Misir piramidaları yox olmaq təhlükəsilə üzləşib. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, bu barədə İŞİD-inYou Tube-da yaydığı videorolikdə xəbərdarlıq səslənir.
Terrorçuların məşhur piramidaları partlatmaqla hədələdiyi rolikdə öncə qədim assuriyanın Nimrud şəhərində Babilin müdriklik allahı Nabunun şərəfinə 2,5 min il bundan əvvəl ucaldılmış məbədin partlayış səhnələri nümayiş olunur. Terrorçular videoda qədim məbədi necə dağıtdıqlarını izah edir, birinci dəfədən bunun mümkün olmadığını, o üzdən bir neçə dəfə partlatdıqlarını bildirirlər.
Videonun sonunda qahirə yaxınlığındakı nəhəng Gize piramidasının fotosu görüntülənir. Qara geyimli terrorçu, "allahsızlar” tərəfindən tikildiyini idddia edərək, piramidanı partlatmaqla hədələyir.
Qeyd edək ki, 2015-ci iln martında terrorçular qədim Nimrud şəhərini, demək olar ki, yer üzündən siliblər. Ekspertlər hələ o zaman tarixi əsərlərin oğurlanaraq qara bazara çıxarıldığını xəbər vermişdi. Bundan əlavə, terrorçular Mosuldakı tarixi abidələri də məhv edərək dağıdılma videosüjetlərini internetdə yaymışdılar. Dağıdılan tarixi əsərlər arasında isə şumerlərin insan üzlü qanadlı öküz abidəsi də var ki, qədim Babilistanda qoruyucu mələyi simvolizə edirdi. Mütəxəssislər deyir ki, Mosulda yaşı 3 min ilə çatan unikal tarixi əsərlər məhv edilib. Bundan əlavə, İŞİD-in Yunus peyğəmbərin sərdabəsini və orta əsərlərə aid Circis peyğəmbərin (Qalib Georgi) məscidini də xarabalığa çeviriblər.
Sözügedən videonu təqdim edirik: