Ankarada polis qüvvələrinə uzun lüləli silahlardan açılan atəş nəticəsində 1 polis yaralanıb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, hadisə Ankaranın Mamak Şahap Gürler Mahallesi 1155 ünvanında baş verib. Belə ki, 06 AB 6115 nömrə nişanlı avtomobildə olan üç nəfər polis avtomobilini atəşə tutub. Polisin qarşılıq verməsilə naməlum şəxslər maşını ara küçələrə sürərək aradan çıxa bilib. Onlardan birinin həbsxanadan qaçmış Murat Ö. Olduğu dəqiqləşib.
Yaralı polis xəstəxanaya qaldırılıb, araşdırma aparılır.Eyni zamanda xeyli sayda şübhəli gözaltına alınaraq sorğulanma başladılıb.