Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada təhlükəsizlik zonasının yaradılması üzrə memorandumu dəstəkləyən qətnamə layihəsi təqdim edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS Rusiyanın BMT yanındakı xüsusi nümayəndəsinə istinadən məlumat yayıb. Faktı Rusiya Nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovski də təsdiqləyib. Diplomatlar bildiriblər ki, qətnamə üzrə səsəvermə bu həftənin əvvəlində keçirilə bilər.
Dha öncə Suriyada qarşı duran tərəfləri barışdırma Mərkəzi deeskalasiya zonasında vəziyyətin stabil qiymətləndirildiyini xəbər verib.