İsrail televiziyası dünən axşam saatlarında baş verən terakt nəticəsində 4 nəfərin öldüyü barədə xəbər yayıb.
Xəbərə görə, terrorun dördüncü qurbanı gənc qız olub və xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 6 nəfər isə yaralının olduğu bildirilir.
Xatırladaq ki, dünən iki nəfər terrorçu Müdafiə nazirliyinin yaxınlığındaki "Sorona” ticarət mərkəzinə gələrək öncə yemək sifariş verib, sonradan atəş açmağa başlayıblar. Onların hər ikisi tutulub. Terrorçulardan birinin yaralı olduğu xəbər verilir.
Olayla bağlı bu gün İsrailin Baş naziri Netanyahu hərbi-siyasi kabinetin iclasını keçirməyi planlaşdırır.