şənbə günü, 24 oktyabr 2026
     

KİVDF-nin təşkilatçılığı ilə media rəhbərlərinin Naxçıvana 3 günlük geniş tanışlıq səfəri başa çatdı - YENİLƏNDİ / FOTO

Image


Naxçıvan Muxtar Respublikasına səfər edən ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti bu gün Ordubad şəhərinə səfərdə olublar. Baki-xeber.com Movqe.az-a istinadən xəbər verir ki, nümayəndə  heyəti səfər çərçivəsində öncə Ordubad şəhərində Qeysəriyyə Tarix Diyarşunaslıq Muzeyində olublar.

Muzey barədə qonaqlara məlumat verən muzeyin direktoru, Naxçıvan MR -nın əməkdar mədəniyyət işçisi Vilayət Bağırov Ordubadda hər abidənin özündə tarixi yaşatdığını bildirib: "XVII əsrdən soraq verən abidələrdən biri Qeysəriyyə tarixi abidəsidir. “Qeysəriyyə” sözünün mənası keçmiş zamanlarda şahlara məxsus daş-qaş, ləl-cəvahirat satılması məqsədilə tikilmiş örtülü Şərq bazarı deməkdir. Belə tikililərə dünyanın 3 yerində - Səmərqənd, Təbriz və Ordubad şəhərində rast gəlmək olur. Bu da onu göstərir ki, orta əsrlərdə Ordubadda ticarət və sənətkarlıq geniş inkişaf edib, dünyanın dörd bir yanından tacirlər, səyyahlar bura səyahət ediblər. Qeyri-adi quruluşa malik olan Qeysəriyyə binasından sonrakı dövrlərdə müxtəlif məqsədlərlə istifadə edilib. “Zorxana” kimi fəaliyyəti dövründə İrandan, Türkiyədən, Həmədandan və başqa yerlərdən gələn pəhləvanlar burada öz güclərini sınayıblar. Kim qalib gəlirdisə, hücrələrdə əyləşən xandan mükafat kimi bir kisə qızıl alırmış. XIX əsrin ortalarına yaxın Ordubadda yaradılmış “Əncüməni-şüəra” ədəbi məclisinin üzvləri bu binaya yığışıb öz yazdıqları əsərləri oxuyar, ədəbi müzakirələr apararmışlar. XX əsrdə abidə bir müddət ipək sarıyan sex kimi fəaliyyət göstərmiş, 1978-ci ildə ordubadlı memar Zakir Babayev tərəfindən bərpa edilmişdir.Ordubad Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb. Böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Hündürlüyü 8,5 metr olan abidə bişmiş kərpicdən inşa olunub. Tarixi tiklinin pəncərələri şəbəkə üsulu ilə işlənib. Ordubadda əksər tarixi tikililər, o cümlədən məscidlərin pəncərələrində şəbəkə sənətinə rast gəlirik. Bu da şəbəkə sənətinin Ordubadda tarixən inkişafından xəbər verir. Qədim dövrlərdən başlayaraq müasir günümüzədək rayonun tarixini özündə ehtiva edən ekponatlar aid olduğu guşələrdə yerləşdirilib. 150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-dən artıq eksponat qorunub saxlanılır. 2016-cı ildə muzeyə XIV-XV əsrə aid silahlar, mis qablar, tarixi ədəbiyyatlardan ibarət 30-dan artıq yeni eksponat daxil olub". Muzeylə tanışlıqdan sonra Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli xatirə kitabına ürək sözlərini yazıb. Buradan sonra Nümayəndə Heyəti Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olublar. Muzeydə qonaqlara Y. Məmmədəliyevin həyat fəaliyyəti, elmin inkişafına verdiyi töhfələrdən bəhs edilib.

Səfər çərçivəsində KİV rəhbərləri bu torpağın yetişdirdiyi Məmməd Səid Ordubadinin ev muzeyində də olublar. Burada qonaqlara Ordubadinin uşaqlığı, həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verilib.

Məhəmmədtağı Sidqinin ev muzeyi ilə də tanış olan nümayəndə heyətinə muzeyin Naxçıvan MR -nın Ali Məclisinin sədrinin sərəncamı ilə 2014-cü ildə yaradıldığı barədə məlumat verilib. Muzeyin girişdən, 3 ekspozisiya və 3 iş otağından ibarət olduğu bildirilib.

Daha sonra nümayəndə heyəti14-cü əsrə aid Buzxana memarlıq abidəsi ilə də tanış olublar. KİV rəhbərləri tarixi və mədəni abidələri ilə zəngin olan Ordubad torpağından yüksək təəssüratla ayrılaraq Şahbuz rayonunda yerləşən Şahbuz Dövlət Təbiət Qoruğuna gəliblər. Qoruğun elmi işlər üzrə direktor müavini Mürsəl Seyidov qonaqlara məlumat verərək qoruğun 2003-cü ildə yaradıldığını bildirib. Direktor müavini Qoruğun Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşdiyini diqqətə çatdırıb: "Ərazidə 2899 bitki növü yayılıb. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunaya malikdir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları var. Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən bir çoxu  "Qırmızı Kitab"a daxil edilibdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılıbdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Bu yaxınlarda burada cüyürün də olduğunu gördük".

Daha sonra qonaqlar Batabat Dövlət Təbiət Qoruğuna səfər ediblər. Füsünkar təbiəti ilə qonaqları heyran qoyan Batabat yaylağı KİV rəhbərlərinə xoş ovqat bəxş edib. Ərazidəki "Üzən ada" bura səfər edən nümayəndə heyətinin təəcübünə səbəb olub. Batabat yaylağı ərazisində bitən bitgi növləri də qonaqlar tərəfindən maraqla qarşılanıb.

Buradan Ağbulaq İstirahət Mərkəzinə gələn qonaqlar istirahət mərkəzində yaradılan şəraitlə tanış olublar. Batabat Dövlət Təbiət Qoruğuna, eləcə də Ağbulaq İstirahət Mərkəzinə gedən yolların abadlığı turizmin inkişafı baxımından KİV rəhbərlərində yüksək təəsürat oyadıb.

Ağbulaq İstirahət Mərkəzinin içracı direktoru Novruz Novruzov Mərkəzin 2013-cü ildə istifadəyə verildiyini, burada 38 otaqdan ibarət mehmanxana olduğunu, gələn qonaqlara istirahət üçün hər cürə şərait yaradıldığını vurğulayıb. Mərkəzdə il ərzində 50 faiz civarında doluluq olduğunu söyləyən N. Novruzov qış turizminin də inkişaf etdiyini vurğulayıb: " Qışda burada 60-70 sm qar örtüyü olur ki, bu da qışda İstirahət Mərkəzinin fasiləsiz işləməsinə səbəb olur. Qeyd edim ki, Mərkəzdə istifadə edilən qidalar kənd sakinlərindən alınır. Elə işçilərimiz də Ağbulaq kəninin sakinləridir".
N. Novruzov Mərkəzdə eko turların da təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu turlarda bələdçiliyi də qonaqlara kənd sakinləri edirlər: "Hətta may ayının sonlarında da turistlərə yüksəkliklərdə qar örtüyü olan dağlıq ərazilərəd turlar təşkil edilir".  
Daha sonra KİV rəhbərlərinin şərəfinə Ağbulaq İstirahət Mərkəzində ziyafət verilib. 

KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF) təşkilatçılığı ilə baş tutan üç günlük səfərdə ölkənin 20 aparıcı media orqanının rəhbəri iştirak edib. Media rəhbərlərinin Naxçıvana səfəri Naxçıvanın turizm potensialını təbliğ etmək məqsədi daşıyır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ