Gürcüstanda Azərbaycan-Türkiyə-Gürcüstan birgə təlimlərinə başlanır.
Baki-xeber.com-un xəbərinə görə, təlimlər Tiflis yaxınlığında keçiriləcək.
Qeyd edək ki, üçtərəfli formatda “Qafqaz qartalı” təlimləri 2009-cu ildən keçirilir. Təlimlərə bu dəfə xüsusi xidmət, 2 çoxfunksiyalı helikopter və bir sərnişin təyyarəsi cəlb olunub.
Xatırladaq ki, daha öncə - may ayında üç ölkənin müdafiə nazirləri Batumidə birgə sənəd imzalayıb. Sənəddə qeyd olunur ki, tərəflər bir-birinin ərazi bütövlüyü və beynəlxalq səviyyədə sülhün əldə olunması yönündə fəaliyyətlərini bundan sonra da artırmaqda davam e3dəcək.