Dünən Ümumdünya Mətbuat Azadlığı Günü idi. "Eurasia Diary" xəbər verir ki, bu münasibətlə Mətbuat Şurasında tədbir keçirilib.
Tədbirdən sonra Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və sədr müavini Umud Mirzəyev Ümumdünya Mətbuat Azadlığı Gününə həmrəylik nümayişi olaraq mərhum jurnalistlər Elmar Hüseynov və Nəcəf Nəcəfovun məzarlarını ziyarət ediblər.