ABŞ prezidenti Donald Tramp ermənilər tərəfindən 1915-ci il olaylarının ildönümü kimi qəbul edilen 24 aprellə bağlı çıxışında ermenicə "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" ifadəsini işlədib.
Baki-xeber.com-un xəbərinə görə, Tramp deyib ki, bu cür olayların bir daha yaşanmaması üçün bu tarixin hər zaman xatırlanması gərəkir. “Daha ədalətli və xoşgörülü bir gələcəyə zəmin qurulması üçün bu ağrılı keçmişi qəbul etmə və onunla hesablaşma yolunda Türklərin və ermənilərin göstərdiyi səyləri məmnuniyyətlə qarşılayırıq”- Tramp deyib.
Qeyd edək ki, 1993-cü ildən – Bill Klinton dövründən ABŞ prezidentləri hər il düzənli olaraq 1915-ci il olayları ilə bağlı yazılı açıqlama verir. Lakin ermənilərin böyük çabalarına rəğmən, onların hər biri, bu gün olduğu kimi, həmin olayları “soyqırım” olaraq deyil, "böyük fəlakət" anlamına gələn "Meds Yeghern" kimi ifadə edib.