Ötən gün Yardımlı rayonuna güclü dolu yağıb.
AzNews.az xəbər verir ki, nəticədə fərdi evlərə xeyli ziyan dəyib, avtomobillərin damları əzilib.
Bundan əlavə, çaylarda güclü daşqınlar yaranıb. Selin gətirdiyi qaya parçaları Masallı-Yardımlı yolunu bağlayıb. Yolun bağlanması səbəbiylə iki rayon arasındakı əlaqə kəsilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosu ayın 10-a kimi ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağıntılı olacağıyla bağlı xəbərdarlıq edib.