Bakıda “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi” mövzusunda İslam İnkişaf Bankının və Azərbaycan Xarici İşlər Nazirliyinin birgə seminarı keçirilib.
XİN-in mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, seminarda ticarətlə bağlı məsələlər, o cümlədən ÜTT-nin tarixi və funksiyaları, ÜTT-in əsas sazişləri, Azərbaycanın ÜTT-yə üzv olması prosesinin hazırkı vəziyyəti və dövlətlərin ÜTT-yə üzv olmaqda əsas məqsədləri müzakirə edilib.
Həmçinin ÜTT-yə üzvlüklə bağlı danışıqlar mövzusu olan kənd təsərrüfatı, ticarətin asanlaşdırılması, sanitar və fitosanitar tədbirlər, ticarətə texniki maneələr, xidmətlər sahəsində tətbiq edilən tənzimləyici qaydalar, ÜTT çərçivəsində enerji məsələləri və digər məqamlara nəzər salınıb.
Seminarda müvafiq dövlət qurumlarından 50-dək əməkdaş iştirak edib.