Bazar günü günü, 25 oktyabr 2026
     

İtaliyanın “Notizie Geopolitiche” portalında Azərbaycan səfirinin iki ölkə əlaqələrinin 25 iliyi ilə əlaqədar məqaləsi dərc olunub

Image


Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq.

Baki-xeber.com-un məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında yayımlanan “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” məqaləsində bildirib.

Məqaləsində diplomat ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı dinamikası barədə fikirlərini və müşahidələrini bölüşüb: "1998-ci ildə təhsil almaq üçün ilk dəfə İtaliyaya gələndə təsəvvür etməzdim ki, 19 il sonra Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə məqalə yazacağam. Hazırda İtaliyada 3-cü dəfə uzunmüddətli təcrübəmi yaşayıram. Buradakı təcrübələrim müxtəlif vaxtlara təsadüf etsə də, onlar arasındakı oxşarlıq hər dəfə Azərbaycanla İtaliya arasında münasibətlərin keyfiyyətcə yeni hüdudlar əldə etməsinin, hazırda isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin şahidi olmaqdır".

O bildirib ki, İtaliya Azərbaycanda hər zaman çox sevilən ölkə olub: "Ölkəmdə İtaliya dedikdə qədim tarix, zəngin mədəniyyət, təkrarolunmaz musiqi, incəsənət, kino, təbiət, mətbəx, moda yada düşür. Bir də Neapol, çünki bu şəhər 1972-ci ildə doğma Bakım ilə qardaşlaşıb. Lakin Azərbaycan-İtaliya arasında təmaslar qədim tarixə malikdir: bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması, XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri, orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur. 1918-1920-ci illərdə İtaliya müsəlman şərqində ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurub və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərib. 18 oktyabr 1991-ci il tarixində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi an ölkəm Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, sosial çətinliklər kimi mürəkkəb problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün problemlərin həllinin başlıca yollarından biri də beynəlxalq aləmlə əlaqələrin qurulması idi. 1 yanvar 1992-ci il tarixində İtaliya Azərbaycanın müstəqilliyini tanıdı, 8 may tarixində isə iki ölkə arşında diplomatik əlaqələrin əsası qoyuldu. Elə ilk dövrdən başlayaraq iki ölkə arasında təmaslar Azərbaycan üçün iki önəmli mövzu ətrafında cərəyan etməyə başladı: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın neft və qaz sektorunun inkişafı. Bu münaqişənin nizamlanması üzrə fəaliyyət göstərən ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri İtaliyanın xarici işlər nazirinin müavini Mario Raffaelli oldu. 1992-1993-cü illərdə İtaliyanın sədrliyi dövründə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması istiqamətində göstərilən səylər təəssüf ki, öz nəticəsini vermədi. Eyni zamanda, 1995-ci ildən etibarən İtaliyanın ENİ şirkəti Azərbaycanın neft və qaz yataqlarının işlədilməsi üzrə bir sıra layihələrə cəlb olundu ki, bu da Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığın bünövrəsini qoydu. Azərbaycanın siyasi, iqtisadi və strateji önəmini nəzərə alaraq 1997-ci ildə İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda səfirliyinin təsis edilməsinə qərar verdi".

M.Əhmədzadə qeyd edib ki, 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri, səfər çərçivəsində İtaliyanın siyasi rəhbərliyi və işgüzar çevrələri ilə apardığı müzakirələr, imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verdi: "Səfər vaxtı, eləcə də Prezident Heydər Əliyevin İtaliya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr o zamanlar Azərbaycan üzərində mövcud olan informasiya blokadasının yarılması və ölkəmlə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən əhəmiyyətli olmuşdur. 1998-ci ildə İtaliyaya təhsil almaq üçün ilk gəlişim iki ölkə arasında münasibətlərin belə bir önəmli dövrünə təsadüf edirdi. ENİ qrupuna daxil olan Milandakı Scuola Superiore Enrico Mattei-də magistraturada təhsil alarkən İtaliyanın iqtisadi və elmi-akademik dairələrinin Azərbaycanın əhəmiyyətini anladıqları və İtaliya üçün vacib tərəfdaş olduğu mövqeyindən çıxış etdiklərinin şahidi olmağım İtaliyada təhsil alan ilk azərbaycanlılardan biri kimi məni hədsiz qürurlandırırdı. Əlbəttə ki, İtaliyada ölkəmizlə bağlı belə bir mövqeyin formalaşması Prezident Heydər Əliyevin İtaliyaya səfərinin nəticəsi idi. İtaliyaya növbəti dəfə 2003-cü ildə gəldim. Azərbaycan İtaliyada səfirliyini təsis edirdi və mən də ölkəmin İtaliyada ilk diplomatik heyətinin tərkibində idim. Azərbaycan və İtaliya münasibətlərində yeni səhifə açılırdı, Azərbaycanın əhəmiyyəti barədə fikirləri artıq bu dəfə paytaxt Romada İtaliya siyasətini müəyyənləşdirən və ona təsir edən nüfuzlu siyasətçilərdən eşidirdim. 2005-ci ildə Prezident İlham Əliyevin İtaliyaya ilk rəsmi səfərinin təşkili təcrübəsini yaşamaq şərəfinə nail oldum. Bu səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Növbəti illər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Prezident İlham Əliyevin 2008, 2014 və 2015-ci illərdə İtaliyaya səfərləri, 2013-cü ildə isə İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasını təmin etmişdir. Xüsusilə də, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olmasını nümayiş etdirmişdir. İqtisadi əlaqələr də geniş hüdudlar əldə etmişdir. Artıq 10 ildən çoxdur ki, İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir. Bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin, o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı, orta və kiçik sahibkarlarının sayı artmışdır. Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirmişdir. TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq. Heydər Əliyev Fondunun İtaliyada bəşəriyyətin maddi irsi olan tarixi abidələrin qorunması, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər iki ölkə arasında humanitar sahələrdə əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir. Habelə iki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır".

Diplomat deyib ki, 2016-cı ilin əvvəlindən İtaliyaya hazırki dönüşüm məhz Azərbaycan-İtaliya münasibətlərində belə bir önəmli dövrə təsadüf edirdi: "Son bir il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlərdə dinamika davam etmişdir. Azərbaycanın energetika nazirinin, xarici işlər nazirinin İtaliyaya səfərləri, İtaliyanın xarici işlər nazirinin, təhsil nazirinin, iqtisadi inkişaf nazirinin, Nazirlər Kabinetinin dövlət katibinin, mədəniyyət nazirinin müavinlərinin, XİN-in baş katibinin, parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri həyata keçirilmişdir. Bir ildən də az müddət ərzində Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası kommissiyanın dördüncü iclası, iki dəfə ikitərəfli Biznes Forumlar, iqtisadiyyat, mədəniyyət, akademik sahələrdə coxsaylı konfranslar və tədbirlər təşkil olunmuşdur. Azərbaycan və İtaliya diplomatik münasibətlərinin 25-ci ildönümünü qədim tarixi əlaqələrə, möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa malik strateji tərəfdaşlar kimi qeyd edirlər. Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə bəşəriyyətin beşiyi olan İtaliya ilə arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanacaq Cənubi Qaz Dəhlizidir. Əməkdaşlıq, inkişaf və rifah isə sülh və sabitlikdən keçir. Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ