“Ərazi güzəşlərinə gedilərsə, ikinci mərhələ olmayacaq, hətta ermənilər təkcə Qarabağı deyil, Zəngəzuru da tərk edəcək...”
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri “Modis Vivendi” analitik mərkəzinin eksperti Ara Papyan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının aprelin 28-nə planlaşdırılan görüşünü şərh edərkən deyib. Erməni ekspertin sözlərinə görə, “hər şey birinci mərhələdə bitəcək” və 1921-ci ildə olduğu kimi, Qarabağ muxtar respublika statusunda Azərbaycanın tərkibinə qayıdacaq. Bununla Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqına həvəsləndirdiyini deyən erməni ekspert bildirib ki, Ermənistan məhz bu təşkilata üzv olmaqla özünün ən güclü kartını da Rusiyaya təslim edib.