Aprelin 30-da səhər saatlarında İzmirdə keçirilən anti-İŞİD əməliyyatında 2-si suriyalı olmaqla 6 nəfər gözaltına alınıb.
Baki-xeber.com-un NTV-yə istinadən xəbərinə görə, onların 1 May Əmək və Həmrəylik günü münasibətilə İzmirdə aksiya hazırladıqları bəlli olub. Onların yaşadıqları yerlərə baxış zamanı çoxlu sayda örgütə aid sənəd və material aşkarlanaraq götürülüb.