Siyəzən rayonunda ağr yol qəzası baş verib.
Baki-xeber.com-un "Report"a istinadən xəbərinə görə, Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən “Mercedes” markalı mikrotavtobus dərəyə yuvarlanıb. hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib.
Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. Onlardan 8 nəfərin yaralı olduğu bildirilir. Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıların siyahısını təqdim edirik:
Salamov Pərviz Fəxrəddin oğlu- 1990 təvəllüdlü
Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü
Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü
Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü
Elçin Balabəyov – 1982-ci il təvəllüdlü
Cavid Əzimov – 1988 təvəllüdlü.
Digər 2 nəfərin adı açıqlanmır.