“Turkish Petroleum Overseas Company Ltd.” (TPAO) şirkətinin maliyyə dəstəyilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri Professor Dr. Seyit Sertçeliyin Ermənilərin 1915-ci il hadisələrilə bağlı yalanlarını ifşa edən “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914” adlı iki cildlik əsəri Azərbaycan dilinə tərcümə edilib.
Türkiyədə nəşr olunan kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub ve heç bir kommersiya məqsədi güdülmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər) eləcədə digər ictimai qurum və təşkilatlara paylanılacaq.
TPAO-nun təşkilatçılığı və Türkiyənin Azərbaycandakı Səfirliyinin, Azərbaycan rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mayın 30-da saat 15:30-da “JW Mariott Absheron” oteldə imza günü və mətbuat konfransı keçiriləcək.
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi iştirak etmək istəyən mətbuat nümayəndələrindən 30 May saat 13:00-a qədər (012) 441 39 26 nömrəsi ilə əlaqə saxlayaraq və ya [email protected] e-mail adresi vasitəsiylə akreditasiyadan keçməyi xahiş edir.
Baki-xeber.com