"Azərbaycan hissələrə bölünəcək və bunun üçün ciddi əsaslar var”. Baki-xeber.com-un xəbərinə görə, bu sözləri NEWS.am saytına şərqşünas professor Qarnik Asatryan deyib.
Elmdən başqa hər şeylə məşğul olduğu şübhə döğurmayan üzdəniraq "professor”un sözlərinə görə, bu, regionda və Azərbaycanda yaşayan bir çox xalqların – iranlıların, rusların və əlbəttə ki ermənilərin ən böyük arzusudur. Artıq bu istiqamətdə prosesin başladığını (!) deyən bu "uzaqgörən elm adamı” onu da bildirib ki, ermənilərin üzərinə düşən vəzifə bu prosesə təkan verməkdir.
Maraqlıdır, bu ölkədə professor adı alan "ruh xəstələri” daha nələr uydurub əsəbləri tarıma çəkməyi düşünürlər?