Cümə günü, 21 avqust 2026
     

AŞ PA-nın anti-Türkiyə qətnaməsi əleyhinə Azərbaycanın parlament etirazının yeni dalğası başladı

Image


Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarını tənqid edib və bunu ikili standartların təzahürü kimi dəyərləndiriblər.

Deputat Azay Quliyev bildirib ki, AŞ PA-nın Türkiyəyə qarşı bu qərarı hər hansı ciddi arqumentə söykənmir və subyektiv bir qərardır: “AŞ PA Türkiyədə dövlət çevrilişinə cəhdi qınamadı, bu məsələyə laqeyd yanaşdı. Türkiyənin 1949-cu ildən bəri üzv olduğu bir qurumun belə qərar qəbul etməsi çox üzücüdür. AŞ PA-nın qərarında deyilir ki, “niyə Türkiyə FETO-çuları təmizləyir?!”, “Türkiyədə referendum fövqəladə vəziyyətdə keçirilib”. Hər bir ölkə terorizmə qarşı mübarizə aparır və bu addımı atardı. Ötən il Fransada da terror hadisəsi səbəbindən fövqəladə hal elan olundu və bu gün Fransada da seçkilər fövqəladə vəziyyətdə keçirilir. Niyə Fransaya qarşı belə qərar qəbul edilmir?! Məlumdur ki, bəzi qüvvələr Türkiyədən uğursuz dövlət çevrilişinin qisasını çıxırlar”.

Deputat Qənirə Paşayeva AŞ PA-nın belə bir qərar qəbul etməsinə təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, bu qərar bir daha müsəlman ölkələrinə qarşı ikili standartların mövcud olduğunu ortaya qoydu: “Bunu Azərbaycan olaraq hər zaman biz də yaşayırıq. AŞ PA-nın prinsiplərinə görə, quruma üzv olan bir ölkə digər üzv ölkənin ərazisini işğal edə bilməz, lakin Ermənistan illərdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ancaq AŞ PA Ermənistana heç bir təzyiq göstərmir. İndi də Türkiyəyə qarşı bu qərəzli yanaşmanı qınayırıq. İnsanlar bilməlidir ki, bu təşkilatda ikili standartlar hökm sürür”.

Deputat Zahid Oruc da AŞ PA-nın qərarının qərəzli olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu qərar qardaş ölkəni nəzarət altına almaq, Türkiyənin müstəqil siyasətini əngəlləmək məqsədi daşıyır: “AŞ PA özünü hər hansı qüvvələrin əlində bir alət kimi aparır, az qala özünü məhkəmə orqanına çevirib. Azərbaycan çox haqlı olaraq bu məsələdə Türkiyə ilə birlikdədir. AŞ PA-da Azərbaycanın əleyhinə olan dairələr də var”.

Deputat Çingiz Qənizadə isə bildirib ki, AŞ PA-nın bu qərarı olduqca subyektiv bir qərardır və biz bu qərara yox deyirik: “Bu qərar islamafob dairələrin və Türkiyədə uğurlu islahatları gözü götürməyən qüvvələrin maraq dairəsindədir. Bütün bunlar Türkiyədə referendumun nəticələrini başqa cür arzu edən qüvvələrin ikinci cəbhəsidir. Təbii ki, onları güclü müsəlman dövlətini görmək istəmirlər. Nəzərə alsaq ki, Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvüdür, bu qərar başa düşülən deyil”.

Deputat Siyavuş Novruzov deyib ki, AŞ PA-nın bu qərarında təəccüblü heç nə yoxdur: “Biz dəfələrlə Avropa təşkilatlarının bizə qarşı ədalətsiz qərarlarının şahidi olmuşuq və bu da növbəti ədalətsiz mövqedir. Türkiyənin daxili işlərinə qarışırlar. Seçkilərdə səslərdə fərq çox olur deyirlər ki, anti-demokratik keçirilib, fərq az olur, deyirlər niyə belədir?! Avropa bu cür yanaşma tərzi ilə hara gedir?!”.

Digər deputatlar da AŞ PA-nın qərarını pisləyib və bu qərarın Türkiyənin inkişafını ləngitmək istəyən dairələrin mövqeyi olduğunu vurğulayıblar.

Oqtay Əsədov: AŞ PA-da Türkiyəyə qarşı yanlış qərar qəbul edilib

“Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında Türkiyəyə qarşı yanlış qərar qəbul edilib. Türkiyə post-monitorinq mərhələsindən monitorinq altına alındı”. Bunu isə Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O.Əsədov bildirib ki, Türkiyə AŞ PA-nın yaranmasında iştirak edən dövlətlərdən biridir: “Türkiyə 13 il bundan əvvəl monitorinq altında olub. Ancaq AŞ PA-nın tarixində ilk dəfə olaraq bir ölkəni post-monitorinqdən monitorinq altına keçirdilər. Bizim nümayəndə heyəti buna qarşı çıxış etdi”.

AŞPA-nın Türkiyəyə qarşı ədalətsiz yanaşması təəssüf doğurur

“AŞPA-nın qardaş Türkiyəyə qarşı ədalətsiz yanaşması böyük təəssüf doğurur”. Bunu millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır: "Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir. Təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir. Tam əksinə, terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir. Amma AŞPA Ermənistana qarşı ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərmir".

Millət vəkili deyib ki, Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir:

"Təəssüf ki, Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək".

Zeynəb XanlarovaAzərbaycan xalqını qəzəbləndirib” dedi

Milli Məclisin deputatı Zeynəb Xanlarova isə deyib ki, Türkiyəni güclü görən Avropa Şurası Parlament Assambleyası, əlbəttə ki, belə qərəzli qərar qəbul edəcək. Z.Xanlarova qeyd edib ki, AŞ PA-nın bu qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib: “Təklif edirəm ki, bütün parlament adından etirazımızı bildirək. Çünki Türkiyəyə qarşı belə münasibət sabah bizə də qarşı olacaq. Belə bir məqamda biz Türkiyənin yanında olmalıyıq”.

Səməd Seyidov: AŞ PA böyük böhran içərisindədir

“AŞ PA-nın yaz sessiyasında Türkiyənin post-monitorinqdən sonra montorinqə keçirilməsi ilə bağlı qəbul edilən qərar ikili standartların aydın təzahürüdür” deyən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə bildirib ki, AŞ PA-nın bu dəfə keçirilən yaz sessiyası digər sessiyalardan fərqləndi: “Biz uzun müddətdir ki, prosesləri müşahidə edir, Avropada irqçilik, islamofobiyanın baş alıb getdiyini görürük. Avropada müsəlman ölkələrinə qarşı ikili standarları konkret ölkələrin siyasətində, təşkilatların bəyanatlarında görüb, hiss etmək mümkündür."

Millət vəkili qeyd edib ki, bu problem, xüsusilə də Avropada qaçqın və məcburi köçkünlər artdıqca özünü göstərməyə başlayıb: “AŞ PA-da belə tendensiyaları bir neçə ildir hiss edirik. Ümumiyyətlə, orada Türkiyə, Azərbaycana olan münasibətlərə başqa prizmadan baxılır. Lakin budəfəki yaz sessiyası bu münasibətlərin pik həddinə çatmasını göstərdi. İclasda Türkiyə ilə bağlı ədalətsiz məruzə təqdim olundu. Məruzə ilə tanış olduqda bunun qəbuledilməz olduğunu görmək mümkün idi”.

S.Seyidov deyib ki, AŞ PA-da Türkiyə ilə bağlı məruzədə PKK terrorçu təşkilat kimi təqdim olunmur: “Bu azmış kimi, ötən il Türkiyədə baş verən çevriliş cəhdi terror hadisəsi kimi qiymətləndirilmir. Türkiyənin bütün nümayəndə heyəti - həm iqtidar, həm də müxalifət nümayəndələri AŞ PA-nın qərarının əleyhinə çıxış edərək bəyan etdilər ki, AŞ PA-nın Türkiyənin post-monitorinqdən sonra montorinq altına alınması ilə bağlı qərarı Türkiyəni Avropadan ayırmaq, eləcə də həm Türkiyə, həm də Avropada daha çox problemlərin yaranmasına istiqamətlənən addımdır. Buna baxmayaraq, AŞ PA-nın iclasında Türkiyə nümayəndə heyətinin bəyanatı nəzərə alınmadı”.

Deputat əlavə edib ki, Avropada ikili standarlar budəfəki iclasda özünü daha da büruzə verdi: “Bu onu göstərir ki, AŞ PA böyük böhran içərisindədir. Bunun də səbəbi orada destruktiv, Azərbaycan və Türkiyəyə qarşı qüvvələrin olmasıdır. Belə ikili standartların mövcudluğu nəinki bizə, eləcə də Avropada böyük təhlükə yaradır. Bütün bunlar Azərbaycan-Avropa, Avropa-Şərq, eləcə də Avropa-Türkiyə münasibətlərinə böyük ziyan vurur”.

Qeyd edək ki, AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

SON XƏBƏRLƏR

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

20.08.2026 / 16:34
Türkiyədə yaxın 1 ildə fövqəladə seçki olacaq, seçki sistemi dəyişdirilir - anons verildi

20.08.2026 / 16:05
Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqləndi

20.08.2026 / 15:59
Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

20.08.2026 / 15:54
Tramp Şimali Koreyanın "nazı ilə oynayır" - ortada yeni plan olmasa, Cənubi Koreya kənara atılmaz...

20.08.2026 / 15:37
İsrail Suriyada Türkiyəni təxribata çəkir - ilk addım atıldı...

20.08.2026 / 15:22
Hərbi Məhkəmə Rasim Həsənovu azadlığa buraxdı - Baş Prokurorluq protest verəcək...

20.08.2026 / 15:07
Azərbaycana qarşı qərəzli Okampoları yetişdirən Beynəlxalq Cinayət Məhkəməsinin “qara günləri” başladı...

20.08.2026 / 14:53
Ahıska türklərinin sürgün tarixindən bəhs edən sərgi keçiriləcək

20.08.2026 / 14:37
Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

20.08.2026 / 14:12
Ukrayna parlamenti Rusiyanın hücumlarına görə daha təhlükəsiz yerə köçürülə bilər...

20.08.2026 / 13:59
Azərbaycan Ukrayna Konqresi Rusiyadakı bəzi KİV-lərin çağırışlarını pislədi...

20.08.2026 / 13:49
Rusiya Ermənistana 2725 ton buğda göndərdi...

20.08.2026 / 13:41
Rusiyada yanacaq böhranı dərinləşir – ölkə aşağı standartlı benzin idxalına başladı...

20.08.2026 / 13:28
Ruslar kütləvi şəkildə banklardan pullarını çəkirlər - "Onlar bunu gözləmirdilər”...

20.08.2026 / 13:09
ABŞ-ın Hörmüz boğazında gizli dəhliz yaratdığı ortaya çıxdı - əməliyyat birbaşa Şimali Karolinadan idarə edilir...

20.08.2026 / 12:53
Hindistan Ermənistan üçün silah baronuna çevrilir...

20.08.2026 / 12:37
"Mənzil seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq" - MİDA

20.08.2026 / 12:23
MİDA-nın “Güzəştli mənzil” sistemində dəyişiklik edildi - Aparat rəhbəri detalları açıqladı...

20.08.2026 / 12:09
İran ultimatum verdi, Tramp danışıqları kəsdi...

20.08.2026 / 12:01
Rusiya ballistik, qanadlı raketlər və dronlarla Kiyevə hücum etdi - 12 ölü...

20.08.2026 / 11:46
İrana qarşı "iqtisadi əməliyyat" elan edildi - Tramp Tehranı dəstəkləyən ölkələri hədələdi...

20.08.2026 / 11:32
Gəncədə zibillikdə ölü döl aşkarlandı - Prokurorıuq hərəkətə keçdi...

20.08.2026 / 11:14
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlandı

20.08.2026 / 11:06
Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

20.08.2026 / 10:35
17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi - DTX-dan xüsusi əməliyyat...

20.08.2026 / 09:48
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

20.08.2026 / 09:02
Özalın ölümündə də FETÖ izi? - Əhməd Özal şok detallar açdı

20.08.2026 / 07:00
İsrail Suriyadan incik düşdü - “Türkiyəyönlü hərəkətinə görə”…

20.08.2026 / 06:57
Özəlin partiyasından millət vəkilini bıçaqlayan CHP-çi ata və oğlu həbs edildi

20.08.2026 / 06:37
Almaniya kanslerindən israilli nazirin qorxunc çağırışına sərt təpki - “…qəbuledilməzdir”…

20.08.2026 / 06:17
NATO İranın üzv ölkələrə təhdidlərinə təhdidlə cavab verdi “…strategiyamız güclü və təsirlidir”…

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ