Dağıstanın Qubden kəndi yaxınlığındakı meşə massivində federal qüvvələrə atəş açan silahlı zərərsizləşdirilib.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, onun kimliyi araşdırılır. Qeyd olunur ki, bu gün səhər erkən saatlarda hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi görərək ondan sənədlərini tələb ediblər. Lakin cavabında həmin şəxs atəş açıb. Çıxan atışma nəticəsində isə o, məhv edilib.
Hazırda atışmanın baş verdiyi ərazinin əhatəyə alındığı, yaxınlıqda onun gizlənən tərəfdarlarının ola biləcəyi ehtimalı üzrə axtarış aparıldığı xəbər verilir.