Rusiya Federasiyasının Müdafiə Nazirliyi Hələbdə təyyarəsinin vurulması xəbərini təkzib edib.
Baki-xeber.com bu barədə vesti.ru-ya istinadən xəbər verir. Nazirliyin açıqlamasında deyilir ki, Suriyada əməliyyatlar həyata keçirən Rusiya hərbi təyyarələri Hmeymim bazasında saxlanır. Lakin Suriyada rus hərbi təyyarəsinin vurulması barədə deyilənlər həqiqəti əks etdirmir. Xəbər təkzib edilərkən Nazirliyin rəsmisi, general-mayor İqor Konaşenkova istinad olunub.
Xatırladaq ki, Suriyanın Hələb şəhərində ötən həftənin cümə günündən başlayaraq qanlı döyüşlər gedir. Şəhərin yaşayış məhəllələri "Cəbhət ən-Nüsra” terrorçuları tərəfindən sistematik atəşə tutulur.
Suriya XİN bazar günü BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Hələbi viran qoyan terrorçu qruplaşmanı "qara siyahı”ya salmaqdan imtina edən ölkələri ikili standartlarda qınayıb.