İstanbulun Bayazid rayonunda avtobus dayanacağında partlayış baş verib.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, nəticədə 7-si polis olmaqla 11 nəfər həyatını itirib. Bu barədə Türkiyənin NTV kanalına şəhər valisi Vasip Şahin məlumat verib.
Xəbərə görə, partlayış nəticəsində 36 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir. Partlayış xüsusi təyinatlı polislər maşınla ərazidən keçərkən baş verib. İlkin ehtimala görə, bu zaman əldədüzəlmə bomba məsafədən idarə olunmaqla partladılıb. Lakin partlayışın ardından atışma səsləri də eşidilib.
Faktla bağlı araşdırma aparılır.