şənbə günü, 09 may 2026
     

Pre­zi­dent Əli­yev er­mə­ni­lə­rin cəb­hə təx­ri­bat­la­rı ilə da­nı­şıq­la­rı poz­maq tak­ti­ka­sı­nı de­tal­la­rı­na qə­dər if­şa et­di - YENİLƏNDİ

Image


İyu­lun 12-də Pre­zi­dent İl­ham Əli­ye­vin sədr­li­yi ilə Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sı ke­çi­ri­lib.

Döv­lət baş­çı­sı ic­la­sı gi­riş nit­qi ilə açıb:

- İlin bi­rin­ci ya­rı­sı ar­xa­da qa­lıb. Bu gün biz al­tı ay­da gö­rü­lən iş­lə­rə ye­kun vu­ra­ca­ğıq, ey­ni za­man­da, gö­rü­lə­cək iş­lər haq­qın­da da­nı­şa­ca­ğıq. Bü­töv­lük­də Azər­bay­can 2017-ci ilin bi­rin­ci ya­rı­sın­da uğur­la in­ki­şaf edib, qar­şı­da du­ran bü­tün və­zi­fə­lər ic­ra olu­nub, öl­kə­miz da­ha da güc­lə­nib və bey­nəl­xalq əla­qə­lə­ri­miz da­ha da də­rin­lə­şib.

Əf­sus­lar ol­sun ki, 2017-ci il­də dün­ya­da çox təh­lü­kə­li meyl­lər da­ha da güc­lə­nir. Həm bi­zim böl­gə­miz­də, həm dün­ya­da na­ra­ha­te­di­ci mə­qam­lar ki­fa­yət qə­dər çox­dur. Mü­ha­ri­bə­lər, mü­na­qi­şə­lər, qan­lı toq­quş­ma­lar, böh­ran­lar - əf­sus­lar ol­sun ki, bu­gün­kü bey­nəl­xalq mən­zə­rə­nin əla­mət­lə­ri bun­lar­dır. Azər­bay­can isə uğur­la in­ki­şaf edir. Azər­bay­can­da sa­bit­lik möh­kəm­lə­nir. Sa­bit­li­yin mən­bə­yi Azər­bay­can xal­qı­dır, xalq-iq­ti­dar bir­li­yi­dir.

Azər­bay­can­da bü­tün so­si­al-iq­ti­sa­di mə­sə­lə­lər uğur­la öz həl­li­ni ta­pır, öl­kə­miz­də təh­lü­kə­siz­lik təd­bir­lə­ri yük­sək sə­viy­yə­də­dir. Azər­bay­can bu böl­gə­də və dün­ya­da sa­bit­lik mə­ka­nı ki­mi ta­nı­nır. Əl­bət­tə ki, be­lə bir şə­ra­it­də həm in­ves­ti­si­ya­la­rın qo­yu­lu­şu üçün ma­raq gös­tə­ri­lir, ey­ni za­man­da xal­qı­mız ra­hat ya­şa­yır, əha­li­mi­zin ri­fah ha­lı yax­şı­la­şır. Azər­bay­can xal­qı təh­lü­kə­siz­lik, əmi­na­man­lıq şə­rai­tin­də öz gə­lə­cə­yi­ni qu­rur.

Bu ilin al­tı ayın­da bi­zim bey­nəl­xalq əla­qə­lə­ri­miz da­ha da fə­al­la­şıb. Bu gün Azər­bay­can bey­nəl­xalq aləm­də çox bö­yük hör­mə­tə la­yiq olan öl­kə ki­mi ta­nı­nır. Dost­la­rı­mı­zın sa­yı ar­tır və bey­nəl­xalq təş­ki­lat­lar­da da bi­zim fəa­liy­yə­ti­miz çox müs­bət­dir. Mən ilin al­tı ayın­da 10 xa­ri­ci sə­fər et­mi­şəm - beş Av­ro­pa öl­kə­si­nə, beş mü­səl­man öl­kə­si­nə. Da­vos və Mün­hen­də ke­çi­ri­lən dün­ya­nın apa­rı­cı iq­ti­sa­di, si­ya­si və təh­lü­kə­siz­lik kon­frans­la­rın­da Azər­bay­can lə­ya­qət­lə təm­sil olun­muş­dur. Ey­ni za­man­da, mə­nim Av­ro­pa Ko­mis­si­ya­sı­na çox uğur­lu sə­fə­rim olub­dur, Fran­sa­ya və Pol­şa­ya rəs­mi sə­fər­lər et­mi­şəm. Mü­səl­man öl­kə­lə­ri­nə gəl­dik­də isə, İra­na, Qə­tə­rə, Pa­kis­ta­na, Səu­diy­yə Ərə­bis­ta­nı­na, Tür­ki­yə­yə sə­fər­lər et­mi­şəm. Azər­bay­can sə­fər et­di­yim bü­tün bu öl­kə­lər­lə əla­qə­lə­ri­ni da­ha da ge­niş­lən­di­rir, möh­kəm­lən­di­rir. Bu sə­fər­lə­ri­min coğ­ra­fi­ya­sı əs­lin­də bi­zim xa­ri­ci si­ya­sə­ti­mi­zin nə qə­dər düz­gün və mil­li ma­raq­la­ra xid­mət edən si­ya­sət ol­du­ğu­nu bir da­ha təs­diq­lə­yir. Bu­nun­la bə­ra­bər, bu ilin bi­rin­ci ya­rı­sın­da doq­quz xa­ri­ci döv­lət və hö­ku­mət baş­çı­sı Azər­bay­ca­na sə­fər edib. Bu da çox gö­zəl gös­tə­ri­ci­dir.

Bu il Azər­bay­can­da bir ne­çə mö­tə­bər bey­nəl­xalq təd­bir ke­çi­ril­miş­dir. Əl­bət­tə ki, mö­tə­bər bey­nəl­xalq təd­bir­lə­rin ke­çi­ril­mə­si hər bir öl­kə üçün önəm­li­dir. Bu təd­bir­lər əs­lin­də öl­kə­yə olan mü­na­si­bə­ti, hör­mə­ti əks et­di­rir. Azər­bay­can­da ke­çi­ri­lən mö­tə­bər təd­bir­lər ən yük­sək sə­viy­yə­li təd­bir­lər­dir. On­la­rın ara­sın­da əsas təd­bir­lə­ri qeyd et­mək is­tər­dim. Bu il Ba­kı­da V Qlo­bal Fo­rum ke­çi­ri­lib­dir. Bu, ar­tıq dün­ya miq­ya­sın­da çox də­yər­li, sə­viy­yə­li bir təd­bir­dir. Əgər Da­vos­da da­ha çox iq­ti­sa­di, Mün­hen­də təh­lü­kə­siz­lik mə­sə­lə­lə­ri mü­za­ki­rə olu­nur­sa, Qlo­bal Ba­kı Fo­ru­mun­da da­ha çox si­ya­si və ey­ni za­man­da, bü­tün di­gər mə­sə­lə­lər mü­za­ki­rə edi­lir. Fo­rum­da bir ne­çə öl­kə­nin döv­lət və hö­ku­mət baş­çı­la­rı, ta­nın­mış si­ya­sət­çi­lər, ic­ti­mai xa­dim­lər iş­ti­rak et­miş­lər. Qlo­bal Ba­kı Fo­ru­mu ar­tıq dün­ya xə­ri­tə­sin­də özü­nə­la­yiq ye­ri­ni tu­ta bil­miş­dir.

Bu il IV Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu ke­çi­ril­miş­dir. Bu da bi­zim tə­şəb­bü­sü­müz­lə bir ne­çə il bun­dan əv­vəl ilk də­fə ke­çi­ril­miş təd­bir­dir. Bu­il­ki təd­bir­də Azər­bay­can­la bə­ra­bər dün­ya­nın al­tı apa­rı­cı bey­nəl­xalq təş­ki­la­tı Fo­ru­mun təş­ki­lat­çı­sı ki­mi çı­xış et­miş­dir. Fo­rum­da apa­rıl­mış mü­za­ki­rə­lər və qə­bul edil­miş qə­rar­lar əl­bət­tə ki, mul­ti­kul­tu­ra­lizm də­yər­lə­ri­nin möh­kəm­lən­mə­si­nə xid­mət edir. Azər­bay­can Fo­rum çər­çi­və­sin­də bir da­ha mul­ti­kul­tu­ra­liz­min mər­kəz­lə­rin­dən bi­ri ki­mi qeyd olun­du. Əl­bət­tə ki, be­lə təd­bir­lə­rin öl­kə­miz­də ke­çi­ril­mə­si həm bi­zim bey­nəl­xalq nü­fu­zu­mu­zu ar­tı­rır və ey­ni za­man­da, bu təd­bir­lər dün­ya­da ge­dən müs­bət pro­ses­lə­rə öz töh­fə­si­ni ver­mək­də­dir.

Bu il Ba­kı­da IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı ke­çi­ril­miş­dir. Bu da qlo­bal təd­bir­dir. Biz həm Av­ro­pa Oyun­la­rı­nı, həm İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nı ən yük­sək sə­viy­yə­də ke­çir­mi­şik, min­lər­lə id­man­çı, qo­naq bi­zim gö­zəl Ba­kı ilə ta­nış olub, şə­hə­ri­mi­zə, öl­kə­mi­zə hey­ran qa­lıb. Bi­zim təş­ki­lat­çı­lıq qa­bi­liy­yə­ti­miz də ən yük­sək sə­viy­yə­də­dir. Ən önəm­li­si on­dan iba­rət­dir ki, Azər­bay­can mil­li ko­man­da­sı bu Oyun­lar­da bi­rin­ci ye­ri tu­ta bil­miş­dir. Bu da bir da­ha onu gös­tə­rir ki, Azər­bay­can güc­lü id­man döv­lə­ti­dir. Azər­bay­can Av­ro­pa Oyun­la­rın­da ikin­ci, İs­lam Həm­rəy­li­yi Oyun­la­rın­da isə bi­rin­ci yer­də­dir. O ki qal­dı Olim­pi­ya Oyun­la­rı­na, son Olim­pi­ya Oyun­la­rın­da me­dal­la­rın sa­yı­na gö­rə Azər­bay­can dün­ya miq­ya­sın­da on dör­dün­cü öl­kə idi.

Bu il 24-cü Xə­zər neft-qaz sər­gi və kon­fran­sı ke­çi­ril­miş­dir. Bu sər­gi və kon­frans dün­ya miq­ya­sın­da ener­ji sek­to­run­da se­çil­miş təd­bir­lər­dən bi­ri­dir. Bu­nun ən gö­zəl gös­tə­ri­ci­si on­dan iba­rət­dir ki, bu təd­bi­rə Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı­nın Pre­zi­den­ti cə­nab Tramp mək­tub gön­dər­miş­dir. Mə­nə ün­van­la­nan mək­tub, əl­bət­tə ki, Xə­zər neft-qaz sər­gi və kon­fran­sı­nın əhə­miy­yə­ti­ni ar­tı­rır, ey­ni za­man­da, Ame­ri­ka Bir­ləş­miş Ştat­la­rı tə­rə­fin­dən Azər­bay­ca­nın ic­ra et­di­yi uğur­lu ener­ji la­yi­hə­lə­ri­nə gös­tə­ri­lən növ­bə­ti dəs­tək­dir. Əl­bət­tə ki, be­lə xoş mü­na­si­bət Ame­ri­ka-Azər­bay­can əla­qə­lə­ri­nin uğur­lu in­ki­şa­fı üçün ye­ni zə­min ya­ra­dır. Bir ne­çə gün bun­dan əv­vəl Ame­ri­ka­nın döv­lət ka­ti­bi ilə İs­tan­bul­da gö­rü­şüm bir da­ha bi­zim stra­te­ji əla­qə­lə­ri­mi­zi təs­diq­lə­di və bu gün Ame­ri­ka-Azər­bay­can əla­qə­lə­ri ye­ni mər­hə­lə­yə qə­dəm qo­yur.

Öl­kə­miz­də ke­çi­ril­miş bu təd­bir­lər, - mən an­caq əsas təd­bir­lə­ri qeyd et­dim, - əs­lin­də Azər­bay­ca­nın dün­ya­da­kı ro­lu­nu, in­ki­şa­fı­nı, öl­kə­mi­zə bey­nəl­xalq alə­min, apa­rı­cı döv­lət­lə­rin hör­mə­ti­ni, rəğ­bə­ti­ni gös­tə­rir.

Bi­zim xa­ri­ci si­ya­sə­ti­mi­zin əsas mə­sə­lə­si Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­dir. Əf­sus­lar ol­sun ki, bu ilin bi­rin­ci ya­rı­sın­da bu is­ti­qa­mət­də - da­nı­şıq­lar is­ti­qa­mə­tin­də heç bir nə­ti­cə əl­də edil­mə­miş­dir. Bu­nun­la bə­ra­bər, he­sab edi­rəm ki, 2017-ci il­də mü­na­qi­şə­nin həl­li ilə bağ­lı önəm­li ha­di­sə­lər də baş ver­miş­dir və Azər­bay­ca­nın haq­lı möv­qe­yi da­ha da bö­yük də­yər qa­zan­mış­dır.

Mən bir ne­çə fak­tı Azər­bay­can ic­ti­ma­iy­yə­ti­nin diq­qə­ti­nə çat­dır­maq is­tər­dim. İlk növ­bə­də, bu il qon­dar­ma se­pa­rat­çı re­jim Er­mə­nis­ta­nın si­ya­si rəh­bər­li­yi­nin təh­ri­ki ilə Dağ­lıq Qa­ra­bağ­da növ­bə­ti qon­dar­ma, qa­nun­suz, dır­na­qa­ra­sı re­fe­ren­dum ke­çir­miş­dir. Bu "re­fe­ren­dum"un ke­çi­ril­mə­si əs­lin­də on­la­rın bö­yük səh­vi­dir, da­ha doğ­ru­su, ax­maq­lı­ğı­dır. On­la­rın bir qə­dər ağ­lı ol­say­dı, heç vaxt bu­na get­məz­di­lər. Çün­ki bə­ri baş­dan bəl­li idi ki, dün­ya bir­li­yi bu qon­dar­ma təd­bi­ri ta­nı­ma­ya­caq. Be­lə də ol­du. Minsk Qru­pu bə­ya­nat ver­di, onun həm­sədr­lə­ri - Ame­ri­ka, Fran­sa, Ru­si­ya "re­fe­ren­dum"u ta­nı­ma­dı­lar. Av­ro­pa İt­ti­fa­qı re­fe­ren­du­mu ta­nı­ma­yıb. Qon­şu öl­kə­lər - İran, Gür­cüs­tan "re­fe­ren­dum"u ta­nı­ma­yıb. Di­gər öl­kə­lər də ox­şar bə­ya­nat­lar­la çı­xış et­di­lər. Bu qon­dar­ma "re­fe­ren­dum"un ta­nın­ma­ma­sı Dağ­lıq Qa­ra­ba­ğın Azər­bay­ca­na məx­sus ol­du­ğu­nu bir da­ha təs­diq­lə­yir. Bü­tün dün­ya və mü­na­qi­şə­nin həl­li ilə bi­la­va­si­tə məş­ğul olan öl­kə­lər bu mü­na­si­bət­lə­ri ilə bir da­ha təs­diq edir­lər ki, Dağ­lıq Qa­ra­bağ Azər­bay­ca­nın ay­rıl­maz his­sə­si­dir. Bu hə­qi­qət­dir, bu, ta­ri­xi hə­qi­qət­dir və əl­bət­tə ki, bu hə­qi­qət bir da­ha qeyd olun­du. Bu, Er­mə­nis­ta­nın növ­bə­ti bia­bır­çı­lı­ğı idi.

Bi­lir­si­niz ki, ap­rel ha­di­sə­lə­rin­dən son­ra Er­mə­nis­tan da­nı­şıq­la­rın bər­pa edil­mə­si üçün bir ne­çə şərt qo­yur­du və bu­nu açıq şə­kil­də bə­yan edir­di. Mən o vaxt ye­nə də gö­rür­düm, bi­lir­dim ki, bu, növ­bə­ti ax­maq­lıq­dır. Çün­ki gec-tez on­lar da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­da­caq­lar, sa­də­cə ola­raq, öz­lə­ri­ni ol­ma­yan hör­mət­dən növ­bə­ti də­fə sa­la­caq­lar. Be­lə də ol­du. Dü­nən Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri gö­rü­şüb­lər. Da­nı­şıq­lar pro­se­si bər­pa edi­lib, heç bir şərt Azər­bay­can tə­rə­fin­dən qə­bul edil­mə­yib, da­nı­şıq­lar pro­se­si qeyd-şərt­siz bər­pa edi­lib­dir.

Bu bi­zim möv­qe­yi­miz­dir, biz hə­mi­şə de­mi­şik ki, be­lə ol­ma­lı­dır. Bu, Minsk qru­pu­nun həm­sədr öl­kə­lə­ri­nin də möv­qe­yi­dir. Ona gö­rə iş­ğal­çı­nı məc­bur et­di­lər və o, da­nı­şıq­lar ma­sa­sı­na qa­yı­dıb. İn­di mə­sə­lə on­dan iba­rət­dir ki, tez­lik­lə subs­tan­tiv, yə­ni mə­na­lı, kon­kret da­nı­şıq­lar bər­pa edil­mə­li­dir. Da­nı­şıq­lar nə­ti­cə­sin­də tor­paq­la­rı­mız iş­ğal­dan azad edil­mə­li­dir, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa olun­ma­lı­dır. Bi­zim möv­qe­yi­miz bun­dan iba­rət­dir. Bun­dan kə­nar­da heç bir həll yo­lu müm­kün de­yil.

Er­mə­nis­tan isə hə­mi­şə ça­lı­şır­dı ki, həm da­nı­şıq­la­rı poz­sun və on­la­ra təz­yiq art­dıq­ca təx­ri­bat tö­rət­sin. Bu­nu biz ya­xın ta­rix­dən yax­şı bi­li­rik. Hə­lə 1990-cı il­lə­rin son­la­rın­da Er­mə­nis­tan par­la­men­tin­də ter­ror ak­tı tö­rə­dil­miş­dir və bu da o vaxt­kı Er­mə­nis­tan rəh­bər­li­yi üçün bir bə­ha­nə idi ki, da­nı­şıq­lar po­zul­sun. Be­lə də ol­du. 2014-cü il­də Fran­sa­da ke­çi­ril­miş da­nı­şıq­lar­dan dər­hal son­ra Er­mə­nis­tan növ­bə­ti hər­bi təx­ri­ba­ta əl at­dı, Ağ­dam ra­yo­nun­da hər­bi tə­lim­lər təş­kil et­di. Bi­zim möv­qe­lə­ri­mi­zə he­li­kop­ter­lər hü­cu­ma keç­di və on­lar­dan bi­ri Azər­bay­can Or­du­su tə­rə­fin­dən məhv edil­di.

2016-cı il mar­tın so­nun­da Va­şinq­ton­da nü­və sam­mi­tin­də mən də iş­ti­rak edir­dim, Er­mə­nis­tan pre­zi­den­ti də. O vaxt Er­mə­nis­tan pre­zi­den­ti­nə təz­yiq­lər gös­tə­ri­lir­di ki, mə­sə­lə tez­lik­lə öz həl­li­ni tap­sın. Da­nı­şıq­la­rı poz­maq üçün ap­rel ha­di­sə­lə­ri tö­rə­dil­di, bi­zə qar­şı təx­ri­bat tö­rə­dil­di. Azər­bay­can Or­du­su düş­mə­nə la­yiq­li ca­vab ver­di. Bu ca­vab nə­ti­cə­sin­də bu gün bi­zim bay­ra­ğı­mız Ağ­də­rə, Fü­zu­li, Cəb­ra­yıl ra­yon­la­rı­nın iş­ğal­dan azad edil­miş tor­paq­la­rın­da dal­ğa­la­nır.

O vaxt­dan bu gü­nə qə­dər da­nı­şıq­lar apa­rıl­mır­dı və Er­mə­nis­ta­na təz­yiq ar­tır­dı. Da­nı­şıq­la­ra baş­la­ma­maq üçün on­lar ke­çən ay növ­bə­ti hər­bi təx­ri­bat tö­rət­di­lər, bir əs­gə­ri­miz hə­lak ol­du. Ye­nə də Azər­bay­can Or­du­su on­la­rı cə­za­lan­dır­dı. Azər­bay­can Or­du­su­nun zər­bə­si nə­ti­cə­sin­də bir çox iş­ğal­çı məhv edil­di. Növ­bə­ti təx­ri­bat bu ayın 4-də Fü­zu­li ra­yo­nu­nun Al­xan­lı kən­din­də baş ver­di. Bu, hər­bi ci­na­yət­dir. Bu, er­mə­ni fa­şiz­mi­nin tə­za­hü­rü­dür və bu ci­na­yə­tə gö­rə Er­mə­nis­tan öz ca­va­bı­nı al­mış­dır. Bu, mis­li gö­rün­mə­miş vəh­şi­lik­dir. Ba­la­ca Zəh­ra­nın və onun nə­nə­si­nin öl­dü­rül­mə­si er­mə­ni fa­şiz­mi­nin ey­bə­cər si­fə­ti­ni bü­tün dün­ya­ya gös­tər­di.

Bu ci­na­yət ca­vab­sız qal­ma­dı. Azər­bay­can ic­ti­ma­iy­yə­ti də bu­nu bi­lir. Bax­ma­ya­raq ki, Er­mə­nis­tan öz it­ki­lə­ri­ni hə­mi­şə giz­lət­mək is­tə­yir. Am­ma bü­tün it­ki­lə­ri giz­lə­də bil­mir. Azər­bay­can Or­du­su düş­mə­nə sar­sı­dı­cı zər­bə­lər en­dir­di. Bu zər­bə­lər nə­ti­cə­sin­də bir çox iş­ğal­çı məhv edil­di. Ba­la­ca Zəh­ra­nın, onun nə­nə­si­nin qa­nı yer­də qal­ma­dı. Hə­mi­şə də be­lə ola­caq. Nə­yə he­sab­lan­mış­dır bu ci­na­yət? İlk növ­bə­də bu, Er­mə­nis­tan si­ya­si rəh­bər­li­yi­nin xis­lə­ti­ni gös­tə­rir. Xo­ca­lı qa­ti­lin­dən, uşaq, qa­dın qa­ti­lin­dən baş­qa bir şey göz­lə­mək müm­kün de­yil. Bu, er­mə­ni fa­şiz­mi­dir, bü­tün dün­ya da bu­nu be­lə qə­bul et­mə­li­dir. Bu, bi­rin­ci­si.

İkin­ci­si, iyu­nun 11-də xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü nə­zər­də tu­tul­muş­du. Ar­tıq bu ta­rix bəl­li idi, sa­də­cə ola­raq, son gün­lər­də bu ta­rix açıq­lan­dı. Bu təx­ri­ba­tı tö­rət­mək­lə on­lar he­sab edir­di­lər ki, Azər­bay­can da­nı­şıq­lar­dan im­ti­na edə­cək. Biz im­ti­na edə bi­lər­dik, əgər on­la­ra la­yiq­li ca­vab ver­mə­səy­dik. Ca­vab­la­rı­nı ver­dik, iş­ğal­çı­la­rı məhv et­dik, on­la­rı cə­za­lan­dır­dıq, son­ra da da­nı­şıq­la­ra get­dik.

Bax, bu­dur Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı olan əsas mə­sə­lə­lər. Ona gö­rə mən de­yi­rəm ki, bu il Azər­bay­can möv­qe­lə­ri da­ha da möh­kəm­lən­di. Al­xan­lı kən­din­də tö­rə­dil­miş hər­bi ci­na­yə­tin dün­ya­da bö­yük əks-sə­da­sı var. Yə­ni Er­mə­nis­tan gör­dü ki, Azər­bay­can bö­yük bey­nəl­xalq dəs­tə­yə ma­lik­dir. Bi­zim bü­tün qu­rum­la­rı­mız çox fə­al, ope­ra­tiv iş­lə­di­lər, bu mə­lu­ma­tı dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dır­dı­lar. Həm döv­lət qu­rum­la­rı, sə­fir­lik­lər, di­as­por təş­ki­lat­la­rı, ic­ti­mai təş­ki­lat­lar, bi­zim xa­ric­də­ki dost­la­rı­mız öz səs­lə­ri­ni ucalt­dı­lar və Er­mə­nis­ta­na, onun fa­şist xis­lət­li si­ya­si rəh­bər­li­yi­nə dün­ya­da nif­rət da­ha da art­dı.

O ki qal­dı da­nı­şıq­la­rın pers­pek­tiv­lə­ri­nə, bir da­ha de­mək is­tə­yi­rəm ki, da­nı­şıq­lar bər­pa edi­lir, bu müs­bət hal­dır. İn­di əsas və­zi­fə tez­lik­lə mə­sə­lə­ni həll et­mək­dir ki, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa edil­sin. Əmi­nəm ki, be­lə də ola­caq. Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü heç vaxt da­nı­şıq­lar möv­zu­su ol­ma­yıb və ol­ma­ya­caq.

Hə­mi­şə ol­du­ğu ki­mi, biz bu il də hər­bi po­ten­sia­lı­mı­zın güc­lən­di­ril­mə­si­nə bö­yük diq­qət gös­tər­mi­şik. Ye­ni si­lah­lar, ən müa­sir tex­ni­ka alı­nır. Özü də biz tex­ni­ka­nı, si­lah­la­rı, ən müa­sir ava­dan­lı­ğı müx­tə­lif öl­kə­lər­dən alı­rıq və on­la­rın bir his­sə­si ar­tıq gə­lir, bir his­sə­si isə gə­lə­cək­dir. Bu bi­zim hər­bi po­ten­sia­lı­mı­zı da­ha da ar­tı­ra­caq. Bu gü­nün özün­də biz iş­ğal edil­miş tor­paq­lar­da is­tə­ni­lən hə­də­fi məhv edə bi­lə­rik. Am­ma biz öz hər­bi po­ten­sia­lı­mı­zı da­ha da güc­lən­dir­mə­li­yik. Bu­na eh­ti­yac var və bu­na bi­zim im­kan­la­rı­mız ça­tır. Yox­sul Er­mə­nis­tan­dan fərq­li ola­raq, biz bü­tün hər­bi tex­ni­ka­nı öz he­sa­bı­mı­za alı­rıq və Azər­bay­can­da da bu tex­ni­ka­nı is­teh­sal edi­rik. Bu il Azər­bay­can­da iki ye­ni hər­bi za­vod fəa­liy­yə­tə baş­la­mış­dır. Bu gün Azər­bay­can həm özü­nü bö­yük də­rə­cə­də si­lah-sur­sat­lar­la tə­min edir, ey­ni za­man­da xa­ri­ci öl­kə­lə­rə də ix­rac edir.

Məc­bu­ri köç­kün­lə­rin prob­lem­lə­ri hə­mi­şə­ki ki­mi bu il də diq­qət mər­kə­zin­də olub­dur. Son il­lər yü­zə ya­xın qə­sə­bə sa­lın­mış­dır. An­caq on­la­rın ara­sın­da bu il aç­dı­ğı­mız Co­cuq Mər­can­lı qə­sə­bə­si xü­su­si yer tu­tur. Bu, ta­ri­xi ha­di­sə­dir. Bu bi­zim şan­lı ta­ri­xi­mi­zə qı­zıl hərf­lər­lə ya­zı­lan ha­di­sə­dir. Biz iş­ğal­dan azad edil­miş Co­cuq Mər­can­lı kən­di­ni bər­pa et­dik. Ora­da 50 ev, mək­təb, Şu­şa məs­ci­di­nin bən­zə­ri olan məs­cid ti­ki­lib, yol çə­ki­lib, bü­tün in­fras­truk­tur ya­ra­dı­lıb. Ai­lə­lər ora­ya qa­yı­dır. Açı­lış­dan son­ra mən növ­bə­ti Sə­rən­cam im­za­la­dım. Növ­bə­ti 100 evin, tibb mən­tə­qə­si­nin və di­gər la­zı­mi ob­yekt­lə­rin ti­kin­ti­si üçün də və­sa­it ay­rıl­mış­dır. Əmi­nəm ki, gə­lə­cək ay­lar­da Co­cuq Mər­can­lı kən­di tam bər­pa edi­lə­cək və bu kən­də tam hə­yat qa­yı­da­caq­dır.

Di­gər la­yi­hə­lər ic­ra edi­lir. Tər­tər ra­yo­nun­da bö­yük şə­hər­cik sa­lı­nır. Sum­qa­yıt və Ba­kı şə­hər­lə­rin­də həm ye­ni şə­hər­cik­lər ti­ki­lir, həm köç­kün­lər üçün mən­zil­lər alı­nır və on­la­ra ve­ri­lir. Ma­sa­zır­da, Sum­qa­yıt­da, Qa­ra­dağ ra­yo­nun­da be­lə tə­şəb­büs­lər irə­li sü­rü­lür. On­la­rın ara­sın­da Qa­ra­dağ la­yi­hə­si­ni xü­su­si­lə qeyd et­mək is­tər­dim. Çün­ki bu bir ye­ni­lik­dir, ye­ni tə­şəb­büs­dür. Bu, özəl sek­tor tə­rə­fin­dən in­şa edi­lən bö­yük şə­hər­cik­dir. Ora­da min köç­kün ai­lə­si məs­kun­la­şa­caq və bu çox gö­zəl nü­mu­nə­dir.

Bu gün Azər­bay­can­da ya­rat­dı­ğı­mız şə­ra­it nə­ti­cə­sin­də yüz­lər­lə, min­lər­lə sa­hib­kar öz fəa­liy­yə­ti­ni ge­niş­lən­di­rir. Bi­zim sa­hib­kar­la­rı­mız bö­yük im­kan­la­ra ma­lik­dir­lər. Sa­hib­kar­la­rın so­si­al mə­su­liy­yə­ti də yük­sək sə­viy­yə­də ol­ma­lı­dır. Bu şə­rai­ti on­lar üçün biz ya­rat­mı­şıq. Çün­ki in­di Azər­bay­can­da sa­bit­lik, sü­rət­li in­ki­şaf ol­ma­say­dı, bi­zim sa­hib­kar­lar bu qə­dər in­ki­şaf edə bil­məz­di­lər. Ey­ni za­man­da, döv­lət on­la­ra gü­zəşt­li şərt­lər­lə kre­dit­lər ve­rir, on­la­rın mə­sə­lə­lə­ri həll olu­nur. Mən sa­hib­kar­lar­la də­fə­lər­lə gö­rüş­mü­şəm. Hər il bir ne­çə də­fə gö­rü­şü­rəm və tam dəs­tək gös­tə­ri­lir. On­lar da öz növ­bə­sin­də so­si­al mə­su­liy­yə­ti dərk et­mə­li­dir­lər. Ona gö­rə, Qa­ra­dağ ra­yo­nun­da sa­hib­kar­lar tə­rə­fin­dən öz və­sa­it­lə­ri he­sa­bı­na 1000 mən­zil­lik şə­hər­ci­yin ti­kil­mə­si çox yax­şı tə­şəb­büs­dür. Mən bu­nu bə­yə­ni­rəm, al­qış­la­yı­ram. Bu bü­tün sa­hib­kar­la­ra nü­mu­nə ol­ma­lı­dır. Mən bun­dan son­ra sa­hib­kar­la­rın fəa­liy­yə­ti­ni, o cüm­lə­dən bu gös­tə­ri­ci­yə gö­rə də qiy­mət­lən­di­rə­cə­yəm.

Əl­bət­tə ki, bü­tün bu mə­sə­lə­lə­rin həll edil­mə­si bir da­ha bi­zim döv­lə­ti­mi­zin si­ya­sə­ti­ni, niy­yə­ti­ni or­ta­ya qo­yur. Bi­zim si­ya­sə­ti­mi­zin mər­kə­zin­də Azər­bay­can və­tən­da­şı­dır. Ona gö­rə so­si­al mə­sə­lə­lə­rin həl­li da­im diq­qət mər­kə­zin­də­dir. Bu il bu mə­sə­lə­lər­lə bağ­lı cid­di ad­dım­lar atıl­mış­dır. Beş mil­yon­dan çox in­san bu il pul­suz müa­yi­nə­dən keç­miş­dir. Bil­mi­rəm, han­sı öl­kə­də be­lə bir tə­şəb­büs var ki, in­san­lar, əha­li­nin bö­yük ək­sə­riy­yə­ti il ər­zin­də pul­suz müa­yi­nə­dən keç­sin.

So­si­al in­fras­truk­tur ob­yekt­lə­ri­nin ti­kin­ti­si apa­rıl­mış­dır və apa­rı­lır. Bi­rin­ci al­tı ay­da 26 tibb mü­əs­si­sə­si ti­kil­miş və tə­mir edil­miş­dir. İyir­mi­dən çox mo­dul tip­li mək­təb ti­kil­miş­dir. İlin so­nu­na qə­dər on­la­rın sa­yı 100-ə çat­ma­lı­dır. Yə­ni so­si­al in­fras­truk­tur mə­sə­lə­lə­ri­nin həl­li da­im diq­qət mər­kə­zin­də­dir.

Əl­bət­tə ki, bü­tün bu uğur­la­ra na­il ol­maq üçün bi­zim güc­lü iq­ti­sa­di po­ten­sia­lı­mız ol­ma­lı­dır. Al­tı ayın gös­tə­ri­ci­lə­ri mə­ni çox qa­ne edir. Qey­ri-neft iq­ti­sa­diy­ya­tı­mız al­tı ay­da 1,7 fa­iz ar­tıb. Bu çox yax­şı gös­tə­ri­ci­dir. Mən xü­su­si­lə qey­ri-neft iq­ti­sa­diy­ya­tı­nı qeyd edi­rəm. Çün­ki ümu­mi iq­ti­sa­di gös­tə­ri­ci, yə­ni, ümu­mi da­xi­li məh­su­lun gös­tə­ri­ci­lə­ri da­ha çox nef­tin ha­si­la­tı­na və nef­tin qiy­mə­ti­nə bağ­lı­dır. Bu da də­yi­şir. Ona gö­rə, bu, bi­zim gör­dü­yü­müz iş­lə­rə qiy­mət ver­mək üçün əsas amil ki­mi qə­bul edi­lə bil­məz.

Qey­ri-neft iq­ti­sa­diy­ya­tı­mız­da 1,7 fa­iz ar­tım bi­zim apar­dı­ğı­mız iq­ti­sa­di is­la­hat­la­rın nə­ti­cə­si­dir. He­sab edi­rəm ki, bu, xü­su­si­lə in­di­ki şə­ra­it­də çox yax­şı gös­tə­ri­ci­dir. Qey­ri-neft sə­na­ye­si da­ha çox ar­tıb. Bu­ra­da ar­tım 4,4 fa­iz­dir. He­sab edi­rəm ki, bu da müm­kün olan ən gö­zəl gös­tə­ri­ci­dir. Bu onu gös­tə­rir ki, is­la­hat­lar və apar­dı­ğı­mız si­ya­sət öz nə­ti­cə­si­ni ve­rir.

Bu ilin al­tı ayın­da öl­kə iq­ti­sa­diy­ya­tı­na 5 mil­yard dol­lar sər­ma­yə qo­yu­lub. Bu gün sər­ma­yə qo­yu­lu­şu, de­mək olar ki, bü­tün öl­kə­lər­də aza­lır. Çün­ki ma­liy­yə sı­xın­tı­la­rı, prob­lem­lər var. Am­ma Azər­bay­ca­na sər­ma­yə qo­yu­lur və bu sər­ma­yə­nin bö­yük his­sə­si xa­ri­ci sər­ma­yə­dir. Yə­ni xa­ri­ci in­ves­tor­lar üçün Azər­bay­can çox cəl­be­di­ci öl­kə­dir. Nə­yə gö­rə? Tək­cə ona gö­rə yox ki, biz­də yax­şı in­ves­ti­si­ya iq­li­mi var. Ona gö­rə ki, Azər­bay­can bu gün sa­bit­lik mə­ka­nı­dır və in­ves­tor­lar an­caq sa­bit olan yer­lə­rə sər­ma­yə qo­yur­lar. Sa­bit olan öl­kə­lə­rin sa­yı kəs­kin aza­lır. Ona gö­rə əmi­nəm ki, gə­lə­cək­də da­ha çox xa­ri­ci sər­ma­yə­dar Azər­bay­ca­na in­ves­ti­si­ya qoy­maq üçün bi­zə mü­ra­ci­ət edə­cək.

Bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız ar­tıb və bu gü­nə 40,6 mil­yard dol­lar təş­kil edir. Bu da çox gö­zəl gös­tə­ri­ci­dir. Çün­ki ilin əv­və­lin­dən bu gü­nə qə­dər val­yu­ta eh­ti­yat­la­rı­mız təx­mi­nən 3 mil­yard dol­lar ar­tıb. Ba­xın, nef­tin qiy­mə­ti kəs­kin şə­kil­də dü­şüb. Son­ra isə mü­əy­yən də­rə­cə­də qal­xıb. Ye­nə də düş­mə eh­ti­ma­lı var. Am­ma bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız ar­tır. Nə­yə gö­rə? Dü­şü­nül­müş si­ya­sə­tə gö­rə. Ona gö­rə ki, biz heç vaxt po­pu­list iş­lər­lə məş­ğul ol­ma­mı­şıq. Biz hər za­man öl­kə­mi­zin uzun­müd­dət­li in­ki­şa­fı ilə məş­ğul ol­mu­şuq. Biz həm qə­na­ət et­dik, həm is­la­hat­lar apar­dıq. An­caq stra­te­ji əhə­miy­yət da­şı­yan la­yi­hə­lə­rə və­sa­it ayır­dıq. Əl­bət­tə ki, biz id­xa­lı azalt­mı­şıq, ix­ra­cı isə ar­tır­mı­şıq. Büd­cə ilə bağ­lı heç bir prob­lem yox­dur. Ona gö­rə, Neft Fon­dun­dan büd­cə­yə trans­fer­lər də azal­dı. Yə­ni ilin al­tı ayın­da val­yu­ta eh­ti­yat­la­rı­nın 3 mil­yard dol­lar art­ma­sı mü­kəm­məl nə­ti­cə­dir.

Bu il 122 min ye­ni iş ye­ri açıl­mış­dır ki, on­lar­dan 101 mi­ni dai­mi iş ye­ri­dir. Onu da qeyd et­mə­li­yəm ki, 24 min iş ye­ri bağ­lan­dı. Bu­nun da həm ob­yek­tiv, həm də sub­yek­tiv sə­bəb­lə­ri var. Bu əs­lin­də dai­mi pro­ses­dir. An­caq biz rə­qəm­lə­rə ba­xan­da, - 122 min iş ye­ri açı­lıb, 24 min iş ye­ri isə bağ­la­nıb, - əl­bət­tə, gö­rü­rük ki, ye­nə də iş yer­lə­ri­nin açıl­ma­sı pro­se­si uğur­la ge­dir. Ona gö­rə də biz­də iş­siz­lik aşa­ğı sə­viy­yə­də­dir.

Xa­ri­ci ti­ca­rət döv­riy­yə­si­nin gös­tə­ri­ci­lə­ri də müs­bət­dir. Bu ilin al­tı ayın­da ix­rac 36 fa­iz ar­tıb. Bu­ra­da da ən önəm­li­si qey­ri-neft ix­ra­cı­dır. Qey­ri-neft ix­ra­cı al­tı ay­da 27 fa­iz ar­tıb. Bax, bu­dur gör­dü­yü­müz iş­lə­rin nə­ti­cə­lə­ri. Bu­nun­la bə­ra­bər, id­xal 15 fa­iz aza­lıb­dır. Müs­bət sal­do 1,9 mil­yard dol­lar təş­kil edir. He­sab edi­rəm ki, hər bir öl­kə üçün bu, ən ar­zuo­lu­nan nə­ti­cə­lər­dir. Kənd tə­sər­rü­fa­tı da 2,2 fa­iz ar­tıb­dır.

Bu gös­tə­ri­ci­lər, yə­ni bun­la­ra heç bir şərh ver­mə­yə eh­ti­yac yox­dur, - dün­ya miq­ya­sın­da bu gün ən gö­zəl gös­tə­ri­ci­lər­dir. Bu­nu o öl­kə əl­də edib ki, biz hə­lə ener­ji ami­lin­dən ası­lı­yıq. O öl­kə əl­də edib ki, onun gə­lir­lə­ri son iki il ər­zin­də üç-dörd də­fə aza­lıb. Bax, bu­dur bi­zim si­ya­sə­ti­miz, gör­dü­yü­müz iş­lər və əl­də et­di­yi­miz nə­ti­cə­lər.

Son­ra eko­lo­gi­ya və tə­bii sər­vət­lər na­zi­ri Hü­seyn­qu­lu Ba­ğı­rov, Əm­lak Mə­sə­lə­lə­ri Döv­lət Ko­mi­tə­si­nin səd­ri Kə­rəm Hə­sə­nov və "Me­lio­ra­si­ya və Su Tə­sər­rü­fa­tı" Açıq Səhm­dar Cə­miy­yə­ti­nin səd­ri Əh­məd Əh­məd­za­də ilin al­tı ayı­nın ye­kun­la­rı­na da­ir mə­ru­zə­lər­lə çı­xış edib­lər.

Pre­zi­dent İl­ham Əli­yev ic­las­da ye­kun nit­qi söy­lə­yib:

- Mən ilin əvvəlində demişdim ki, 2017-ci il iqtisadi inkişaf ili olmalıdır. Belə də oldu. Artıq bunu demək olar. Düzdür, biz hələ gələcək aylarda fəal işləməliyik, işləyəcəyik. Ancaq artıq əldə edilmiş nəticələr və giriş sözümdə səsləndirdiyim rəqəmlər deməyə əsas verir ki, bu il inkişaf ili olacaqdır. Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur. Bu il isə inkişaf ili olacaq. Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan öz iqtisadi potensialını daha da gücləndirəcək.

Uğurlu iqtisadi islahatları və iqtisadi siyasətimizi davam etdirmək üçün əlbəttə ki, maliyyə və iqtisadi sabitlik olmalıdır. Bu, əldə edilibdir. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur.

Növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Səsləndirdiyim rəqəmlər məhz bu siyasətin təzahürüdür. Sənaye istehsalı, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında rezidentlərin sayı, investisiyaların həcmi artır və maraq da çox böyükdür. Orada böyük sənaye kompleksləri yaradılır və dövlət öz tərəfindən lazım olan bütün infrastruktur layihələrini icra edir.

Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır. Ümid edirəm ki, ilin sonunda birinci zavodun açılışı da olacaq və Mingəçevir böyük sənaye şəhəri kimi özünün imkanlarını genişləndirəcək. Balaxanı Parkında 5 zavod fəaliyyətə hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə fəaliyyətə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib. Bax, bu, artıq gördüyümüz işlərin gözəl təzahürüdür. Əminəm ki, bütün rayonlarımızda tapşırıq verdiyim kimi, tezliklə sənaye zonaları yaradılacaqdır.

Aqrar sahədə yeni aqroparkların yaradılması sürətlə gedir. Bu proses geniş vüsət almışdır. Bu günə qədər bizim təşəbbüsümüzlə və maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Özəl sektor bizim təşəbbüsümüzə çox məsuliyyətlə yanaşdı. Tezliklə 38 aqroparkın yaradılması bizim ixrac potensialımızı böyük dərəcədə artıracaqdır.

Biz pambıqçılığın şöhrətini bərpa etdik. Artıq pambıqçılıqla məşğul olmaq istəyənlərin sayı artır. Bu, pambıqçılıq rayonlarında işsizliyi demək olar ki, tamamilə aradan qaldırmaq üçün yaxşı şərait yaradır. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük edilmişdisə, keçən il bu rəqəm təxminən 90 min tona çatıbdır. Keçən il 51 min hektarda pambıq əkilmişdisə, bu il 136 min hektarda pambıq əkilibdir. Biz əkin sahələrini təqribən 3 dəfə artırmışıq. Əgər biz orta məhsuldarlığı 20 sentner götürsək, bu il 260-270 min ton pambıq gözlənilə bilər. Yəni, bu, çox da ola bilər, az da. Bu, artıq hava şəraitindən və o cümlədən texniki xidmətdən asılıdır. Amma hər halda biz artıq pambıqçılıqda çox ciddi dönüş yarada bildik. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. Biz əlbəttə, çalışacağıq ki, hazır məhsulu ixrac edək.

İyirmidən çox rayonda pambıq becərilir. Bir daha qeyd etməliyəm ki, həmin rayonlarda bizim üçün ənənəvi olan bu sahəyə çox böyük maraq var. Bizim bu təşəbbüsümüz çox yüksək qiymətləndirilir.

Biz keçən ildən baramaçılıqla çox ciddi məşğul olmağa başlamışıq. Biz əvvəlki illərdə bu sahəni demək olar ki, itirmişdik. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Bu sahənin itirilməsi çox böyük problemlər yaratdı. Həm Şəki ipək kombinatı demək olar ki, fəaliyyətini dayandırdı, - orada yüzlərlə insan işləyirdi, - həm də kəndlərdə yaşayan, baramaçılıqla məşğul olan kəndlilər bu imkanlardan məhrum oldular. Biz keçən il bu sahədə operativ qaydada ciddi dönüş yarada bildik. Lazımi materialları idxal etdik, tinglər gətirdik. Keçən il 70 ton barama tədarük edilmişdir. 200 kiloqram hara, 70 ton hara? Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il 244 ton yaş barama tədarük edildi. Yəni, keçən ilə nisbətən 3,4 dəfə artım var. Otuz rayonda baramaçılıq inkişaf edir və 739 kənddə insanlar baramaçılıqla məşğul olurlar. Yəni, bu sahə çox gəlirli sahədir, o qədər də böyük zəhmət tələb edən sahə deyil. Qısa müddət ərzində insanlar yaxşı pul qazanırlar və yerində də pulunu alırlar. Ona görə, baramaçılığın inkişafına verdiyimiz təkan əminəm ki, çox böyük nəticəyə gətirib çıxaracaq. Bizim təbii şəraitimiz elədir ki, ölkəmizin əksər yerlərində baramaçılığın yaxşı perspektivləri var. Dövlət öz dəstəyini bundan sonra da göstərəcək. Bu il mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrıldı. Bu vəsaitlə ilin sonuna qədər Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Vaxtilə Qaxda belə mərkəz olubdur. İndi o, yararsız vəziyyətə düşüb, həm dağılıb, həm də orada heç bir avadanlıq yoxdur. İndi ən müasir damazlıq mərkəzi yaradılacaq ki, biz lazım olan o materiallardan da, onların idxalından da asılılığı aradan götürək.

Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir. Elə etməliyik ki, Şəki ipək kombinatı tam gücü ilə və ilboyu işləsin. Əkilən tut tingləri və apardığımız siyasət əminəm ki, yaxın gələcəkdə ona gətirib çıxaracaq ki, Azərbaycanda 1000 tondan çox barama tədarük ediləcək. Yenə də deyirəm, bunun çox böyük perspektivləri var. Mən indi rəqəm səsləndirmək istəmirəm. Hər halda dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi.

Bununla bərabər, biz demək olar ki, təqribən böyük hissəsi itirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir. Bu sahə daha da geniş ola bilər. Çünki tütünçülüklə məşğul olan bu 13 rayonda kifayət qədər böyük torpaq sahələri var. Tütünçülük də çox gəlirli sahədir. Dövlət yenə də öz dəstəyini göstərir, subsidiyalar verilir. Eyni zamanda, tütünün ixracı ilə bağlı dövlət öz imkanlarını ortaya qoyur. Mən əvvəllər də demişəm, biz, əlbəttə, tütünü ixrac etməliyik. Ancaq hazır məhsulu ixrac etsək daha yaxşı olar. Bu məqsədlə işlər gedir. İndi yeni tütün fabriklərinin yaradılması istiqamətində addımlar atılır. Ümid edirəm ki, bu addımlar uğurlu olacaqdır və biz hazır məhsulu dünya bazarlarına çıxaracağıq.

Çayçılığın bərpası istiqamətində işlər gedir. Düzdür, Azərbaycan çayı bu gün xarici ölkələrdə tanınır. Biz çayı ixrac edirik. Ancaq onu da bilməliyik ki, biz xammalı da idxal edirik. Ona görə, yeni çay plantasiyalarının salınması və müasir texnologiyaların gətirilməsi nəticəsində biz daxili xammal hesabına daha çox çay istehsal edə biləcəyik. Yeni texnologiyalar məhsuldarlığı bir neçə dəfə artıra bilər. Bu sahəyə də cənub zonasında çox böyük maraq var.

Eyni zamanda, cənub zonasında hazırda çəltikçilik də çox geniş vüsət alır. Buna da çox böyük maraq var. Dövlət xüsusi texnika alıbdır. Çünki çəltikçilik çox böyük əziyyət, zəhmət tələb edən bir sahədir. Fermerlərin, kəndlilərin işini yüngülləşdirmək üçün müasir texnika alınıb gətirilibdir ki, çəltikçilik sahəsi əziyyətsiz inkişaf etsin.

Burada artıq zeytunçuluqla bağlı məlumat verildi. Biz keçən il 300 ton zeytun ixrac etmişik. Ancaq zeytun ixracı, əlbəttə ki, 50 milyon dollar səviyyəsində ola bilər. Bizim təbii iqlimimiz, şəraitimiz və ənənələr buna imkan verir. Sadəcə olaraq işlər düzgün qurulmalıdır və qurulur. Əgər ehtiyac olarsa yeni zeytun emalı fabrikləri yaradılmalıdır. Biz ən yüksək keyfiyyətli məhsulları dünyanın aparıcı ölkələrinin bazarlarına çıxarmalıyıq.

Mən əvvəlki çıxışlarımda qeyd etmişdim ki, kənd təsərrüfatı məhsullarının arasında bizə ən çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib. Əlbəttə ki, bu bağlar bir neçə ildən sonra məhsul verəcək. Ancaq bu bağlar məhsul verəndən sonra biz fındıq istehsalını iki dəfədən çox artıra bilərik. Əgər hazırda fermerlər 100 milyon dollar həcmində fındıq ixrac edirlərsə, bu, iki dəfədən çox artacaq, həm fermerlərə, həm də dövlətə xeyir gətirəcək.

Ən gəlirli sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də maraq böyükdür. Əfsuslar olsun ki, biz hələ böyük ixrac potensialına malik deyilik, bu, mövsümdən-mövsümə dəyişir. Statistik göstəricilərə diqqət yetirəndə görürəm ki, biz bəzi illərdə öz tələbatımızı ödəyə bilmirik. Bəzi illərdə isə başabaş çıxırıq. Ona görə kartofçuluğun da inkişafı prioritet olmalıdır. Çünki kənd təsərrüfatı məhsulları arasında ən çox gəlir gətirən sahələrdən biri də kartofçuluqdur. Bu sahəyə də xüsusi diqqət göstərilməlidir.

Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq. Ancaq heyvandarlığın müasir texnologiyalar əsasında, iribuynuzlu mal-qaranın qapalı şəraitdə yetişdirilməsi həm torpaqlara qənaət edəcək, həm də ki, nəticələr daha yaxşı olacaq. Əlbəttə, cins mal-qaranın alınması və eyni zamanda, süni mayalanma mərkəzinin yaradılması burada dönüşə gətirib çıxaracaq. Heyvandarlıq iki faizdən çox artıb. Onu da deyim ki, yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var. Ümid edirəm ki, onların fəaliyyəti nəticəsində kəskin artım olacaq.

İyirmi yeddi rayonda 14 min hektarda şəkər çuğunduru əkilibdir. Bu, rekord göstəricidir. Azərbaycanda heç vaxt bu qədər şəkər çuğunduru əkilmirdi. Bunun da başlıca səbəbi İmişli şəkər zavodunun yerli xammal əsasında işləməsidir. Çünki daha çox xaricdən gətirilən şəkər qamışı emal olunurdu. İndi isə şəkər çuğunduru İmişlidəki zavoda veriləcək. Hər il ölkədən təqribən 200 milyon dollar valyuta gedir ki, xam şəkər gətirilsin. Biz ona qənaət edəcəyik. Beləliklə, bizim idxalımız daha da azalacaq, ixrac isə artacaq. Bu sahənin çox böyük perspektivləri var. Mən bunu da tapşırıq kimi verirəm.

Bir müddət əvvəl verdiyim tapşırıq isə soya ilə bağlıdır. Əvvəlki illərdə Azərbaycanda soya əkilmirdi. Biz soyanı idxal edirik. Hər il buna 10 milyonlarla dollar pul xərcləyirik. Ona görə, soya əkilməsi ilə bağlı göstəriş vermişdim və bu il biz artıq bunun nəticəsini görürük. On doqquz rayonda 9300 hektarda soya əkilib. Bu, hələ ki, tələbatımızı tam ödəməsə də, xarici valyutaya böyük dərəcədə qənaət edəcəyik. Çalışmalıyıq ki, soya üçün nəzərdə tutulmuş əkin sahələrini getdikcə genişləndirək.

Eyni zamanda, 500 hektar badam bağlarının salınması nəzərdə tutulur. Nəzərə alsaq ki, bizdə cəmi 1000 hektar badam bağları var, onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır, beş yüz hektar birinci mərhələdə yaxşı göstəricidir. Badam emalı zavodunun tikintisi də nəzərdə tutulmalıdır. Mən bu tapşırığı da verirəm.

Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Mənim göstərişimlə Prezident Administrasiyasında xüsusi müşavirə keçirilmişdir, məsələlər təhlil edilmişdir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq. Məhsuldarlıqla bağlı mən bəzi rəqəmləri səsləndirmək istəyirəm, həm bunlar təhlil edilsin, həm də ictimaiyyət də bilsin ki, vəziyyət necədir. Buğda ilə bağlı deməliyəm ki, hələ biçin aparılır. Amma bu günə orta məhsuldarlıq 28,8 sentnerdir. Prinsipcə bu rəqəm o qədər də aşağı rəqəm deyil, amma bundan da çox ola bilər. Çünki indi rayonlar üzrə səsləndirəcəyim rəqəmlər göstərir ki, daha da böyük məhsuldarlıq mümkündür. Ən böyük məhsuldarlıq aşağıdakı rayonlardadır: Saatlı rayonu 42 sentner, Ağcabədi 38 sentner, Sabirabad 40 sentner, Beyləqan 33 sentner, Bərdə 40 sentner, Ağdam 39 sentner, Hacıqabul 32 sentner, Qax 31 sentner, Xaçmaz 32 sentner, Yevlax 38 sentner, Tərtər 38 sentner, Şəmkir 33 sentner, İsmayıllı 40 sentner, Qəbələ 32 sentner, Cəbrayıl 32 sentner, Gəncə 32 sentner. Bunlar yaxşı rəqəmlərdir və bu, deməyə əsas verir ki, biz daha da böyük məhsuldarlıq əldə edə bilərik. Amma bəzi suallar da var.

İndi mən aşağı məhsuldarlığı olan rayonların adlarını çəkəcəyəm və bu məsələ sonra təhlil edilməlidir. Bir-birinin yanında yerləşən rayonlarda məhsuldarlıq fərqi bizi düşünməyə vadar edir, o da araşdırılmalıdır. Məsələn, Kürdəmir rayonunda məhsuldarlıq 21 sentnerdir. Ancaq qonşu rayonlarda - Saatlıda 42 sentner, Sabirabadda isə 40 sentnerdir. Bəs nə üçün bu qədər fərq var?! Eyni zona, eyni iqlim, eyni şərait, suvarma işlərinə gəldikdə təxminən eyni layihələr icra edilir. Mən hələ ki, buna qiymət vermək istəmirəm. Ancaq tapşırıram ki, bu, araşdırılsın və mənə məlumat verilsin ki, bunun səbəbi nədir. Qax rayonunda məhsuldarlıq təqribən 32 sentnerdir, Şəkidə isə 22 sentner. Nə üçün? Özü də Şəki əkin sahələrinə görə Cəlilabaddan sonra ikinci yerdədir, 47 min hektar əkin sahəsi var, məhsuldarlıq isə 22 sentnerdir. Qonşu Qax rayonunda isə 32 sentnerdir. Səbəb nədir? Araşdırılmalıdır, məruzə edilməlidir və ölçü götürülməlidir.

Mən aşağı məhsuldarlığı olan rayonların da adlarını çəkmək istəyirəm. Ona görə ki, baxmaq lazımdır, orada gələcəkdə də bu səviyyədə əkin sahələri buğda üçün nəzərdə tutulsun, yoxsa, başqa sahəyə üstünlük verilsin. Dediyim kimi, Kürdəmir 21 sentner, Masallı 22 sentner, Ucar 23 sentner, Şamaxı 17 sentner. Özü də Şamaxıda 14 min hektar torpaq sahəsi var və əlbəttə, biz bu məhsuldarlığın nə qədər məqsədəmüvafiq olmasına baxmalıyıq. Qobustan 19 sentner, Şabran 21 sentner, Siyəzən 23 sentner, Xızı 19 sentner, Yardımlı 18 sentner və sairə. Ona görə buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır.

Meliorativ tədbirlər haqqında məruzə edildi. İlin əvvəlində qarşıya vəzifə qoyulmuşdu ki, biz 100 min hektardan çox yeni torpaq sahələrinin suvarılmasını təşkil edək və bu istiqamətdə işlər gedir. Biz buna nail olacağıq. Biz yeni layihələr üzərində işləyirik. Elə etməliyik ki, suvarma işlərini maksimum dərəcədə yüksək səviyyədə aparaq. Çünki bu, məhsuldarlığa bilavasitə təsir göstərir. Subartezian quyularının qazılması davam etdirilir. 2013-2016-cı illərdə minə yaxın subartezian quyusu qazılmışdır. İyun ayında yeni Sərəncam imzalamışam. Bu Sərəncam əsasında 36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib.

İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bu, şəhərimizi daha da gözəlləşdirir, abadlaşdırır. Yararsız, qəzalı binalardan vətəndaşlar köçürülür. Müvəqqəti olaraq onlara kirayə pulu verilir. Tikiləcək yeni binalarda onlara daha da böyük ölçüdə mənzillər veriləcək. Bu qəzalı binaların hər birinin yerində tikilən binanın birinci mərtəbəsində uşaq bağçası da nəzərdə tutulur. Bu, mənim xüsusi göstərişim idi. Beləliklə, ancaq bu yolla Bakı şəhərində bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Yəni, bax, bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır. Əlbəttə ki, Bakının digər yerlərində, digər şəhərlərimizdə mənzil tikintisi geniş vüsət alıb, inşaat sektoru artıq bərpa edilir, canlanma var. Əlbəttə ki, bunun tikinti materialları sektoruna da müsbət təsiri var və olacaq. Mən iş adamlarına məsləhət görərdim ki, bu sahəyə daha da böyük diqqət yetirsinlər, sərmayə qoysunlar. Çünki bundan sonra inşaat işləri Azərbaycanda daha sürətlə aparılacaq, tikinti materiallarına böyük ehtiyac olacaq.

Mən sərmayə qoyuluşu ilə bağlı rəqəmləri səsləndirdim, 5 milyard dollar sərmayə qoyulub. Ancaq bunun böyük hissəsi xarici sərmayədir. Biz çalışmalıyıq ki, daxili sərmayəni də cəlb edək. Daxili sərmayə deyəndə mən dövlət investisiyalarını nəzərdə tutmuram. Onsuz da biz bunu edirik və Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir. Mən özəl sərmayəni nəzərdə tuturam. Özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar, yerli icra orqanları da, mən bunu demişəm, bir daha demək istəyirəm ki, daha fəal olmalıdırlar. Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır. İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcəkdir. Mən dövlət məmurlarının davranış normaları ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm və bir daha demək istəyirəm. Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar və həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın.

Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Biz qarşıya 95 faiz hədəfi qoymuşduq. Ölkəmizin relyefini nəzərə alsaq hesab edirəm ki, bu, yaxşı rəqəmdir. Artıq biz bu hədəfə çatırıq. Digər infrastruktur layihələri də icra edilir, elektrik təsərrüfatı yenilənir. Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlandırdıq, ancaq hər bir layihənin əhatə dairəsi daha genişdir. Yəni, 40 deyəndə, əslində, bu, 200, bəlkə də daha çox kəndi əhatə edir. Çünki hər bir layihə 4-5 kəndi əhatə edir və bu, çox gözəl nəticə verir, bölgələrdə də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İçməli su layihələri icra edilir. Kifayət qədər vəsait var və gələn il də bu proses davam etdiriləcək. Artıq bir çox şəhərlərimizdə içməli su məsələsi həll olunub.

Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir. Eyni zamanda, o ərazidə böyük abadlıq işləri aparılır. İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Digər tərəflərdə də ictimai yerlər yaradılacaq ki, Təzəpir məscidinin hər tərəfdən görünməsi mümkün olsun. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, necə deyərlər, yeni bir “ağ ciyər” olacaq. Bu ərazi yaşıllıq zonası olacaq və bu, bizə çox lazımdır. Son illər ərzində bir çox ictimai yerlər açılıbdır, parklar, bağlar yaradılıbdır. Elə bulvarın özü böyük ictimai istirahət zonasıdır və bu proses davam etdirilməlidir. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir, daha da sürətlə getməlidir ki, yaxın aylarda bu məscid istifadəyə verilsin.

Qeyd etdiyim kimi, qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq. Bu istiqamətdə də görülən işlər artıq nəticə verir. Biz indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarımızı ixrac etməyə başlamışıq. Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır. Ona görə, ilkin layihələr başlayıb. Biz artıq məhsul ixracına başlamışıq. Bunu daha da genişləndirməliyik. Dövlət qurumları, İqtisadiyyat Nazirliyi sahibkarlara öz köməyini göstərir. Biz artıq Asiya ölkələrinin bazarlarına çıxırıq və çalışmalıyıq ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxaq. Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi. “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır. İndi portala bütün dünyadan sifarişlər gəlir. Amma əvvəllər heç kim bilmirdi ki, biz nə istehsal edirik. İndi bilirlər, müraciət edirlər, elektron qaydada müqavilələr bağlanır. Yəni, bu, böyük bir hadisədir və belə addımların atılması görün sahibkarların işini nə qədər yüngülləşdirir. Bütün əsas bazarlar olan ölkələrə indi dövlət və özəl sektorun nümayəndələrindən ibarət ticarət missiyaları göndərilir. Biz öz məhsullarımızı xaricə ixrac etməliyik.

Mən burada da bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu, həm ictimaiyyət üçün maraqlı olar, həm də bizim sahibkarlar və dövlət qurumları bilsinlər ki, bu, yaxşı nəticələrdir. Amma biz bu istiqamətdə işləri davam etdirməliyik. Kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri səsləndirmək istəyirəm: bu il pomidor ixracı 55 faiz, kartof 63 faiz, soğan 1100 faiz, pambıq 154 faiz, pambıq lifi 650 faiz, süd məhsulları təqribən 400 faiz, meyvə və tərəvəz emalı məhsulları 54 faiz, emal olunmamış dəri 38 faiz, spirtli və spirtsiz içkilər 16 faiz, o cümlədən şərab 13 faiz, alma təxminən 200 faiz, xurma 14 faiz, nar 106 faiz, çay 50 faiz, şokolad 50 faiz, tütün məmulatları 5 faiz, bitki-heyvan mənşəli yağlar 7 faiz artıb. Bax, bunlar görülən işlərin nəticəsidir. Sənaye məhsullarının ixracı: qızıl 64 faiz, elektrik enerjisi 300 faiz, - biz indi elektrik enerjisini satırıq və birinci altı ayda 25 milyon dollar dəyərində satmışıq. Nəyə görə? Çünki biz xətləri tikdik, birləşdirdik, bütün qonşu ölkələrlə bizim yüksəkgərginlikli xətlərimiz var və ixrac edirik, - alüminium 30 faiz, plastik məmulatlar 22 faiz, avadanlıqlar, mexaniki qurğular 50 faiz, mis 67 faiz, mis-filiz konsentratlar 100 faiz, qatran yağları 56 faiz, bentonit gili 255 faiz, toxuculuq məmulatları 73 faiz, daş, gips, sement 3000 faiz, kimya sənayesi məhsulları 8 faiz, qurğuşun 123 faiz artıb.

Bunlar görülən işlərin ən gözəl göstəriciləridir. Bununla bərabər, bəzi məhsullar var ki, ixracı azalıb. Onu da hamı bilməlidir ki, həm araşdırılsın nə üçün azalıb, həm də ölçü götürülsün. Misal üçün, albalı və gilas, ixrac 22 faiz azalıb. Şəkər 11 faiz, fındıq 9 faiz azalıb. Sənaye məhsulları arasında isə azalan yeganə pozisiya qara metal və ondan məmulatlardır. Bu məhsulun ixracı 11 faiz azalıb. Yəni, azalan siyahı üç pozisiyadan ibarətdir, artan isə baxın nə qədərdir və bizim imkanlarımız nə qədər genişlənib. Mən bu rəqəmləri ona görə səsləndirdim ki, bu, çox gözəl nəticələrdir, bizim işimizin təzahürüdür. Eyni zamanda, bu, gələcək üçün də bir nümunədir. Bu pozisiyalar üzrə istehsalımızı artırmalıyıq və ixracın coğrafiyasını da genişləndirməliyik.

Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. Bu, çox düzgün addım idi. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub. Əgər bu mexanizm olmasaydı bu 1,6 milyard manat investisiya da olmayacaqdı. Biz bunu etdik. Baxmayaraq ki, bu məsələ ilə bağlı müxtəlif fikirlər var idi. Amma mən dedim ki, biz buna getməliyik və nəticə də göz qabağındadır. İnvestisiya təşviqi mexanizmi qədər bizə investisiya gətirən ikinci amil yoxdur. Ona görə, sahibkarlar da bunu yüksək qiymətləndirirlər. İş yerləri də açılır və gözəl iqtisadi sənaye potensialı yaranır. İxracın təşviqi mexanizmi də fəaliyyət göstərir. Bunun da yaxşı təsiri var.

Bu il turizmin inkişafı da bizi sevindirir. Turistlərin sayı 25 faiz artıbdır. Əlbəttə ki, bunun səbəbləri bəllidir. Azərbaycanı daha çox tanıyırlar. Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlar, tədbirlər əlbəttə ki, marağı artırır. Xüsusilə o yarışlar arasında mən Formula-1 yarışını qeyd etməliyəm. Bu yarışın auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakını, şəhərimizin gözəlliyini görür. Bakıda o yarışlarda iştirak edən idmançılar, nümayəndə heyətinin üzvləri, qonaqlar əlbəttə ki, qayıdandan sonra xoş təəssüratlarını öz dostları ilə bölüşürlər. Ona görə, turist axını daha da böyük olacaq. Biz buna hazır olmalıyıq. Xüsusilə Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Mən sahibkarlara məsləhət görərdim ki, bu sahəyə investisiya qoysunlar. Çünki bu, gəlirli sahədir və yaxşı nəticə verəcək.

Qeyd etmək istədiyim sonuncu məsələ də yenilikdir, yeni təşəbbüsdür. Bunun da çox böyük perspektivi və artıq yaxşı nəticələri var. Bu, özünüməşğulluq proqramıdır. Biz bu yaxınlarda bu proqrama start verdik. İlkin vəsaiti mən Prezidentin ehtiyat fonundan ayırdım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi treninqlər keçiribdir, ailələr müəyyən edilibdir. Artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın, özləri üçün yaxşı şərait yaratsınlar. Bu istiqamətdə qanunvericilikdə də müvafiq dəyişikliklər edildi. Bu dəyişikliklər nəticəsində gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və biz o vəsaitlə minlərlə ailəni özünüməşğulluq proqramı ilə əhatə edə bilərik. Mən hesab edirəm ki, birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Əgər nazirliyin buna vəsaiti çatmasa müraciət etsinlər, mən əlavə vəsait ayıraram. Beləliklə, əgər biz hər il 5-10 min ailəni əhatə etsək, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq.

Beləliklə, bir daha qeyd etmək istəyirəm ki, bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq. Sağ olun.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

08.05.2026 / 21:22
Fransa Hindistandan Gürcüstana Ermənistan üzərindən dəhliz çəkir...

08.05.2026 / 20:45
Ermənistan ordusunu qurmaq Fransanın prioriteti elan olundu...

08.05.2026 / 20:07
Rusiya XİN Paşinyandan qisas alınacağını rəsmi bəyan etdi... “Zelenski...”

08.05.2026 / 19:44
Gənc istedadın ilk fərdi sərgisi açıldı - FOTO

08.05.2026 / 19:18
ABŞ Ukrayna müharibəsində vasitəçilikdən imtina edir – danışıqlar dalana dirənib...

08.05.2026 / 18:59
İran Hörmüz boğazında nəhəng neft tankerini ələ keçirdi...

08.05.2026 / 18:41
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

08.05.2026 / 18:25
Bakı Təşəbbüs Qrupunun hesabatı BMT-ni hərəkətə keçirdi - Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edildi...

08.05.2026 / 18:02
Mingəçevir Dövlət Universitetində “MSU First Green Sports Festival”a hazırlıq işləri yekunlaşmaq üzrədir

08.05.2026 / 17:50
Tramp İranın “atom bombası məsələsində” Roma papasını açıq şərlədi...

08.05.2026 / 16:58
Türk Mətbəxi Həftəsi 2026-nın mövzusu açıqlanıb: - “Bir Süfrədə Miras”

08.05.2026 / 16:57
ABŞ-ın İranla müharibəsi Rusiyanı çökdürür...

08.05.2026 / 16:46
Rusiya “İranın ağzından" Ermənistanı hədələməyə başladı...

08.05.2026 / 16:06
ABŞ-da bir banka zəng vuran Roma Papası şoka düşdü - "filiala gəl" deyib, telefonu üzünə bağladılar...

08.05.2026 / 15:33
Cəsur oğullar vətəni elə vəsf edirlər ki...

08.05.2026 / 15:15
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi

08.05.2026 / 14:46
Dünya Putinin 9 mayını boykot etdi...

08.05.2026 / 14:32
Etibarsız nikah hansı halda etibarlı sayıla bilər? - Ali Məhkəmədən qərar...

08.05.2026 / 14:18
Rusiyanın “1-ci” kanalından Azərbaycana qarşı təxribat - Rəsmi Bakı Moskvadan izahat istədi...

08.05.2026 / 13:55
Tramp Pekinə əlində İranla razılaşma (?) sənədi ilə getmək istəyir - maraq nədir...

08.05.2026 / 13:46
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ BAXIŞI

08.05.2026 / 13:45
Hindistanla Pakistan müharibə ərəfəsində... Düz bir il ötdü...

08.05.2026 / 13:27
Türkiyənin 3 düşməni məkrli plana başladı - vaxtilə İran və İraqa da bunu edirdilər...

08.05.2026 / 13:26
Kreml Almaniyanın dövlət kimi mövcudluğunu qanunsuz elan etdi...

08.05.2026 / 13:06
Səhiyyə Nazirliyindən hantavirusla bağlı açıqlama....

08.05.2026 / 12:50
ABŞ şahzadə Salmanı "Sultan inadından" necə döndərdi...

08.05.2026 / 12:50
Tramp İrana sərt xəbərdarlıq etdi - razılaşmanı imzalamasalar...

08.05.2026 / 12:37
Ermənistanda müxalifətlə iqtidarın "göbələk davası" başlayıb...

08.05.2026 / 12:30
DƏNİZ, MUSİQİ, SÖZ SƏLTƏNƏTİNDƏN YARANAN POEZİYA

08.05.2026 / 12:24
Nazir Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO/VİDEO

08.05.2026 / 12:21
"Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur" Prezident

08.05.2026 / 12:19
Xudatda əvvəllər işlədiyi elektronika mağazasını soyan şəxs tutuldu

08.05.2026 / 12:18
Hörmüz boğazından keçən gəmilər SEPAH- ın 40 sualına dəqiq cavab verməlidir... “Yalan məlumat verilsə...”

08.05.2026 / 12:15
Prezident İlham Əliyev Roma Papası XIV Leonu Tacqoyma Günü münasibətilə təbrik edib

08.05.2026 / 12:02
MAQATE İranın zənginləşdirilmiş uranı harada gizlətdiyini bilir...(?)

08.05.2026 / 12:00
Qanunsuz mərc oyunları ilə xaricə ötürülən milyardlarda iri məmur əli var...

08.05.2026 / 11:55
Fransada uşaqları əllərindən alınan ailə 9 ay sonra övladlarını qovuşdu...

08.05.2026 / 11:46
Rusiya XİN Avropa Parlamentinin Azərbaycan qətnaməsinə bicliklə eyham vurdu...

08.05.2026 / 11:33
At DNT-si tapılmış “Alp Delux” restoranına niyə cinayət işi açılmadı...

08.05.2026 / 11:17
ABŞ ilə İran 30 günlük Memorandum imzalamağa hazırlaşır...

08.05.2026 / 11:10
ABŞ kəşfiyyatından Trampın “bitdi” dediyi İran ordusu ilə bağlı ŞOK İDDİA – 40 günlük bombardman və blokada işə yaramadı...

08.05.2026 / 11:01
Azərbaycan nefti 105 dollara düşdü...

08.05.2026 / 10:46
Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...

08.05.2026 / 10:33
WUF13 çərçivəsində 370-dən çox tərəfdaş tədbiri təşkil olunacaq

08.05.2026 / 10:18
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi

08.05.2026 / 10:08
Türk Dünyasının geosiyasi düşüncə sahəsində azərbaycanlı alim

08.05.2026 / 09:46
İşçiləri müqaviləsiz çalışdıran tikinti şirkətlərinə 92 min cəza kəsildi...

08.05.2026 / 09:38
İnsan alverilə bağlı 10 nəfər İnterpol xətti ilə axtarışa verildi...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ