şənbə günü, 24 oktyabr 2026
     

KİV DF medianın Naxçıvana daha bir böyük tanışlıq səfərini təşkil etdi - YENİLƏNDİ / FOTO

Image


Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.

Nümayəndə heyətinin tərkibinə KİV DF-nin icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, “Ədalət qəzetinin” təsisçisi, millət vəkili Aqil Abbas, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, “İki Sahil” qəzetinin baş redaktoru  Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,  “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Trend” İnformasiya Agentliyinin baş direktoru  İlqar Hüseynov,  “İnterfaks” İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini, “Jurnalistlərin Həmkarlar İttifaqı”nın sədri Müşfiq Ələsgərli,  “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, “Movqe.az” saytının müxbiri Zülfiyyə Quluyeva daxildir.

Naxçıvana yola düşən media rəhbərlərini Beynəlxalq Hava Limanının "VİP" salonunda Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktoru Ramal Məmişov qarşılayıb. Media rəhbərləri öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyinə yollanıblar. Muzeydə Ulu Öndərin həyat yolu və siyasi fəaliyyətini əks etdirən dəyərli eksponatlarla tanış olublar. Nümayəndə heyəti Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Universitet Televiziyası və "Nuhçıxan" radiosu ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin  akt zalında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda keçirilən konfransa qatılıblar.

Movqe.az-ın məlumatına görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana ikinci dəfə səfər etdiyini bildirib. O, deyib ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata keçirdiyi layihə çərçivəsində media rəhbərləri 20 nəfərlik heyətlə Naxçıvana səfər ediblər. V. Səfərli ötən il baş tutan səfərin Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə media arasında əlaqələrin genişləndirilməsi məqsədini daşıdığını söyləyib. İcraçı direktor bu dəfəki səfərin məqsədinin isə Naxçıvanın turizm potensialının tanıdılmasında medianın köməyindən istifadə etməkdən ibarət olduğunu bildirib. Naxçıvana səfərə gələn Nümayəndə Heyəti ilə konfrans iştirakçılarını tanış edən V. Səfərli Naxçıvanın böyük turizm potensialına malik olduğunu söylədi: "Biz ötən səfərimizdə də Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda turistlərin maraqlandıran Duzdağ Fizioterapiya Mərkəzi var ki, bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də, bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvan Muxtar Respublikasına dəstək olmaqdır".

Daha sonra konfransda Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva çıxış edib. Ş. Şirəliyeva Naxçıvan Muxtar Respublikasında KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib. Ş. Şirəliyeva Naxçıvanda azad mətbuatın inkişafının, söz azadlığının təmin olunması və informasiyanın operativ çatdırılmasının diqqətdə saxlanıldığını söyləyib: " Muxtar Respublikada televiziya və qəzetlər ən müasir avadanlıqlarla təmin edilib. Hazırda Muxtar Respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər və rayon qəzeti, 4 jurnal, universitet televiziyası və radiosu daxil olmaqla 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir. "Universitet" televiziyası və "Naxçıvan"radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə də açıq formada Naxçıvan şəhərində yayımlanır. Ölkəmizdə və dünyada nəşr olunan 100-dən artıq qəzet və jurnal abunə yolu və mətbuat yayımı vasitəsilə muxtar respublika əhalisinə çatdırılır. Naxçıvan Dövlət Televiziyasının, "Şərq qapısı" qəzetinin internet saytlarının istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziyasının və Radiosunun internet üzərindən bütün dünyaya yayımlanması, muxtar respublikada ölkə telekanallarının və informasiya agnetliklərinin müxbir postlarının faəliyyət göstərməsi Naxçıvanda informasiya blokadasının yarılmasına, qədim diyarın müasir sosial-iqtisadi inkişafı, tarixi və turizm potensialı haqqında məlumatların oxucu, tamaşaçı və dinləyicilərə çatdırılmasına imkan verir. Müasir dövrdə azad mətbuatın inkişafını internet olmadan təsəvvür etmək mümkün deyil. Son illər muxtar respublikada yeni texnologiyaların iqtisadiyyatın və həyatın bütün sahələrində tətbiqi, 4-cü nəsil mobil rabitə şəbəkəsinin, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin istifadəyə verilməsi, yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilməsi, sürətli internetə çıxış imkanlarının yaradılması informasiyaların daha çevik formada əldə olunmasına, ötürülməsinə və yayılmasına imkan verir. Bu gün muxtar respublikanın yaşayış ərazilərinin 98 faizində genişzolaqlı, 99 faizində isə simsiz internet xidməti göstərilir. Muxtar respublikanın yaşayış məntəqələrində sosial paketdə olan 12 televiziya kanalının rəqəmsal yayımı təmin edilmiş, quraşdırılan Yeni Nəsil Telekommunikasiya Sistemi üzərindən də televiziya kanallarını izləmək və digər xidmətlərdən yararlanmaq imkanı yaradılıbdır. Naxçıvan Muxtar Respublikasında rəqəmsal televiziya vericiləri quraşdırılmışdır ki, bu xidmət vasitəsilə 67 televiziya proqramının yayımı, Naxçıvan Dövlət Televiziyasının isə ölkədə ilk dəfə olaraq yüksək keyfiyyətli HD formatda yayımlanması təmin edilibdir. Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında ali təhsilli jurnalist kadrların hazırlanması xüsusi yer tutur. Hazırda muxtar respublikada jurnalistika sahəsi üzrə kadr hazırlığı 50 illik zəngin tarixə malik olan Naxçıvan Dövlət Universitetində həyata keçirilir. Ali Məclis Sədrinin qayğısı nəticəsində 2001-ci ildən universitetdə jurnalistika ixtisası fəaliyyətə başlamış, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılaraq, 2005-ci ildən etibarən Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanıb. Ötən dövrdə jurnalistika ixtisasını 200-ə yaxın tələbə bitiribdir. Bu gün məzunlarımız ölkəmizdə, eləcə də muxtar respublikamızda müxtəlif kütləvi informasiya vasitələrində çalışırlar. Naxçıvan Dövlət Universitetində jurnalistika ixtisası tələbələrinin peşəkar səviyyədə hazırlanması diqqətdə saxlanıb, 2011-ci ildə ali təhsil ocağının Media Mərkəzi fəaliyyətə başlayıb. Hazırda universitetin “Qeyrət” nəşriyyatı fəaliyyət göstərir, “Yeni fikir” qəzeti və “Elmi əsərlər” jurnalı çap olunur. 2006-cı ildə tədrisyönümlü "Universitet" televiziyası fəaliyyətə başlayıbdır. “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturu” layihəsi uğurla tamamlanmışdır ki, bu layihənin də ikinci mühüm tərkib hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlı idi. Layihə çərçivəsində “Universitet” televiziyasında yaradılan yeni infrastruktur video-dərslərin hazırlanmasında və distant tədrisin tətbiqində geniş imkanlar açmışdır. Bu məqsədlə televiziya müasir texnologiyalarla təchiz olunmuş, burada virtual studiya quraşdırılıbdır. 2011-ci ildə efirə çıxan “Nuhçıxan” radiosunda universitetin gündəlik həyatını işıqlandıran informasiya proqramlarının, vətənpərvərlik mövzusunda verilişlərin, maraqlı müsahibələrin hazırlanmasında jurnalist tələbələrin böyük əməyi vardır".

Natiq bildirib ki, Naxçıvanın turizm potensialının təbliğini gələcəyin jurnalistlərinə dərindən öyrətmək, onlarda bu sahə üzrə peşə vərdişi formalaşdırmaq üçün səylə çalışırlar: "Bu gün müasir dünyada turizmin təbliğini medianın imkanları olmadan düşünmək mümkün deyil. Geniş təsir imkanlarına və əhatə dairəsinə malik olan mətbuat orqanları turizm potensialının təbliğində və turizm imicinin formalaşmasında əsas vasitə hesab olunur. Hazırda muxtar respublikada bu funksiya Naxçıvan Dövlət Teleradiosu və "Şərq qapısı" qəzeti tərəfindən yerinə yetirilir. Jurnalistlərin sosial şəbəkələrdəki aktivliyi və bunun hesabına əldə olunan nəticələr onu deməyə əsas verir ki, təbliğat mexanizmi düzgün qurulmuşdur. Lakin bu işdə bir məsələ diqqətdə saxlanılmalıdır ki, o da turistlərə onların dilində təbliğat aparmaqdır. Juralistika ixtisasında xarici dillərin tədrisinə üstünlük verilməsi, tələbə-jurnalistlərin bir və ya bir neçə xarici dili bilməsi qarşıda duran əsas vəzifələrdəndir.

İnanırıq ki, "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda keçirilən konfrans səmərəli olacaq, qarşılıqlı fikir mübadiləsinin aparılmasına, yeni istiqamətlərin və vəzifələrin müəyyənləşdirilməsinə öz töhfəsini verəcəkdir".

Konfransda çıxış edən Naxçıvan Universitetinin iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov qonaqları salamlayaraq Naxçıvan Muxtar Respublikasının ölkəmizin mühüm turizm mərkəzlərindən olduğunu söyləyib: "Muxtar Respublikanın turizm potensialı turistlərin və bura ilə maraqlanan hər kəsin diqqətini cəlb edir. Keçmiş İttifaq dövründə sərhədyanı bir region kimi xarici turistlərin üzünə bağlı olmuş muxtar respublika indi hər yerdən gəlmiş turistlərlə dolub daşır. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana və restoran müəssisələri, qədim və zəngin tarixi-mədəni irs, turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayını artırıbdır. Hazırda il ərzində 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan, dövlət başçılarının işgüzar görüşlər keçirdiyi, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq və dini-ziyarət məqsədilə səyahət edən turistlərin ən çox müraciət etdikləri məkana çevrilib. Formalaşan turizm potensialından bəhrə götürmək üçün tələb olunan çox ciddi təşkilati-kadr məsələləri ilə yanaşı sözsüz ki, təbliğat mexanizminin də səmərəli olması mühüm amildir. Bu baxımdan, hesab edirik ki, məhz məqsədyönlü şəkildə həyata keçirilən təbliğat vasitəsilə bu gün turizmdən əldə olunan nəticələri dəfələrlə yaxşılaşdıra bilərik".

Ə. Cabbarov Naxçıvanın turizm ehtiyatları barəsində informasiyanın dünyada yayılması məsələlərinə təkcə bu istiqamətdə işlər görməklə arzuedilən nəticələrə çatmağı düşünməyin çox çətin olduğunu söyləyib: "Hansısa çap və ya elektron informasiya resursunda yerləşdirilmiş turizm ehtiyatı haqqındakı məlumat hələ turistlərin gəlməsinə motiv ola biləcək gücdə deyil. Söz yox ki, hər birimizin turistləri regiona çəkə biləcək unikal resurslar haqqındakı yazı, foto və video məlumatlarımız dünyaya yayıldıqca turistləri maraqlandıran resursların da sayı artır. Ancaq dünya təcrübəsi göstərir ki, geniş səyahət təcrübəsinə malik olan bir turistin paylaşdığı müsbət təəssüratın yaratdığı motiv çox zaman birtərəfli olaraq həyata keçirilən təbliğatdan daha çox təsirli olur. Buna görə də peşəkar, yəni çox səyahət edən turistlərə yönəlmiş təbliğat mexanizminin qurulmasına bu istiqamətdə ən səmərəli vasitə kimi baxmaq olar. Turizmin təbliğat işində, xüsusən media vasitəsilə həyata keçirilən təbliğatyönümlü işlərdə uğur qazanmaq üçün müasir tələbkar turistin profilinin yaxşı öyrənilməsi, başqa sözlə, onun tələbini, maraq və mənafelərinin nəzərə alınması lazımdır. Misal üçün, bu gün dünyada geniş yayılmış, ancaq yaşadığımız regionda hələ də çox tətbiq olunmayan sosial turizmə baxdıqda Naxçıvan Duzdağına müalicə üçün gələn vətəndaşlar və Ağbulaq İstirahət Mərkəzinə müxtəlif kateqoriyalardan olan uşaq və gənclər üçün sosial tur paketlərinin təklifi Naxçıvanın turizm imici və turistlərin də marağı baxımından çox uğurlu təbliğat obyektidir. Ümumdünya Turizm Təşkilatının sənədlərində də tövsiyə olunan “Turizmi əhalinin bütün təbəqələri arasında yayaraq kütləviləşdirmək, məhdud fiziki imkanlı və aztəminatlı insanları turizmə cəlb etmək” kimi bəşəri müddəaların artıq Naxçıvanda çoxdan tətbiq olunduğunun və bunun ənənəsinin yaradıldığının şahidi olarıq. Naxçıvan təkcə istirahət və rekreasiya məqsədilə deyil, eyni zamanda müalicə, dini və ekoturizm kimi sosial məzmunu daha dərin olan səyahətlərə maraq göstərən turistlər üçün də cazibədar məkandır. Bütün bunların həssaslıqla qiymətləndirilməsi, turizm potensialımızdan daha səmərəli istifadə olunması üçün ötən ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirədə dövlət qurumlarına, eləcə də kütləvi informasiya vasitələrinə verilmiş ciddi tapşırıqları və onların icrası istiqamətində görülmüş işləri qeyd etmək lazımdır. Davamlı turizm və səmərəli təbliğat mülahizələri baxımından diyarımıza gələn hər bir turistin növbəti mövsümdə yenidən Naxçıvanı seçməsi bizim əsas hədəfimizdir. İnanırıq ki, məhz bu, turizm potensialımızın tanıdılmasında ən uğurlu vasitədir. Bu baxımdan, media nümayəndələri, birbaşa turizmin təbliği ilə məşğul olan jurnalistlər istər informasiya saytlarında və elektron mediada, istərsə də sosial şəbəkələrdə mədəniyyətlərarası dialoqun elçiləri kimi müasir turistlərin diqqətini Naxçıvanın təkcə yerləşdiyi mövqeyə deyil, həm də malik olduğu tarixi zənginliklərə və xalqımıza xas milli adətlərə yönəltməyi bacarmalıdırlar. Bundan əlavə, 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilmiş Naxçıvanın dünya ilə paylaşacağı çox dəyərlər vardır. Artıq bundan sonra muxtar respublikaya səfər edən qonaqlar Naxçıvanda turistlərə qarşı tolerantlığın yüksək səviyyədə olduğunu, peşəkar servislərə necə diqqət yetirildiyini bir daha görəcəklər. Turistlər bunu görənə qədər jurnalistlər tərəfindən təbliğat işlərinə başlamaq, obyektiv və zəngin təəssürat yaratmaq isə medianın əsas vəzifələrindən olmalıdır. Yəni bu işdə hər bir jurnalist vətəndaşlıq mövqeyini də ortaya qoymağı bacarmalıdır. Bu gün Naxçıvandakı tarixi abidələr ən yüksək səviyyədə mühafizə olunur, onların dünya mədəni mirasına qazandırılması üçün mümkün olan hər bir tədbir görülür. Naxçıvan şəhərinin tarixini və qədim mədəniyyətini özündə qoruyub saxlayan Naxçıvanqalanın, Nuh Peyğəmbərin məzarüstü türbəsinin, xalqımızın məğrurluq rəmzi Əlincəqalanın bərpa olunması, Gülüstan türbəsinə yenidən həyat verilməsi, qədim tarixə və mühüm əhəmiyyətə malik “Qarabağlar Türbə Kompleksi”nin bərpası işlərinə başlanılması bu sahədə də Naxçıvanın öncül olduğu nümunələrdəndir. Müqəddəs Əshabi-Kəhfin sorağına gələn zəvvarlar üçün yaradılmış rahat ziyarət şəraiti hər bir turistdə, Naxçıvana gələn hər bir qonaqda dərin məmnunluq və ehtiram hissləri yaradır, növbəti ziyarət üçün zəmin formalaşır. Ekoturizm, ümumiyyətlə, təbiətlə birbaşa ünsiyyət yaradan hər bir turizm növü insanların sağlam həyat keçirməsi, uşaq və gənclərin təbiətə qarşı sevgisinin dərinləşməsi üçün mühüm tərbiyəvi vasitədir. Naxçıvanda yaşıllıqların qorunması və ərazisinin daha da artırılması istiqamətində görülən böyükmiqyaslı işlər, mühafizə olunan təbiət ərazilərinin cazibədar fauna və flora zənginliyi muxtar respublikanın geniş ərazisindəki ekoturizm marşrutlarından istifadəyə yaxşı imkanlar yaradır. Naxçıvanın bütün kənd yaşayış məntəqələrinə aparan yolların müasir standartlara uyğun yenidən inşa olunması və kəndlərdə aparılmış müasirləşmə muxtar respublikada kənd-yaşıl turizminin inkişafına yeni təkan verib. Bir vaxtlar hətta yerli sakinlərin belə çətinliklə keçib getdiyi kənd yolları ilə indi turizm mövsümünün qaynar vaxtlarında on minlərlə turist öz lüks avtomobili ilə Naxçıvanın dağ kəndlərinə üz tutur. Bax bütün bunların jurnalistlər tərəfindən müqayisəli, təhlilli və obyektiv formada müxtəlif dillərdə həm yazı, həm foto, həm də video formatında turistlərə çatdırılması vacib məsələdir. Bu prinsip bu gün Naxçıvanda həyata keçirilən turizm-tanıtım fəaliyyətinin əsasında durur. Naxçıvan artıq festivallar şəhəri kimi tanınmağa başlayıb. Ötən illərdən başlayaraq Naxçıvanqalada keçirilmiş “Yaradıcı əllər”, ölkəmizdə və dünyada ilk olan “Göycə”, “Çörək”, “Bal və arıçılıq məhsulları” və “Kətə” festivalları, on günə yaxın davam edən özünəməxsus Novruz bayramı şənlikləri Naxçıvanın turizm etiketinə çevrilmiş, geniş reaksiya doğurubdur. Naxçıvanda peşəkar servis işçiləri qarşısında qoyulmuş vəzifələr taksi sürücüsündən turizmin idarəçiliyi üzrə məmurlaradək hamılıqca həvəslə yerinə yetirilir. Naxçıvan şəhəri üzrə ekskursiya marşrutu, muxtar respublikanın paytaxtından Duzdağ şaxtaları, Əlincə qalası, Batabat, Əshabi-kəhf, Ordubad, Gəmiqaya və Qarabağlar istiqamətlərinə təşkil olunan turlar turistlər tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə müasirləşən qədim Naxçıvanı turistlərə sevdirən və bütün naxçıvanlıları sevindirən işlərdir. Naxçıvanın turizm cazibədarlığı haqqında çox danışmaq olar. Ancaq Naxçıvana səyahət edən turistlərdən ən yaddaqalan təəssüratlarını soruşduqda onların məhz rahat və təhlükəsiz səyahət edə bildiklərini, xidmət sahələrində dürüstlük və qonaqpərvərik gördüklərini, xalqımızın tolerantlığına heyran qaldıqlarını bildirməsini tanıtım və təbliğat baxımından çox sevindirici hal kimi qiymətləndirmək mümkündür. Ona görə də media kanalları vasitəsilə Naxçıvana səyahət edən turistlərin təəssüratlarının yayımlanıb paylaşılması, Naxçıvanda fəaliyyətdə olan turizm marşrutları üzrə test turlarının keçirilməsi, bu işdə də turizm mütəxəssisləri ilə bərabər jurnalistlərin də iştirakını maraq doğuracaq təklif kimi qiymətləndirmək mümkündür. Bu istiqamətdə, son illərdə Naxçıvanın turizm potensialının təbliği ilə bağlı görülmüş işlərə baxdıqda “Naxçıvan” Universiteti və Şərq Qapısı qəzeti xətti ilə ölkəmizin mərkəzi mətbuatında, eləcə də Türkiyədə, ABŞ-da, Rusiyada, BƏƏ-də dərc olunmuş çox sayda elmi və publisistik məqalələri görürük. Təkcə son 3 il ərzində Şərq Qapısı qəzetində Naxçıvanın turizm potensialı ilə bağlı 70-ə yaxın məqalə dərc olunub. Bu məqalələr qəzetin internet saytında ayrıca “turizm” bölümündə yerləşdirilib. Bunlar arasında Naxçıvanın turizm marşrutları, kənd turizm və ekoturizm məkanları, tanışlıq dəyəri kəsb edən qədim tarixi abidələri, milli mətbəx və qonaqpərvərlik elementləri, habelə yaradılmış turizm infrastrukutu müəssisələri haqqıda yazılar üstünlük təşkil edir. Bundan əlavə, qəzetin saytının ingilis dilli bölümündə də “turizm” və “Naxçıvan xarici qonaqların gözü ilə” başlıqları altında xeyli sayda materiallar, Naxçıvana səfər edən nüfuzlu qonaqların təəəsüratları yerləşdirilib".

Konfransda “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev,“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı çıxış edərək Naxçıvanın turizm imkanlarından söz açdılar. Qonaqlar Muxtar Respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndirdilər. N. Əliyev öz çıxışında Naxçıvanda tarixi abidələrinin təbliği ilə daha çox turist cəlb etməyin mümkünlüyünü vurğulayıb. Konfrans qarşılıqlı müzakirələrlə davam edib. Tədbirin sonunda Universitetin jurnalistika fakultəsinin tələbləri də öz fikirlərini səsləndiriblər.

Onu da qeyd edək ki, səfərin ilk günündə nümayəndə heyəti  “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvanqala və Nuh peyğəmbərin türbəsi, Naxçıvan Biznes Mərkəzi, Avtomobil Zavodu, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar.

Bu, ölkənin aparıcı media orqanları rəhbərlərinin Naxçıvana təşkil olunan sayca ikinci səfəridir. Ötən ilin oktyabr ayınında da KİVDF tərəfindən təşkil olunan səfərdə baş redaktorlardan ibarət 20 nəfərlik nümayəndə heyəti Naxçıvanda iki günlük səfərdə olmuşdu.

Zülfiyyə QULUYEVA

Movqe.az



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ