Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov aprelin 28-də Qobustan rayonunda vətəndaşlarını qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə, nazir tərəfindən qəbul edilən 19 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 69, digər məsələlərlə bağlı müraciət etmiş 64 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.