ABŞ Mərkəzi Kəşfiyyat Idarəsinin rəhbəri Daniel Kotsun hesabatında Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların hər an başlaya biləcəyinə dair bənd yer alıb.
Baki-xeber.com-un xəbərinə görə, hesabatda deyilir ki, Dağlıq Qarabağda qurulan separatçı rejim səbəbindən Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə 2016-ci ilin aprelində güclənən gərginlik, hər iki tərəfin güzəştə getməmək istəyi və daxildə təzyiqlərin artması 2017-ci ildə genişmiqyaslı hərbi əməliyyatlar üçün potensial olduğundan xəbər verir.
Kots hesabatının Azərbaycanla bağlı hissəsində onu da bildirir ki, Bakı Rusiya, İran və Qərblə münasibətlərdə balansı qorumağa davam edəcək.