Erməni aktyor Dmitri Xaratyan Krıma bir neçə dəfə səfər etdiyinə görə Ukrayna qanunvericiliyini pozmuş hesab olunub və Kiyevin “qara siyahı”sına salınıb.
Baki-xeber.com-un xəbərinə görə, Ukraynanın “Mirotvorets” (sülhməramlı) adlı saytı bu barədə informasoya yayıb. Sayt bildirib ki, Xaratyanın dəfələrlə “Ukrayna sərhədini qanunsuz pozması” barədə onlara məlumat daxil olub. Xəbərə görə, daha öncə həin siyahıda analoji səbəblə Diana Qurskaya, Yuri Loza, Dima Bilan, Stiven Siqal, Olqa Kabo və digər məşhurların adları yer alıb.
Xatırladaq ki, rəsmi Ukrayna Rusiyanın krımı anneksiyası ilə razılaşmadığından, Kiyevlə razılaşdırılmadan yarımadaya səyahət edən şəxsləri Ukrayna sərhədini qanunsuz keçməkdə günahlandırır.