ABŞ və Rusiya Rakkada üz-üzə gələ bilər. Baki-xeber.com-un xəbərinə görə, belə bir fikirlə "Financial Times” nəşri çıxış edib.
Nəşr yazır ki, Suriyanın Rakka əyalətində ABŞ-ın dəstəklədiyi müxalifət qüvvələrilə Rusiyanın dəstəklədiyi hökumət qüvvələri arasında gərginlik hər keçən gün artmaqdadır. Bu isə sözügedən münasibətin hətta şəhər İŞİD-dən təmizləndikdən sonra belə bu iki qüvvə arasında davam edəcəyindən xəbər verir. Xəbərə görə, ABŞ hərbçiəri buna az ehtimal versə də, ekspertlər Rusiyanın Rakkanı tutmaqla müxalifəti, beləliklə də ABŞ qüvvələrini küncə sıxışdıracağını proqnoz edir. Bu isə iki ölkə arasında gərgin münasibətin yenidən pik həddə çatması deməkdir.
Qəzet onu da yazır ki, terrorçular üzərində qələbə naminə ABŞ-ın Əsəd qüvvələrilə əməkdaşlıq etməsi isə onun bölgədəki nüfuzuna xələl gətirər ki, Rakkanı birinci azad etmək vədi vermiş ABŞ məhz deyilən səbəbdən hələlik buna getmir.