Prezident İlham Əliyev Danimarka Kraliçası? Ülyahəzrət II Marqaretə təbrik məktubu göndərib.
Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, təbrikdə deyilir: "Ülyahəzrət, ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, Sizə ən xoş arzularımı yetirir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".