Azərbaycan dəfələrlə Türkiyə ilə qardaş ölkə olduğunu təsdiq edib. Bunu Trend-ə Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və mətbuat katibi Mahir Ünal deyib.
Onun sözlərinə görə, Türkiyədə çevriliş cəhdinin baş verdiyi gün Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə mövqeyini ifadə etdi və Türkiyə hökumətini və xalqını dəstəklədi: "Biz Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına dəstəyə görə minnətdarıq”.
"Azərbaycan xalqı, hökuməti bir millət, iki dövlət olaraq 15 iyul dövlət çevrilişi cəhdi zamanı ilk andan bizə dəstək verdi. Azərbaycan prezidentinə və xalqına təşəkkür edirik". APA-nın Türkiyəyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu isə Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş xarici media mənsubları ilə görüşdə bildirib.
N. Kurtulmuş deyib ki, Azərbaycanın dəstəyini yüksək qiymətləndirirlər.