Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Frederik İşinger ilə görüşüb.
Baki-xeber.com-un Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulanıb. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.