Bu günlərdə RF Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Moskvada keçirilən təhlükəsizlik konfransında Ermənistan Müdafiə naziri Vigen Sarkisyanın çıxışı Ermənistanın özündə narazılıqla qarşılanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə sözügedən ölkənin lragir.am saytı yazır. Yazıda bildirildiyinə görə, erməni nazirin çıxışında anlaşılan yeganə ifadə dəvətə görə Rusiya Müdafiə naziri Sergey Şoyquya minnətdarlığı olub, çıxışın qalan hissəsi isə anlaşılmaz söz yığınından ibarət olub.
Əslində isə burada təəccüblü nəsə yoxdur. Görünür, işğalçı dövlətin müdafiə naziri getdikcə daha çox fakt qarşısında qaldığından, ölkəsini bugünkü vəziyyətə gətirmələrinin izahını verə bilmir – nə öz xalqına, nə də onu əlində oyuncağa çevirən Rusiyaya...