Moskva Ankaraya 500 milyon dollar dəyərində С-400 zenit raket kompleksləri təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RBК-ya iki mənbədən informasiya daxil olub. Xəbərə görə, çərşənbə günü prezident Ərdoğan Soçiyə məhz Putinlə hərbi texniki əməkdaşlığı müzakirə etmək məqsədilə səfər edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da Soçi görüşündə iki lider arasında C-400-lərin Ankaraya daşınması barədə müzakirə getdiyini açıqlayıb. Peskov müzakirələrin nəticələri barədə bir söz deməsə də, ümumən danışıqların “pozitiv atmosferdə” keçdiyini bildirib.
Lakin ekspertlər Türkiyənin əslində həmin qurğuları almaq niyyətində olmadığı, sadəcə bununla NATO-ya öz müstəqilliyini nümayiş etdirdiyi qənaətindədir.
Xatırladaq ki, aprelin axırlarında Türkiyənin Müdafiə naziri Fikri Işıq sözügedən hərbi texnika ilə bağlı Ankara ilə Moskva arasında sövdələşmənin sonuncu mərhələdə olduğunu bildirmiş, lakin məbləği açıqlamamışdı.