Milli Məclisin vitse-spikeri Bahar Muradova bir qrup deputatla birlikdə Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevaya baş çəkib. Bu barədə Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Onun sözlərinə görə, dünən isə xəstəyə insan hüquqları üzrə müvəkkil, ombudsman Elmira Süleymanova baş çəkib. Həmin şəxslər Horadiz şəhər xəstəxanasında müalicə olunan yaralının vəziyyəti ilə maraqlanıblar.
N.Şükürov yaralının vəziyyətinin daim dövlət qurumlarının diqqət mərkəzində olduğunu söyləyib.