TRT World Research Centre ve QAFSAM 15 iyul olaylarının ildönümü münasibətilə Dəyirmi Masa təşkil edib.
Baki-xeber.com-a Türkiyə Səfirliyinin Mətbuat Müşavirliyindən verilən xəbərə görə, Dəyirmi Masada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili Ayşə Keşir, TRT World-un xəbər direktoru Fatih Ər və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AKP millət vəkili Necdet Ünüvar çıxış edərək 15 iyul çevriliş cəhdi və onun sonrasında FETÖ və onun sivil uzantıları ilə aparılan mücadilə, onların nəticələri barədə məlumat verəcək.
Tədbir iyulun 12-də saat 14:30-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Xatırladaq ki, ötən ilin 15 iyul (temmuz) tarixində Türkiyədə çevriliş cəhdi baş verib. Çevrilişçilərlə qarşıdurmada 2193 nəfər yaralanıb, 249 nəfər isə həyatını itirib.