Bazar günü günü, 25 oktyabr 2026
     

Azərbaycan dünyaya “Metsamor növbəti Çernobıl olacaq” çağırışı etdi

Image


Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur. 26 aprel 1986-cı ildə baş vermiş Çernobıl nüvə fəlakəti insanlıq tarixində ən dəhşətli fəlakətlərdən biridir. Çernobıl qəzasından 30 ildən artıq müddətin keçməsinə baxmayaraq, onun doğurduğu radioaktiv, humanitar, ekoloji, sosial-iqtisadi fəsadlar hələ də qalmaqdadır. BMT Baş Assambleyasının 8 dekabr 2016-cı il tarixli A/RES/71/125 qətnaməsi ilə 26 aprel Çernobıl Fəlakətinin Anım Günü elan olunub.

Bunu baki-xeber.com-a XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Çernobıl Fəlakətinin Anım Gününü (International Chernobil Disaster Remembrance Day) şərh edərkən deyib.

XİN rəsmisi bildirib ki, bu fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000 nəfərdən artıq insan iştirak edib: "Çernobil qəzası baş verən dövrdə Azərbaycan qəzadan bilavasitə əziyyət çəkən 7000-dən artıq şəxsin müvəqqəti olaraq ölkə ərazisində yerləşdirilməsi, təminatı, reabilitasiyası və müalicəsini təşkil edib. Hazırda Azərbaycanda 5000 nəfərə yaxın Çernobıl əlili var. Ötən müddət ərzində 2000 nəfərdən artıq Çernobil əlili vəfat edib. Dəhşətlisi odur ki, hətta Çernobil əlillərinin övladları da əksər hallarda radioaktiv şüalanmanın fəsadları və nəticələrindən əziyyət çəkirlər. Azərbaycan Respublikası hökuməti yürütdüyü sosial xarakterli siyasət əsasında Çernobıl əlillərinə daim qayğı göstərir və onların sosial problemləri aradan qaldırır. Çernobıl Fəlakətinin Anım Günü münasibətilə bu faciədən bilavasitə əziyyət çəkmiş Belarus, Ukrayna və Rusiya ilə həmrəyliyimizi bildirərək, beynəlxalq ictimaiyyətin diqqətini Çernobıl AES-in texnologiyasına əsasən 1976-cı ildə tikilmiş Ermənistan ərazisindəki Metsomor atom elektrik stansiyasının (AES) doğurduğu təhlükəyə cəlb etmək istərdik".

O qeyd edib ki, Metsamor AES bu gün Çernobıl texnologiyası əsasında fəaliyyət göstərən yeganə stansiyadır: "Tikildiyi dövrdən etibarən stansiyada ciddi və köklü təmir işləri aparılmayıb. Metsamor AES xüsusi fəallığı ilə seçilən aktiv seysmik zonada yerləşir. Ermənistanın bu AES-i texniki təhlükəsizlik tələblərinə uyğun olaraq saxlamaq və istismar etmək üçün maddi resursları çatışmır, tələb olunan ehtiyat hissələr vaxtında dəyişdirilmir. Stansiyanın istismarının tələblərə uyğun təmin edilməsi üçün Ermənistanda kadr potensialı çatışmır və SSRİ dövründə təlim görmüş mütəxəssislərin əksəriyyəti ölkəndən miqrasiya ediblər. 11 sentyabr hadisələrindən sonra təyyarələrin bu və ya digər səbəbdən AES-lərlə toqquşması zamanı yeni təhlükəsizlik standartları tətbiq edilsə də, Metsamorun bu tələblərə cavab verməsi ciddi sual altındadır. Bundan əlavə, Metsamorun fiziki mühafizəsi lazımı qaydada təşkil olunmur. Metsamor stansiyası nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün baza rolunu oynayır və dəfələrlə digər ölkələrin ərazisində Metsamordan çıxarılmış radioaktiv maddələr saxlanılıb. Texnologiyanın köhnə olması və stansiyanın fəaliyyətində texniki təhlükəsizlik qaydalarına lazımınca riayət olunmaması Ermənistan və region üçün ciddi ətraf mühit problemləri yaradır, su hövzələrini və transregional çayları radioaktiv çirklənməyə məruz qoyur. Həmçinin stansiyanın fəaliyyəti qeyri-şəffaf xarakter daşıyır və orada davamlı şəkildə baş verən texniki nasazlıqlar və qəzalar haqqında ictimaiyyətə məlumat verilmir. “National Geographic” tərəfindən Metsamor mövcud AES-lər arasında ən təhlükəli AES kimi qiymətləndirilib. Bu kimi köklü və ciddi problemlərin olduğu halda, Ermənistanın mənəvi və texniki baxımdan öz resurslarını tükətmiş Metsamor atom elektrik stansiyasının istismarını davam etdirməsi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyətsiz davranışın növbəti nümunəsidir. Ermənistan Çernobıl faciəsinin nəticələrindən dərs çıxarmaq əvəzinə bu addımı ilə Xəzər, Qara və Aralıq dənizi hövzələri boyunca milyonlarla insanın həyatını nüvə təhlükəsi ilə üz-üzə qoyur".

H.Hacıyev deyib ki, Bolqarıstan və Slovakiya ərazisində eyni texnologiya ilə fəaliyyət göstərən AES-lərin fəaliyyəti Avropa İttifaqının dəstəyi ilə dayandırılıb: "Avropa İttifaqı və digər təsisatlar tərəfindən Ermənistana Metsamor AES-in dayandırılması üçün dəstək təklif edilsə də Ermənistan bundan imtina edir. Ermənistanın bu siyasəti Nüvə Silahlarının Yayılmaması Müqaviləsi ilə bağlı təminatların tətbiq edilməsi barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə Ermənistan arasında imzalanmış Saziş, Nüvə Materiallarının Fiziki Mühafizəsi haqqında Konvensiya və ona Düzəliş, Nüvə Təhlükəsizliyi haqqında Konvensiya, Nüvə Terrorizmi fəaliyyətinə qarşı Beynəlxalq Konvensiya, AEBA-nın “Radioaktiv Mənbələrin Təhlükəsizliyi üzrə Davranış Məcəlləsi” və “Radioaktiv Mənbələrin İxracı və İdxalı Qaydaları”, habelə BMT Təhlükəsizlik Şurasının nüvə, kimyəvi və bioloji silahlar və onların çatdırılma vasitələrinın yayılmasının qarşısının alınması barədə 1373 və 1540 saylı qətnamələri, həmçinin Sərhədyanı ərazilər kontekstində Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə konvensiyanı (UN Espoo Convention) ciddi şəkildə pozulmasıdır. Fürsətdən istifadə edərək əsasən BMT və onun müvafiq strukturları, o cümlədən AEBA başda olmaqla aidiyyəti beynəlxalq təsisatları, region dövlətlərini, ətraf mühit sahəsində ixtisaslaşan vətəndaş cəmiyyəti təşkilatlarını, beynəlxalq kütləvi informasiya vasitələrini, Ermənistan ictimaiyyətində olan sağlam düşüncəli insanları regionu Çernobıl kimi nüvə təhlükəsi ilə üzbəüz qoyan Metsamor AES-in dayandırılması istiqamətində səylərin artırılmasına çağırırıq".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ