Belçika sammitində Avropa İttifaqı ilə Türkiyə arasında münasibətlər müzakirə olunmayıb və bu mövzu may ayında keçiriləcək NATO sammitinə ertələnib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Almaniya kansleri Angela Merkel bildirib. Qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla sözügedən sammit çərçivəsində görüş keçiriləcək. Merkel deyib ki, Belçika sammiti başlamazdan öncə Donald Tuskla mövzu ilə bağlı söhbət edib və Türkiyəyə münasibətə hansı mövqe tutmaq barəsində fikir mübadiləsi aparıblar. Avropa Şurasının başçısı deyib ki, bu mövzuda diskussiyanı 28 üzv ölkənin iştirakı ilə açmaq gərəkdir. Eyni zamanda Tusk bildirib ki, Avrokomissiyanın sədri Jan Klod Yunkerlə birlikdə NATO sammiti çərçivəsində Ərdoğanla görüşün keçirilməsi mümkündür.
Xatırladaq ki, ABŞ prezidenti DonaldTrampın ilk dəfə qatılacağı NATO sammiti Brüsseldə bu il mayın 25-də baş tutacaq.