lər ba­xı­mın­dan bu il Lat­vi­ya ilə Azər­bay­can ara­sın­da çox fə­al il olub­dur və biz bir çox ad­dım­la­rı at­mı­şıq ki, əmək­daş­lı­ğı­mız da­ha da güc­lən­di­ril­sin. Bu­ra­da həm hö­ku­mət­lə­ri­miz, həm də bə­lə­diy­yə­lər sə­viy­yə­sin­də əla­qə­lər da­ha da ge­niş­lə­nib.

Bu gün Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin rəs­mi sə­fə­ri çər­çi­və­sin­də biz­nes fo­rum da ke­çi­ri­lə­cək. Həm­çi­nin iyun ayın­da bi­zim hö­ku­mət­lə­ra­ra­sı ko­mis­si­ya­nın ic­la­sı ke­çi­ri­lib. Mə­nə elə gə­lir ki, bun­lar bi­zim həm iq­ti­sa­di, həm qar­şı­lıq­lı ti­ca­ri im­kan­la­rı­mı­zı ge­niş­lən­di­rə­cək. Be­lə­lik­lə, bi­zim Azər­bay­can ilə əmək­daş­lı­ğı­mız nəq­liy­yat, xü­su­sən də bey­nəl­xalq Şi­mal-Cə­nub nəq­liy­yat dəh­li­zi ba­xı­mın­dan da­ha sıx ola­caq.

Əl­bət­tə, Lat­vi­ya Azər­bay­ca­nı, onun su­ve­ren­li­yi­ni və əra­zi bü­töv­lü­yü­nü dəs­tək­lə­yir. Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si yal­nız sülh və da­nı­şıq­lar yo­lu ilə həll olu­na bi­lər və bu, bey­nəl­xalq hü­qu­qun nor­ma və prin­sip­lə­ri­nə əsas­lan­ma­lı­dır.

Söh­bə­ti­miz za­ma­nı biz, həm­çi­nin Azər­bay­can ilə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da­kı mü­na­si­bət­lə­rə to­xun­duq. Lat­vi­ya bu iki tə­rəf ara­sın­da - Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da əla­qə­lə­rin güc­lən­di­ril­mə­si­nə hər za­man öz dəs­tə­yi­ni ve­rib - bu, müx­tə­lif for­mat­lar­da olub. Həm Şərq tə­rəf­daş­lı­ğı çər­çi­və­sin­də, həm də di­gər çər­çi­və­lər­də. Biz bi­li­rik ki, bu ilin so­nun­da "Şərq tə­rəf­daş­lı­ğı" proq­ra­mı ilə bağ­lı növ­bə­ti top­lan­tı ke­çi­ri­lə­cək və bu­nun­la əla­qə­dar müx­tə­lif çe­vik yol­lar ta­pı­la­caq ki, bi­zim məhz tə­rəf­da­şı­mız­la, Azər­bay­can­la Av­ro­pa İt­ti­fa­qı ara­sın­da əmək­daş­lıq da­ha da ge­niş­lən­di­ril­sin. Bil­di­yi­niz ki­mi, bu ilin no­yab­rın­da bu məq­səd­lə sam­mit ke­çi­ri­lə­cək və bu bi­zim qar­şı­lıq­lı əmək­daş­lı­ğı­mı­zın uzun­müd­dət­li pers­pek­tiv­lə­ri­ni mü­əy­yən­ləş­di­rə­cək, Azər­bay­can ilə Av­ro­pa İt­ti­fa­qı ara­sın­da­kı əla­qə­lər bü­töv­lük­də mü­əy­yən olun­muş da­ha kon­kret for­ma­sı­nı ta­pa­caq. Azər­bay­ca­nın bu is­ti­qa­mət­də gös­tər­di­yi səy­lər yük­sək də­yər­lən­di­ril­mə­li­dir. Mən sə­mi­miy­yət­lə ümid­va­ram ki, bu ilin no­yab­rın­da Es­to­ni­ya­da ke­çi­ri­lə­cək tə­rəf­daş­lıq üz­rə sam­mit çər­çi­və­sin­də Azər­bay­can və Av­ro­pa İt­ti­fa­qı ilə əmək­daş­lıq edən di­gər tə­rəf­daş öl­kə­lər nəq­liy­yat və iq­ti­sa­diy­yat sa­hə­lə­rin­də da­ha bö­yük im­kan­lar əl­də edə­cək­lər.

Mən Azər­bay­ca­nın "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin hə­ya­ta ke­çi­ril­mə­sin­də, tə­bii qa­zın Av­ro­pa İt­ti­fa­qın­da­kı is­teh­lak­çı­la­ra çat­dı­rıl­ma­sın­da gös­tər­di­yi səy­lə­ri, apar­dı­ğı işi yük­sək də­yər­lən­di­ri­rəm. Zən­nim­cə, biz da­ha sıx iş­lə­mə­li­yik ki, bu is­ti­qa­mət­də da­ha bö­yük irə­li­lə­yiş əl­də edə bi­lək.

Bi­zim əmək­daş­lı­ğı­mız çox­tə­rəf­li­dir. Biz Azər­bay­can­da in­san hü­quq­la­rı­nı mü­za­ki­rə et­dik, qa­nu­nun ali­li­yi­nə to­xun­duq və qeyd et­dik ki, bu sa­hə­lər hər han­sı bir öl­kə­nin in­ki­şa­fı üçün mü­hüm amil­lər­dir.

Mən həm­çi­nin qeyd et­mək is­tə­yi­rəm ki, əs­lin­də öl­kə­miz Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da mü­na­si­bət­lə­rin da­ha da in­ki­şa­fı­na öz töh­fə­si­ni ver­mək­də da­vam edə­cək.

Ye­kun­da bil­dir­mək is­tə­yi­rəm ki, mən Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Za­ti-ali­lə­ri cə­nab İl­ham Əli­ye­vin Lat­vi­ya­ya rəs­mi sə­fə­rin­dən çox məm­nu­nam. Əmi­nəm ki, bu sə­fər Lat­vi­ya ilə Azər­bay­ca­nın əla­qə­lə­ri­ni, iki­tə­rəf­li mü­na­si­bət­lə­ri­ni da­ha da ge­niş­lən­di­rə­cək və bi­zim dost­lu­ğu­muz, tə­rəf­daş­lı­ğı­mız da­ha da in­ki­şaf edə­cək. Mən sö­zün əsl mə­na­sın­da çox ümid edi­rəm ki, biz­nes fo­rum çər­çi­və­sin­də biz, həm­çi­nin öl­kə­lə­ri­miz, iş­gü­zar dai­rə­lə­ri­miz ara­sın­da ye­ni for­mat­la­rı, ye­ni im­kan­la­rı­mı­zı mü­əy­yən edə bi­lə­cə­yik.

Za­ti-ali­lə­ri, çı­xı­şı­mın so­nun­da bu sə­fə­ri­ni­zə gö­rə Si­zə bir da­ha tə­şək­kü­rü­mü bil­di­ri­rəm, çox sağ olun.

Pre­zi­dent İl­ham Əli­yev qeyd edib:

- Çox sağ olun, cə­nab Pre­zi­dent.

İlk növ­bə­də, mə­nə və nü­ma­yən­də he­yə­ti­nə gös­tər­di­yi­niz qo­naq­pər­vər­li­yə gö­rə Si­zə min­nət­da­ram. Ye­ni­dən Lat­vi­ya­da ol­ma­ğım­dan çox məm­nu­nam. Biz bu gün Si­zin­lə həm tək­bə­tək gö­rüş­də, həm he­yət­lə­rin iş­ti­ra­kı ilə ke­çir­di­yi­miz gö­rüş­də Lat­vi­ya-Azər­bay­can əla­qə­lə­ri­nin müx­tə­lif as­pekt­lə­ri­ni mü­za­ki­rə et­dik. Bu mü­za­ki­rə­lər çox kons­truk­tiv şə­kil­də apa­rıl­mış­dır. Əmi­nəm ki, sə­fə­rin nə­ti­cə­lə­ri də çox müs­bət ola­caq, Lat­vi­ya-Azər­bay­can əla­qə­lə­ri ye­ni pil­lə­yə qal­xa­caq.

Siz də qeyd et­di­yi­niz ki­mi, bu gün im­za­la­nan sə­nəd­lər çox önəm­li­dir. On­la­rın için­də xü­su­si­lə Lat­vi­ya ilə Azər­bay­can ara­sın­da stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da Bir­gə Bə­yan­na­mə­ni qeyd et­mək is­tər­dim. Bu çox cid­di, san­bal­lı sə­nəd­dir, de­mək olar ki, əla­qə­lə­ri­mi­zin bü­tün sa­hə­lə­ri­ni əha­tə edir.

Siz də qeyd et­di­niz ki, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü mə­sə­lə­lə­ri Lat­vi­ya tə­rə­fin­dən dəs­tək­lə­nir, de­yə bi­lə­rəm ki, bü­tün dün­ya tə­rə­fin­dən dəs­tək­lə­nir. Bu bə­yan­na­mə­də Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li ilə bağ­lı çox önəm­li mə­sə­lə­lər ək­si­ni ta­pıb. Qeyd olu­nur ki, bu mə­sə­lə BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın mü­va­fiq qət­na­mə­lə­ri, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi, Azər­bay­can sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı çər­çi­və­sin­də həl­li­ni tap­ma­lı­dır. Bu, əda­lət­li möv­qe­dir, bu möv­qe­yə gö­rə mən Si­zə min­nət­da­ram.

Biz bu gün, əl­bət­tə ki, re­gio­nal prob­lem­lə­rə də to­xun­duq, təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri mü­za­ki­rə edil­di. Biz in­di stra­te­ji tə­rəf­daş­lar ki­mi, əl­bət­tə ki, bü­tün mə­sə­lə­lə­ri çox açıq, sə­mi­mi şə­kil­də mü­za­ki­rə edi­rik.

İq­ti­sa­di sa­hə­yə xü­su­si diq­qət gös­tə­ril­di. Əl­bət­tə, biz­nes fo­rum çər­çi­və­sin­də apa­rı­la­caq dis­kus­si­ya­lar, əmi­nəm ki, yax­şı nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­ra­caq. Bi­zə ve­ri­lən mə­lu­ma­ta gö­rə, biz­nes fo­rum çər­çi­və­sin­də ar­tıq bir ne­çə biz­nes kon­trak­tı da im­za­la­na­caq. Be­lə­lik­lə bu, öl­kə­lə­ri­miz ara­sın­da o qə­dər də yük­sək sə­viy­yə­də ol­ma­yan ti­ca­rət döv­riy­yə­si­nə müs­bət tə­sir gös­tə­rə­cək.

Bi­zim kon­kret tək­lif­lə­ri­miz var ki, han­sı məh­sul­la­rı Lat­vi­ya­ya ix­rac edə və han­sı məh­sul­la­rı Lat­vi­ya­dan id­xal edə bi­lə­rik. Bi­zim iq­lim şə­rai­ti­miz elə­dir ki, iq­ti­sa­diy­yat­la­rı­mız bir-bi­ri ilə rə­qa­bət apar­mır. Odur ki, biz is­teh­sal et­di­yi­miz bir çox məh­sul­la­rı Lat­vi­ya­ya ix­rac edə bi­lə­rik və ək­si­nə. Ona gö­rə, qar­şı­lıq­lı ti­ca­rət əla­qə­lə­ri­nin in­ki­şa­fı üçün çox gö­zəl im­kan­lar var. O cüm­lə­dən biz tu­rizm sa­hə­sin­də əmək­daş­lı­ğa da to­xun­duq və be­lə qə­ra­ra gə­li­rik ki, Ri­qa-Ba­kı reys­lə­ri də mün­tə­zəm ola­raq hə­ya­ta ke­çi­ril­mə­li­dir, mü­va­fiq gös­tə­riş­lər ve­ril­miş­dir.

Mən hö­ku­mət­lə­ra­ra­sı bir­gə ko­mis­si­ya­nın fəa­liy­yə­ti­ni qeyd et­mək is­tər­dim. Ko­mis­si­ya qı­sa müd­dət ər­zin­də çox bö­yük iş­lər gö­rüb. Bu gün çox mü­hüm sə­nəd­lər im­za­la­nıb. Həm si­ya­si, həm iq­ti­sa­di və di­gər sa­hə­lər­də əmək­daş­lı­ğın in­ki­şa­fı is­ti­qa­mə­tin­də ko­mis­si­ya­nın çox bö­yük ro­lu var. Ko­mis­si­ya­nın gə­lə­cək işi­nə uğur­lar ar­zu­la­maq is­tər­dim.

Əl­bət­tə ki, təh­sil sa­hə­sin­də, hu­ma­ni­tar sa­hə­də əmək­daş­lıq bö­yük əhə­miy­yət da­şı­yır. Ve­ri­lən mə­lu­ma­ta gö­rə, bu gün 150 Azər­bay­can gən­ci Lat­vi­ya­nın ali mək­təb­lə­rin­də oxu­yur. Mən is­tər­dim ki, on­la­rın sa­yı da­ha da çox ol­sun.

Nəq­liy­yat sa­hə­sin­də çox ümid­ve­ri­ci əmək­daş­lıq im­kan­la­rı var. Azər­bay­can ha­zır­da Şi­mal-Cə­nub nəq­liy­yat dəh­li­zi­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı çox cid­di fəa­liy­yət gös­tə­rir və bu məq­səd­lər üçün çox bö­yük ma­liy­yə və­sai­ti ayı­rıb. Lat­vi­ya bu dəh­li­zin üzə­rin­də yer­lə­şən öl­kə­lər­dən bi­ri ki­mi, əl­bət­tə, bi­zim­lə bə­ra­bər iş­lə­yir. Biz qə­ra­ra gəl­dik ki, növ­bə­ti mər­hə­lə­də mü­va­fiq qu­rum­lar ar­tıq öz ara­la­rın­da məs­lə­hət­ləş­mə­lə­rə baş­la­sın­lar.

Cə­nab Pre­zi­dent qeyd et­di­yi ki­mi, Av­ro­pa İt­ti­fa­qı-Azər­bay­can əla­qə­lə­ri də uğur­la in­ki­şaf edir. Bu ilin əv­və­lin­də mən Av­ro­pa Ko­mis­si­ya­sı­na çox uğur­lu sə­fər et­mi­şəm. Sə­fər­dən bir gün son­ra Av­ro­pa Ko­mis­si­ya­sı ilə Azər­bay­can ara­sın­da ye­ni sa­ziş üzə­rin­də iş­lər baş­la­mış­dır. Əl­bət­tə, stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da bu gün im­za­la­nan Bir­gə Bə­yan­na­mə he­sab edi­rəm ki, Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da im­za­la­na­caq sə­nəd üçün də gö­zəl əsas ya­ra­dır. Onu da qeyd et­mə­li­yəm ki, Av­ro­pa İt­ti­fa­qı­nın üz­vü olan 11 öl­kə ilə ar­tıq Azər­bay­ca­nın stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da sə­nəd­lə­ri var. Bu, əs­lin­də bi­zim stra­te­ji əmək­daş­lı­ğı­mı­zı əks et­di­rir.

Əl­bət­tə, Av­ro­pa İt­ti­fa­qı ilə Azər­bay­can ara­sın­da­kı əla­qə­lər­də ener­ji mə­sə­lə­lə­ri ön plan­da­dır. Bu­ra­da da Azər­bay­can eti­bar­lı tə­rəf­daş ki­mi Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­sin­də öz ro­lu­nu oy­na­yır və oy­na­ya­caq­dır. Azər­bay­can qa­zı Av­ro­pa mə­ka­nı­na çat­dı­rı­la­caq ye­ga­nə ye­ni qaz mən­bə­yi­dir, ye­ni mar­şrut­dur və ye­ni mən­bə­dir. Bi­zim üs­tün­lü­yü­müz bax, bun­dan iba­rət­dir.

Azər­bay­ca­nın tə­şəb­bü­sü ilə hə­ya­ta ke­çi­ri­lən "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si uğur­la ic­ra edi­lir. Dəh­li­zin ya­ra­dıl­ma­sı üçün 40 mil­yard dol­lar və­sa­it tə­ləb olu­nur. Onun bö­yük his­sə­si qo­yu­lub. Azər­bay­can mil­yard­lar­la dol­lar sər­ma­yə qo­yub və qo­yur ki, bu dəh­liz tez­lik­lə re­al­laş­sın. Əmi­nəm ki, bi­rin­ci mər­hə­lə gə­lən il, ikin­ci və so­nun­cu mər­hə­lə isə 2020-ci il­də ba­şa ça­ta­caq. Be­lə­lik­lə, bi­zim Av­ro­pa ilə stra­te­ji əla­qə­lə­ri­miz da­ha da yük­sək pil­lə­yə qal­xa­caq.

Lat­vi­ya­nın bu əla­qə­lə­rin in­ki­şa­fın­da çox bö­yük ro­lu var. Həm­çi­nin Azər­bay­can-NA­TO əla­qə­lə­ri­nin uğur­la in­ki­şa­fın­da da biz hər za­man Lat­vi­ya­nın dəs­tə­yi­ni hiss et­mi­şik. Bu gün NA­TO-Azər­bay­can əla­qə­lə­ri - həm Əf­qa­nıs­tan Res­pub­li­ka­sın­da fəa­liy­yə­ti­miz, həm lo­gis­tik, nəq­liy­yat dəh­li­zi, ümu­miy­yət­lə, bü­tün bu mə­sə­lə­lər, əl­bət­tə ki, NA­TO-ya üzv olan öl­kə­lər­lə bi­zim əla­qə­lə­ri­mi­zi güc­lən­di­rir.

Cə­nab Pre­zi­dent, də­və­tə və qo­naq­pər­vər­li­yə gö­rə Si­zə bir da­ha min­nət­da­ram. Öz növ­bəm­də, Si­zi Si­zin üçün mü­na­sib olan vaxt­da Azər­bay­ca­na rəs­mi sə­fə­rə də­vət edi­rəm. Sağ olun.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzinin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinada bir bazadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ