Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda terror aktı zamanı yaralananlar arasında azərbaycanlıların olub-olmadığını aydınlaşdırmaq məqsədilə müvafiq qurumları ilə mütəmadi əlaqə saxlayır.
Bu haqda “Trend”-ə XİN-in mətbuat xidmətindən məlumat verilb. Məlumatda deyilir: "Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londondakı terror aktlarının törədildiyi yerdə Azərbaycan vətəndaşlarının olmasını araşdırır və səfirliyinin əməkdaşları vəziyyəti nəzarətdə saxlayır".
Xatırladaq ki, ötən gecə Londonda ikiqat terror aktı törədilib, nəticədə 7 nəfər ölüb, 50 nəfər yaralanıb.