İstanbulda baş verən partlayış zamanı yaralanan 36 nəfərdən ikisinin vəziyyəti ağırdır.
Baki-xeber.com-un TRT Haber telekanalına istinadən xəbərinə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.Ərdoğan bəyan edib ki, Türkiyə terrorizmə qarşı sona qədər mübarizə aparacaq və heç nə onu bu yoldan saxlaya bilməz.
Xatırladaq ki, bu gün səhər saatlarında İstandulda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 36 nəfər yaralanıb. Ölən şəxslər arasında 1 nəfər azərbaycanlının da olduğu bildirilir.