Cümə günü, 21 avqust 2026
     

Pre­zi­dent Əli­yev müs­tə­qil Azər­bay­ca­nın dip­lo­ma­ti­ya ta­ri­xi­nin ən önəm­li fak­tı­nı açıq­la­dı - YENİLƏNDİ

Image


İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın rəs­mi mət­bu­at or­qa­nı olan "OIC Jo­ur­nal" jur­na­lın­da Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin "İs­lam həm­rəy­li­yi­nin güc­lən­di­ril­mə­si za­ma­nın ça­ğı­rı­şı­dır" sər­löv­hə­li mə­qa­lə­si dərc edi­lib.

Mə­qa­lə­də bil­di­ri­lir:

"Qə­dim ta­ri­xə, zən­gin mə­də­ni ir­sə, bö­yük tə­bii və in­san re­surs­la­rı­na ma­lik İs­lam alə­mi müa­sir dün­ya ni­za­mı­nın, bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­mi­nin ya­ran­ma­sı və in­ki­şa­fın­da əhə­miy­yət­li rol oy­na­mış­dır. İs­lam di­ni hə­mi­şə sülh, to­le­rant­lıq, hu­ma­nizm ide­ya­la­rı­nı təl­qin et­miş və dün­ya si­vi­li­za­si­ya­sı­na san­bal­lı töh­fə­lər ver­miş­dir.

Mü­səl­man dün­ya­sı­nın mü­hüm tər­kib his­sə­si olan Azər­bay­can İs­lam mə­də­ni ir­si­nin ya­ran­ma­sı və qo­ru­nub sax­lan­ma­sın­da önəm­li mə­kan­lar­dan bi­ri ki­mi ta­nı­nır. VII-VIII əsr­lər­dən eti­ba­rən Azər­bay­can əra­zi­sin­də ge­niş ya­yıl­mış İs­lam di­ni xal­qı­mı­zın mə­nə­vi hə­ya­tı­nı da­ha da zən­gin­ləş­dir­miş, ta­ri­xin son­ra­kı mər­hə­lə­lə­rin­də onun hə­yat tər­zi­ni və bir­gə­ya­şa­yış nor­ma­la­rı­nı mü­əy­yən edən əsas amil­lər­dən bi­ri­nə çev­ril­miş­dir. Öl­kə əra­zi­sin­də Əs­ha­bi-Kəhf zi­ya­rət­ga­hı, Qaf­qa­zın ən qə­dim məs­ci­di - 743-cü il­də əsa­sı qo­yul­muş Şa­ma­xı Cü­mə məs­ci­di, Bi­bi­hey­bət məs­cid-zi­ya­rət­gah komp­lek­si, Gən­cə "İmam­za­də" komp­lek­si və di­gər çox­say­lı abi­də­lər Azər­bay­ca­nın İs­lam di­ni-mə­də­ni də­yər­lər sis­te­mi­nə əhə­miy­yət­li töh­fə­si ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər. Xal­qı­mız hə­mi­şə öz ta­ri­xi keç­mi­şi­nə, mə­nə­vi sər­vət­lə­ri­nə hör­mət­lə ya­naş­mış, hət­ta 1918-ci il­də ya­ran­mış Azər­bay­can Xalq Cum­hu­riy­yə­ti­nin döv­lət sim­vo­lu olan bay­ra­ğın­da İs­la­ma mən­sub­lu­ğu­nu əks et­dir­miş­dir. SSRİ-nin tər­ki­bin­də ol­du­ğu dövr­də bas­qı­la­ra mə­ruz qal­ma­sı­na bax­ma­ya­raq, xal­qı­mız di­ni iba­dət­gah­la­rın və məs­cid­lə­rin bir his­sə­si­ni qo­ru­yub sax­la­mış, di­ni də­yər­lə­ri­nə sa­diq qal­mış­dır.

1990-cı il­lə­rin əv­vəl­lə­rin­də döv­lət müs­tə­qil­li­yi bər­pa edil­dik­dən son­ra Azər­bay­can­da din və vic­dan azad­lı­ğı bər­qə­rar ol­muş, di­ni abi­də­lə­rin, məs­cid­lə­rin, iba­dət­gah­la­rın bər­pa­sı sa­hə­sin­də mü­hüm iş­lər gö­rül­müş­dür. Əgər SSRİ döv­rün­də Azər­bay­can­da cə­mi 17 məs­cid fəa­liy­yət gös­tə­rir­di­sə, 2017-ci ilin əv­və­li­nə on­la­rın sa­yı 2166-ya çat­mış­dır. Ha­zır­da öl­kə­də 306 məs­cid döv­lət tə­rə­fin­dən ta­ri­xi abi­də ki­mi qo­ru­nur. Bi­bi­hey­bət məs­cid-zi­ya­rət­gah komp­lek­si, Tə­zə­pir məs­ci­di, İçə­ri­şə­hər Cü­mə və Həz­rət Mə­həm­məd məs­cid­lə­ri, Əj­dər­bəy məs­ci­di, Şa­ma­xı Cü­mə məs­ci­di, Gən­cə "İmam­za­də" komp­lek­si və on­lar­la di­gər di­ni abi­də və məs­cid döv­lət tə­rə­fin­dən əsas­lı şə­kil­də tə­mir və bər­pa edi­lə­rək din­dar­la­rın is­ti­fa­də­si­nə ve­ril­miş­dir.

Qeyd edim ki, 25 il­lik müs­tə­qil­li­yi­miz döv­rün­də Azər­bay­can bü­tün sa­hə­lər­də bö­yük uğur­la­ra im­za at­mış­dır. XX əs­rin 90-cı il­lə­rin­dən baş­la­ya­raq trans­mil­li ener­ji la­yi­hə­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si bi­zə mil­li iq­ti­sa­diy­ya­tı­mı­zı in­ki­şaf et­dir­mək, qey­ri-neft sa­hə­si­ni iq­ti­sa­diy­ya­tın apa­rı­cı seq­men­ti­nə çe­vir­mək üçün ge­niş im­kan­lar ya­rat­dı. Son 10 il­də öl­kə­nin bü­tün in­fras­truk­tu­ru mo­dern­ləş­di­ril­miş, ener­ji təh­lü­kə­siz­li­yi tam, ər­zaq təh­lü­kə­siz­li­yi isə əsa­sən tə­min edil­miş, yox­sul­luq və iş­siz­li­yin sə­viy­yə­si 10 də­fə aza­la­raq 5 fai­zə düş­müş­dür. Müa­sir nəq­liy­yat-tran­zit in­fras­truk­tu­ru­na ma­lik Azər­bay­can Şərq-Qərb və Şi­mal-Cə­nub bey­nəl­xalq nəq­liy­yat dəh­liz­lə­ri­nin ya­ra­dıl­ma­sın­da fə­al iş­ti­rak edir və ar­tıq qlo­bal nəq­liy­yat qov­şa­ğı­na çev­ri­lir. XXI əs­rin la­yi­hə­si ki­mi xa­rak­te­ri­zə edi­lən və ha­zır­da uğur­la re­al­laş­dı­rı­lan "Cə­nub Qaz Dəh­li­zi" bö­yük Azər­bay­can qa­zı­nın dün­ya ba­za­rı­na çı­xa­rıl­ma­sı­na şə­ra­it ya­ra­da­caq­dır.

Müs­tə­qil­lik döv­rün­də İs­lam alə­mi ilə mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni təş­kil et­miş­dir. Azər­bay­ca­nın ilk dip­lo­ma­tik mis­si­ya­la­rı məhz mü­səl­man öl­kə­lə­rin­də fəa­liy­yə­tə baş­la­mış, döv­lə­ti­miz qı­sa za­man­da İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı (İƏT), ISES­CO ki­mi mü­səl­man dün­ya­sı­nı bir­ləş­di­rən qu­rum­la­rın fə­al üz­vü­nə çev­ril­miş­dir. Azər­bay­can İs­lam həm­rəy­li­yi­nin möh­kəm­lən­mə­si­nə töh­fə ve­rən İƏT Gənc­lər Fo­ru­mu, İƏT Əmək Mər­kə­zi, İƏT-ə Üzv Döv­lət­lə­rin Jur­na­list­lə­ri As­so­sia­si­ya­sı ki­mi ye­ni qu­rum­la­rın ya­ra­dıl­ma­sı­nın tə­şəb­büs­ka­rı ol­muş­dur. Elə­cə də öl­kə­miz mü­səl­man dün­ya­sı ilə əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si­nə xid­mət edən iki­tə­rəf­li və çox­tə­rəf­li əmək­daş­lıq for­mat­la­rı qur­muş, bu çər­çi­və­də hə­ya­ta ke­çi­ri­lən bir çox la­yi­hə­lər qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin möh­kəm­lən­mə­si­nə yö­nəl­miş­dir.

Qar­şı­da­kı dövr­də İs­lam öl­kə­lə­ri ilə iq­ti­sa­di sa­hə­də əmək­daş­lı­ğın si­ya­si əla­qə­lə­ri­mi­zin sə­viy­yə­si­nə çat­dı­rıl­ma­sı bi­zim əsas hə­dəf­lə­ri­miz­dən bi­ri­dir. Biz bü­tün sa­hə­lər­də İs­lam dün­ya­sı ilə qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lıq əla­qə­lə­ri­ni in­ki­şaf et­dir­mə­yə xü­su­si önəm ve­ri­rik.

Bir­ləş­miş Mil­lət­lər Təş­ki­la­tı baş­da ol­maq­la bey­nəl­xalq qu­rum­lar çər­çi­və­sin­də qar­şı­lıq­lı dəs­tək bi­zim möv­qe­lə­ri­mi­zi güc­lən­di­rir. Qeyd edim ki, 2012-ci il­də Azər­bay­ca­nın BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­na üzv se­çil­mə­sin­də İs­lam öl­kə­lə­ri­nin bö­yük ro­lu ol­muş­dur. Biz bu­nu İs­lam öl­kə­lə­ri ilə si­ya­si əla­qə­lə­ri­mi­zin yük­sək sə­viy­yə­si­nin, qar­şı­lıq­lı dəs­tək və həm­rəy­li­yin tə­za­hü­rü ki­mi qə­bul edi­rik. Azər­bay­can da BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın üz­vü ol­du­ğu dövr­də İs­lam dün­ya­sı­nın ma­raq­la­rı­na xid­mət edən bir sı­ra tək­lif­lər irə­li sür­müş və hə­ya­ta ke­çir­miş­dir. Mə­sə­lən, öl­kə­miz ter­ror­çu­lu­ğa qar­şı mü­ba­ri­zə üz­rə yük­sək sə­viy­yə­li bey­nəl­xalq kon­fran­sın ke­çi­ril­mə­si tə­şəb­bü­sü ilə ya­na­şı, həm də BMT və İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı ara­sın­da əmək­daş­lı­ğın ge­niş­lən­di­ril­mə­si möv­zu­sun­da yük­sək sə­viy­yə­li gö­rü­şün təş­ki­li­nə na­il ol­muş­dur.

Eti­raf et­mə­li­yik ki, bu gün İs­lam alə­mi cid­di ça­ğı­rış­lar, öz həl­li­ni göz­lə­yən çox­say­lı prob­lem­lər­lə üz-üzə­dir. On­la­rın sı­ra­sın­da Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­ni, Fə­ləs­tin və Kəş­mir ki­mi prob­lem­lə­ri, Ya­xın Şərq döv­lət­lə­rin­də ya­ran­mış qar­şı­dur­ma­la­rı, qaç­qın böh­ra­nı­nı və di­gər mə­sə­lə­lə­ri qeyd et­mək olar. Mə­lum­dur ki, er­mə­ni­lər son 200 il ər­zin­də Azər­bay­ca­nın ta­ri­xi tor­paq­la­rı­nı zəbt et­mək və hə­min əra­zi­lər­də öz döv­lət­lə­ri­ni qur­maq plan­la­rı­nı re­al­laş­dır­maq məq­sə­di­lə qan­lı ak­si­ya­lar hə­ya­ta ke­çi­rib­lər. İn­di­ki Er­mə­nis­tan döv­lə­ti də məhz Azər­bay­ca­nın əzə­li tor­paq­la­rın­da ya­ra­dıl­mış­dır. Bu tə­ca­vüz­kar si­ya­sə­ti da­vam et­di­rən Er­mə­nis­tan ötən əs­rin 90-cı il­lə­ri­nin əv­vəl­lə­rin­də Azər­bay­can əra­zi­lə­ri­nin 20 fai­zi­ni iş­ğal et­miş, bu­nun nə­ti­cə­sin­də bir mil­yon­dan ar­tıq azər­bay­can­lı qaç­qın və məc­bu­ri köç­kü­nə çev­ril­miş, soy­daş­la­rı­mı­za qar­şı et­nik tə­miz­lə­mə və soy­qı­rı­mı hə­ya­ta ke­çi­ril­miş­dir. 1993-cü il­də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı Azər­bay­ca­na qar­şı güc tət­bi­qi­ni və əra­zi­lə­ri­nin iş­ğa­lı­nı qı­na­yan, öl­kə­mi­zin əra­zi bü­töv­lü­yü, su­ve­ren­li­yi və bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış sər­həd­lə­ri­nin to­xu­nul­maz­lı­ğı­nı təs­diq edən dörd qət­na­mə qə­bul et­miş­dir. Bu ki­mi sə­nəd­lər ATƏT, Av­ro­pa Şu­ra­sı, Av­ro­pa İt­ti­fa­qı, Qo­şul­ma­ma Hə­rə­ka­tı və di­gər nü­fuz­lu bey­nəl­xalq qu­rum­lar tə­rə­fin­dən də qə­bul olun­muş­dur. İƏT Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü və haq­lı möv­qe­yi­ni dəs­tək­lə­yən, Xo­ca­lı soy­qı­rı­mı­nı ta­nı­ma­ğa, Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti­nə qar­şı prak­ti­ki ad­dım­lar at­ma­ğa səs­lə­yən çox­say­lı qət­na­mə­lər qə­bul et­miş, mə­sə­lə təş­ki­la­tın Xa­ri­ci İş­lər Na­zir­lə­ri Şu­ra­sın­da də­fə­lər­lə mü­za­ki­rə olun­muş, həm­çi­nin 2016-cı ilin sen­tyab­rın­da İƏT çər­çi­və­sin­də Er­mə­nis­ta­nın Azər­bay­ca­na qar­şı tə­ca­vü­zü­nə da­ir Kon­takt Qru­pu tə­sis edil­miş və onun ilk ic­la­sı ke­çi­ril­miş­dir. He­sab edi­rəm ki, Er­mə­nis­ta­nı açıq-ay­dın tə­ca­vüz­kar ki­mi ta­nı­yan BMT və İƏT-in qət­na­mə­lə­ri iş­ğal­çı döv­lət­lə mü­na­si­bət­lə­ri in­ki­şaf et­dir­mək niy­yə­tin­də olan bü­tün mü­səl­man öl­kə­lə­ri üçün əsas me­saj ol­ma­lı­dır. Çün­ki Er­mə­nis­ta­nın iş­ğal­çı­lıq si­ya­sə­ti tək­cə Azər­bay­ca­nın di­ni-mə­də­ni sər­vət­lə­ri­nə qar­şı de­yil, həm də ümu­mi­lik­də İs­la­mın ta­ri­xi-mə­də­ni ir­si­nə qar­şı olan hü­cum­dur. Er­mə­nis­ta­nın iş­ğal et­di­yi əra­zi­lər­də İs­lam mə­də­niy­yə­ti­nə aid yüz­lər­lə abi­də, məs­cid, iba­dət­gah, qə­bi­ris­tan­lıq və s. da­ğı­dıl­mış, bü­tün bun­lar ATƏT-in fak­ta­raş­dı­rı­cı mis­si­ya­la­rı tə­rə­fin­dən təs­diq olun­muş­dur. Onu da bil­dir­mək is­tər­dim ki, Pa­kis­tan və Səu­diy­yə Ərə­bis­ta­nı Er­mə­nis­ta­nı Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal et­di­yi­nə gö­rə rəs­mən ta­nı­maq­dan im­ti­na et­miş, Tür­ki­yə isə bu öl­kə ilə heç bir əla­qə qur­ma­mış­dır. Ha­zır­da 5 mü­səl­man döv­lə­ti Xo­ca­lı soy­qı­rı­mı­nı rəs­mən ta­nı­mış­dır. Biz bü­tün bun­la­rı qar­daş mü­na­si­bə­ti və re­al dəs­tə­yin nü­mu­nə­si he­sab edi­rik.

Azər­bay­can İs­lam dün­ya­sın­da möv­cud mü­na­qi­şə­lə­rin həl­li­nə öz töh­fə­si­ni əsir­gə­mir, prob­lem­lə­rin əda­lət­li həl­li ilə bağ­lı mü­za­ki­rə­lər­də bir­mə­na­lı ola­raq bey­nəl­xalq hü­qu­qu mü­da­fiə edir və öz prin­si­pi­al möv­qe­yi­ni hə­mi­şə qo­ru­yub sax­la­yır. Öl­kə­miz 2013-cü il­də "Qüds şə­hə­ri­nin in­ki­şa­fı­na da­ir stra­te­ji pla­nın ma­liy­yə­ləş­di­ril­mə­si üçün do­nor kon­fran­sı"na, elə­cə də "Fə­ləs­tin döv­lə­ti­nin dəs­tək­lən­mə­si üçün İs­lam ma­liy­yə təh­lü­kə­siz­lik şə­bə­kə­si­nin ya­ra­dıl­ma­sı" ad­lı kon­fran­sa ev sa­hib­li­yi et­miş və bu məq­səd­lər üçün cid­di məb­ləğ­də ia­nə ayır­mış­dır.

İs­lam di­ni-mə­nə­vi də­yər­lə­ri­nə sıx bağ­lı olan Azər­bay­can həm də dün­ya­da mul­ti­kul­tu­ra­liz­min mər­kəz­lə­rin­dən bi­ri ki­mi ta­nı­nır. Biz Azər­bay­can­da mə­də­ni müx­tə­lif­li­yin, et­nik və di­ni to­le­rant­lıq mü­hi­ti­nin tə­min olun­ma­sı­nı bö­yük nai­liy­yət he­sab edi­rik. Öl­kə­miz­də heç vaxt di­ni və mil­li ay­rı-seç­ki­lik ol­ma­mış, bü­tün din­lə­rin nü­ma­yən­də­lə­ri dinc və qar­şı­lıq­lı an­laş­ma şə­rai­tin­də ya­şa­mış­lar. Bu bi­zim hə­yat tər­zi­miz­dir, irə­li­yə doğ­ru inam­la get­mə­yin ən op­ti­mal yo­lu­dur.

Biz is­la­mo­fo­bi­ya­ya qar­şı açıq şə­kil­də çı­xış edi­rik və dün­ya­da İs­lam də­yər­lə­ri­nin təb­li­ği üçün ar­dı­cıl iş apa­rı­rıq. Azər­bay­can məş­hur Luvr mu­ze­yin­də İs­lam böl­mə­si­nin təş­ki­lin­də fə­al iş­ti­rak et­miş, həm­çi­nin Va­ti­kan­da öz sər­gi­si­ni nü­ma­yiş et­di­rən ilk mü­səl­man öl­kə­si ol­muş­dur. Ba­kı şə­hə­ri 2009-cu il­də ISES­CO-nun dəs­tə­yi ilə İs­lam mə­də­niy­yə­ti­nin pay­tax­tı elan edil­miş, 2018-ci il­də isə bu şə­rəf­li ada bi­zim di­gər qə­dim şə­hə­ri­miz olan Nax­çı­van la­yiq gö­rül­müş­dür.

Azər­bay­can mə­də­niy­yət­lə­ra­ra­sı dia­lo­qun güc­lən­di­ril­mə­si üçün prak­ti­ki ad­dım­lar atır. Hər il Mə­də­niy­yət­lə­ra­ra­sı Dia­loq Fo­ru­mu, Bey­nəl­xalq Hu­ma­ni­tar Fo­rum və di­gər bu ki­mi bö­yük bey­nəl­xalq təd­bir­lə­rə ev sa­hib­li­yi edən Ba­kı şə­hə­ri ar­tıq "Hu­ma­ni­tar Da­vos" adı­nı qa­zan­mış­dır. 2016-cı il­də biz Ya­xın Şərq və Af­ri­ka öl­kə­lə­rin­dən Av­ro­pa­ya pə­nah apa­ran miq­rant­la­rın ne­cə aq­res­siv qar­şı­lan­dı­ğı­nın, is­la­mo­fob me­yil­lə­rin açıq şə­kil­də özü­nü bü­ru­zə ver­di­yi­nin şa­hi­di ol­duq. Be­lə və­ziy­yət­də Azər­bay­can 2016-cı ili "Mul­ti­kul­tu­ra­lizm ili" elan edə­rək bir da­ha dün­ya­ya gös­tər­di ki, müx­tə­lif din­lə­rin, mil­lət­lə­rin, et­nik qrup­la­rın nü­ma­yən­də­lə­ri bir öl­kə­də, ey­ni sə­ma al­tın­da ra­hat, lə­ya­qət­lə ya­şa­ya bi­lər­lər. Biz nə­in­ki öl­kə da­xi­lin­də et­nos­la­ra­ra­sı, din­lə­ra­ra­sı mü­na­si­bət­lə­ri ən yük­sək sə­viy­yə­də tən­zim­lə­yi­rik, həm də dün­ya­ya to­le­rant­lıq və mul­ti­kul­tu­ra­liz­min mü­tə­rəq­qi mo­de­li­ni təq­dim edi­rik.

Həm Av­ro­pa Şu­ra­sı­na, həm də İƏT-ə üzv olan na­dir öl­kə­lər­dən bi­ri ki­mi Azər­bay­can si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­lo­qun möh­kəm­lən­mə­si­nə əmə­li töh­fə ve­rir. Mə­lum ol­du­ğu ki­mi, 2008-ci il­də Ba­kı­da Av­ro­pa Şu­ra­sı­na üzv öl­kə­lə­rin mə­də­niy­yət na­zir­lə­ri­nin top­lan­tı­sı ke­çi­ril­miş və hə­min təd­bi­rə həm də İƏT nü­ma­yən­də­lə­ri də­vət olun­muş­lar. 2009-cu il­də isə İƏT-ə üzv öl­kə­lə­rin na­zir­lə­ri­nin Ba­kı­da ke­çi­ri­lən top­lan­tı­sı­na Av­ro­pa Şu­ra­sı öl­kə­lə­ri­nin na­zir­lə­ri də də­vət edil­miş­dir. He­sab edi­rəm ki, bu, dün­ya miq­ya­sın­da çox mü­hüm ha­di­sə ol­muş və la­yiq­li şə­kil­də si­vi­li­za­si­ya­la­ra­ra­sı dia­lo­qun "Ba­kı pro­se­si" ki­mi ta­ri­xə düş­müş­dür.

2015-ci il­də Azər­bay­can bi­rin­ci Av­ro­pa Oyun­la­rı­na ev sa­hib­li­yi et­miş və bu mü­hüm id­man bay­ra­mı­nı Yay Olim­pi­ya Oyun­la­rı sə­viy­yə­sin­də ke­çir­miş­dir. Bu il isə Ba­kı­da IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı ke­çi­ri­lə­cək. Qı­sa müd­dət ər­zin­də Av­ro­pa və İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın bir-bi­ri­ni əvəz­lə­mə­si rəm­zi mə­na da­şı­yır və Azər­bay­ca­nın si­vi­li­za­si­ya­la­rın, din­lə­rin dia­loq mə­ka­nı­na, iq­ti­sa­di və mə­də­ni kör­pü­yə çev­ril­di­yi­ni gös­tə­rir. Biz bu na­dir möv­qe­yi­mi­zi dün­ya­da sül­hün, mul­ti­kul­tu­ra­liz­min, dö­züm­lü­lü­yün bər­qə­rar ol­ma­sı na­mi­nə is­ti­fa­də edi­rik.

Bu gün mü­səl­man dün­ya­sı­nın əv­vəl­ki dövr­lər­də heç za­man ol­ma­dı­ğı qə­dər da­ha çox bir­li­yə və həm­rəy­li­yə eh­ti­ya­cı var. Bu­na gö­rə də 2017-ci ilin öl­kə­miz­də "İs­lam Həm­rəy­li­yi İli" elan olun­ma­sı bü­tün mü­səl­man alə­mi­nə və dün­ya­ya xoş­mə­ram­lı me­saj­dır. "İs­lam Həm­rəy­li­yi İli"nin əsas məq­səd­lə­ri mü­səl­man alə­min­də bir­li­yi möh­kəm­lən­dir­mək, İs­la­mın sülh və mə­də­niy­yət di­ni ol­du­ğu­nu bü­tün dün­ya­ya gös­tər­mək­dir. He­sab edi­rəm ki, bu ilin ma­yın­da Ba­kı­da ke­çi­ri­lə­cək İs­lam Həm­rəy­li­yi Oyun­la­rı tək­cə id­man ya­rı­şı ol­ma­ya­caq, ey­ni za­man­da, bü­tün İs­lam dün­ya­sı­nın bir­lik, həm­rəy­lik gün­lə­ri ola­caq­dır".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ