Çexiya prezidenti Miloş Zeman ermənistanlı həmkarına Azərbaycan prezidenti İlham Əliyevlə Praqada görüş keçirməyi təklif edib.
APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, Zeman İrəvanda keçirdiyi brifinqdə deyib ki, bu cür təşəbbüslər artıq 2002 və 2005-ci illərdə olub.
Serj Sarkisyan isə çexiyalı həmkarını Azərbaycan prezidenti ilə yeni görüşlərin mümkünlüyü barədə məlumatlandırdığını bildirib.