Azərbaycan mediasına ağır itki üz verib. İstedadlı jurnalist, peşəkar qələm adamı Zöhrab Əmirxanlı bu gün erkən saatlarda dünyasını dəyişib.
Zöhrab Əmirxanlı uzun illərdi şəkər xəstəliyindən əziyyət çəkirdi. 5 il öncə həyat yoldaşı, jurnalist Mehriban xanımı itirməsi onu dərindən sarsıtmış və xəstəliyinin irəliləməsinə səbəb olmuşdu. Amansız xəstəlik mərhum jurnalistin ciyərlərini sıradan çıxarmışdı.
59 yaşında həyata vida edən Zöhrab Əmirxanlının cənazəsi doğulduğu Şamaxı rayonuna aparılıb.
Allah rəhmət eləsin...