Bu ilin aprel ayı ərzində dövlət sərhədini pozduqlarına görə 40 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, saxlanılanların 13 nəfəri Azərbaycan, 5 nəfəri İraq, 4 nəfəri Özbəkistan, 4 nəfəri Tacikistan, 3 nəfəri Pakistan, 3 nəfəri İran, 2 nəfəri Gürcüstan, 2 nəfəri Nigeriya, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları olublar.
Sərhəd-rejim qaydalarını pozarkən 672 halda 854 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 323 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kq 046,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 555 min 368 manat olan qaçaqmal, 2 ədəd tüfəng, 1 ədəd tapança, 2 ədəd pnevmatik tapança, 3 ədəd tank əleyhinə mina, 775 ədəd patron, 1 ədəd tapança darağı, 1 ədəd ov bıçağı, 1 ədəd optik cihaz, 1 ədəd kompas, 710000 Rusiya rublu, 4980 qram civə, 44 ədəd gümüş əşya, 10 ədəd qayıq, 7 ədəd elektron kassa aparatı, 12 kiloqram zəli, 14171 qutu siqaret, 79 ədəd mobil telefon, 15660 ədəd müxtəlif növ dərman preparatları, 17 ədəd Ermənistan istehsalı olan spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.