Türkiyə Avropa İttifaqı ilə miqrasiya böhranı ilə bağlı razılaşmanı nəzərdən keçirmir. Baki-xeber.com-un "Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, belə bir bəyanatla Türliyə Baş nazirinin müavini Numan Kurtulmuş çıxış edib.
O deyib ki, Aİ də öz növbəsində öhdəliklərinə sadiq qalmalıdır. Ankarada brifinqdə çıxış edən Kurtulmuş bildirib ki, Türkiyə bu istiqamətdə çox işlər görüb və üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edəcək. O, razılaşmanın ləğv olunmasının gündəlikdə durmadığını da bildirib.
Xatırladaq ki, daha öncə MHP lideri Dövlət Baxçalı alman parlamentinin məlum qətnaməni qəbul etməsinə cavab olaraq Aİ ilə miqrasiya razılaşmasından geri çəkilməyə çağırıb.