Bazar günü günü, 25 oktyabr 2026
     

IV Beynəlxalq Lənkəran konfransının iştirakçıları dünya elmi ictimaiyyətinə müraciət etdi

Image


Aprelin 22-dən 27-dək Lənkəranda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans keçirilib.

Konfrans iştirakçıları adından dünya elmi ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə deyilir:

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans  nəinki Azərbaycanın, həmçinin onunla ümumi taleyi ilə bağlı olan digər ölkələrin elmi həyatında mühüm hadisə olmuşdu. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası (Moskva, Tatarıstan, Şimali Qafqazın bir sıra respublikaları), Almaniya, Albaniya, Polşa, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan və başqa ölkələrdən olan tarixçi-alimlər XX əsrin əvvəllərində Azərbaycan və digər türk-müsəlman xalqlarının tarixində qanlı iz qoymuş hadisələri müzakirə etdilər.

Tarixçi-alimlər Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hindistan və digər ölkələrin arxivlərində aşkar edilmiş arxiv sənədləri əsasında 1914-1920-ci illərdə erməni millətçiləri tərəfindən Şimali Azərbaycanın Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Cənubi Azərbaycanın Urmiya, Salmas, Xoy, Qaradağ, Təbriz bölgələrində, Şərgi Anadoluda, Türküstanda, Şimalı Qafqazda və Volqaboyunda türk-müsəlmanlara qarşı törədilmiş soyqırımı sübut etdilər.

1918-ci ilin yazında Şimali Azərbaycanda türk-müsəlman əhalinin və digər millətlərin on minlərlə nümayəndəsi, o cümlədən günahsız uşaqlar, qadınlar və qocalar ancaq etnik və dini mənsubiyyətlərinə görə qətlə yetirilmişdilər. Bəşəriyyətə qarşı tarixdə görünməmiş, bu dəhşətli cinayət bolşevik-daşnak qüvvələrinin idarə etdiyi Bakı Soveti tərəfindən təşkil edilmiş və həyata keçirilmişdi.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın məhz Lənkəranda keçirilməsi təsadüfi deyildir. Azərbaycan ərazisində ən qədim yaşayış yerlərindən biri olan bu şəhər və onun ətrafı 99 il öncə Azərbaycan xalqına qarşı soyqırımları siyasətinin tərkib hissəsi olmuş erməni hərbi birləşmələri tərəfindən həyata keçirilən ağır cəza əməliyyatına məruz qalmışdır.

Azərbaycan xalqına qarşı soyqırımları siyasətini təkcə daşnak-bolşevik Bakı Soveti deyil, həmçinin 29 may 1918-ci ildə əzəli Azərbaycan torpaqlarında – qədim İrəvan şəhəri və onun ətrafında yaradılmış Ermənistan (Ararat) Respublikası da dövlət səviyyəsində həyata keçirmişdir.

Ermənilərin Azərbaycan xalqına qarşı işğalçılıq siyasətinin növbəti mərhələsi 1980-cı illərin sonunda Ermənistan SSR-in ərazisindən İrəvan və Zəngəzur bölgələrinin yerli əhalisi olan 200 mindən çox azərbaycanlının qovulması ilə başlandı. Nəticədə indiki Ermənistan Respublikası ərazisində bir nəfər də olsun azərbaycanlı qalmadı. Beləliklə, Ermənistan monoetnik dövlətə çevrildi. Bundan əlavə,  Ermənistan Respublikası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarından - Dağlıq Qarabağdan və onun ətrafında olan yeddi rayondan bir milyondan çox azərbaycanlı qovularaq öz Vətənində qaçqın və məcburi köçkünə çevrildi.

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlı  əhalinin  soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli cinayət oldu.

Dərin təəssüflə bildiririk ki, dünya birliyinin nüfüzlu siyasi dairələri erməni təcavüzünün aradan götürülməsi tələblərinə biganə yanaşır və hətta aparıcı beynəlxalq təşkilatları tərəfindən qəbul olunmuş qərar və qətnamələrə belə məhəl qoymur. Konfransımızın nəticələri təsdiq edir ki, Qafqaz bölgəsinin bir sıra ölkələri və xalqlarının tarixi torpaqlarına iddia edən erməni millətçiliyi dünyanın güc mərkəzlərinin maraqlarının təmin edilməsi siyasətinin alətlərindən biri kimi çıxış edir.

Böyük dövlətlər öz ənənəvi siyasətinə sadiq qalaraq yenidən Yaxın Şərq və Ön Asiyanı, Kiçik Asiya və Qafqazı hədəfdə tutduğu bir şəraitdə konfrans iştirakçıları bu bölgələrin ölkələri və xalqlarının təhlükəsizliyi üçün ciddi təhdidlərin mövcud olmasını qeyd edir. Ayrı-ayrı dövlətlərin daxili işlərinə kobud müdaxilə onları yox olmaq təhlükəsi qarşısında qoymuş, dinc insanların kütləvi qətlinə, ümumbəşər mədəni və tarixi abidələrin dağıdılmasına, vandalizmin artımına şərait yaratmışdır. “İnsan hüquqları”, “demokratiya”, “beynəlxalq hüququn müdafiəsi”, “terrorizmə qarşı mübarizə”nin adı altında böyük dövlətlər əslində yalnız soyqırımlar və terror üçün əlverişli şərait yaradaraq dünyanı təsir dairələrinə yenidən bölmək uğrunda ölüm-dirim mübarizə aparırlar. Başqa sözlə desək, Xaç yürüşləri və Böyük coğrafi kəşflər dövründən başlayan özgə torpaqların zəbt edilməsi, yerli xalqların və onların yaratdığı qədim mədəniyyətlərin məhv edilməsi siyasəti bu gün yeni üsullarla və yeni formalarda davam olunmaqdadır. Bu siyasətin əsas hədəfi isə yenidən Şərq xalqları, o cümlədən türk və islam aləmidir.

Yaxın Şərqdə baş verən hərbi münaqişələr yerli əhalinin Avropaya güclü axınına səbəb olmuşdur. Milyonlarla insan qurbanı, görünməmiş dağıntı və fəlakətlərlə nəticələnən Birinci və İkinci dünya müharibələrinin başlandığı Avropada isə yenidən faşizm, irqçilik, islamofobiya baş qaldırmaqdadır. Belə şəraitdə Qərb dünyanın müxtəlif bölgələrində avroatlantik birliyin nüfuzunun saxlanılması məqsədilə ikili standartlar siyasətini yürütməyə üstünlük verir.

Biz, tarixçi-alimlər, hesab edirik ki, dünyanın aktual problemlərinin həll edilməməsində günahkar olan böyük güc mərkəzləri dövlətlərin və dinc insanların məhvinə gətirib çıxaran dağıdıcı siyasətdən əl çəkməlidirlər. Cəmiyyətin qabaqcıl hissəsi olan alimlər istər nüfuzlu dövlətlər, istərsə də  Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumların apardığı “idarəolunan xaos”, ikili standartlar siyasətini mühakimə etməyə çağırırlar. Dünya nizamı pozulmamalı, beynəlxalq hüquqa müvafiq olaraq qəbul edilmiş BMT-nin bütün qətnamələri yerinə yetirilməli və dünyadakı hansısa qüvvələrin maraqlarına xidmət etməməlidir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan dörd qətnaməsinə əməl olunmasının  xüsusi zəruriliyi var.

Beynəlxalq hüquq normalarının icra edilməməsi “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfransın iştirakçılarında dərin təssüf hissi doğurur. Bütün Azərbaycan torpaqları üzərində suverenliyinin bərpası, dövlətinin ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının haqqıdır. Və biz bu ədalətli mübarizəni dəstəkləyirik!

Biz, konfransın iştirakçıları, hesab edirik ki, qlobal təhlükəsizliyi ancaq ədalət, qanunçuluq və sabitlik təmin edə bilər. Yalnız beynəlxalq hüququn norma və prinsiplərinə dəqiq riayət edərək, terrorçuların, ekstremistlərin və separatçıların cinayətlərinin qarşısını almaq, ölkələrin və xalqların hüquq bərabərliyi əsasında dinc yanaşı yaşaması üçün müasir dünya nizamını qurmaq, öz tamahkar maraqlarını güdən qlobal güc mərkəzlərinin özbaşınalığına son qoymaq olar.

İndiki gərgin vəziyyətdə nəinki siyasətçilər, həm də elm və mədəniyyət xadimləri ölkələr və xalqlar arasında yaradıcı dialoqu inkişaf etdirmək, millətlərarası və dinlərarası ədavətə son qoymaq, terrorun qarşısını alınması və silahlı münaqişələrin həlli məqsədilə əlindən gələni etməlidirlər. Mütləq prioritet  kimi  xalqların tarixi hüquqlarına, onların milli və dini hisslərinə və məsləklərinə, ənənəvi dəyərlərinə və əxlaqi ideallarına hörmət edilməlidir. Bu kontekstdə Azərbaycanın çoxəsrlik ənənələr və xalqın mədəni-mənəvi dəyərlərinə əsaslanan tolerantlıq və multikulturalizm siyasətinin nümunəsini özündə kəsb edən dəyərli tarixi təcrübəsini qeyd etmək lazımdır.

“XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” IV Beynəlxalq elmi konfrans bütün xalqların birgə dinc yaşayışı üçün Azərbaycan cəmiyyətinin iradəsini nümayış etdirərək sülh və dostluğa çağırır.

Biz, konfransın iştirakçıları, beynəlxalq ictimaiyyətin diqqətini erməni işğalçılarının cinayətlərini sübut edən faktlara yönəldərək Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına dəstək olmağa çağırırıq! Dünya birliyi erməni millətçiləri tərəfindən soyqırımına məruz qalmış Azərbaycan və digər xalqlara qarşı tarixi ədalətin bərpası naminə, tarixin qanlı səhifələrinin təkrarlanmaması üçün qəti addımlar atmalıdır. Bu, regionda və dünyada sabitlik və təhlükəsizlik naminə bütün dünya birliyinin marağındadır!

Biz əminik ki, 1918-1919-cu illərdə dəhşətli soyqırım faciəsini yaşamış Azərbaycan şəhəri Lənkəranda keçirilən IV Beynəlxalq soyqırım konfransı ölkələrimizin tarixi keçmişinin dünya tarixçiləri tərəfindən birgə tədqiq olunmasında, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq.

Biz, IV Beynəlxalq soyqırım konfransının iştirakçıları, ümid edirik ki, bizim çağırışlarımız dünya birliyinin və elmi ictimaiyyətin diqqətindən kənarda qalmayacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ