Ağ Ev prezident Trampın 1915-ci il olayları ilə bağlı açıqlamasında “soyqırım” kəlməsinin işlətməməsilə bağlı ermənilərin sorğusuna cavab verib.
Ağ Evin mətbuat katibi Şon Speyser bildirib ki, Trampın sözügedən açıqlaması sələflərinin məlum olaylarla bağlı göstərdiyi mövqeyin davamıdır. “Siz Obama və ya Buşun da sözügedən olaylarla bağlı çıxışlarına nəzər salsanız eyni mövqeni görəcəksiniz. Yəni Tramp bu məsələdə sələflərinin yolunu davam etdirib”- Speyser deyib.
Xatırladaq ki, hər il olduğu kimi, bu il də ermənilər ABŞ prezidentlərinin 1993-cü ildən ənənə halını almış 24 aprel çıxışında Trampın məlum olaylarla bağlı “soyqırım” kəlməsini işlətməsini gözləyirdi. Lakin Tramp erməniləri məyus etdi.